● ayə 45:
﴿وَإِذَا قَرَأْتَ الْقُرآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ حِجَابًا مَّسْتُورًا﴾
“Quran oxuduğun vaxt səninlə qiyamətə inanmayanlar arasında görünməz hicab qərar verərik (ki, haqq maarifin dərkindən məhrum qalsınlar).”
● Quran təqvalıların hidayət vasitəsidir.1Axirətə əminlik müttəqilərin nişanələrindəndir.2 Demək, Quran qiyamətə inanmayanları hidayət etmir. İnsanı vəhy və ilahi maarifin dərki ləzzətindən məhrum edən həmin hicabdır. Peyğəmbərin (s) dilindən vəhy eşitsələr belə, onlara təsir etməz.
Dostları ilə paylaş: |