● ayə 46:
﴿وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْاْ عَلَى أَدْبَارِهِمْ نُفُورًا﴾
“Onların (kafirlərin) qəlbində örtük, qulaqlarında ağırlıq qoyduq ki, onu (Quranı) anlamasınlar. Çünki sən Quranda Rəbbini yeganəliklə yad etdiyin vaxt onlar baş götürüb gedirlər.”
● “Əkinnə” dedikdə örtük vasitəsi başa düşülür. “Vəqr” isə qulaqda ağırlıq mənasını bildirir. Bu təbirlərin oxşarı digər ayələrdə də bəyan olunmuşdur.3
● Tövhid mövzusu Quranda min dəfədən çox xatırlanır.1 Amma təəssüf ki, qəlbikorlar tövhid ayələrini eşitməkdən və bu ayələrdən bəhrələnməkdən məhrumdurlar. Şirkamiz pis sözlər isə onları xoşhal edir.2
Bu gün də tövhid, təkallahçılıq söhbəti düşəndə bəziləri nifrətlə qulaq asırlar. Onlar üçün şərqlilər və qərblilərdən danışmaq daha cazibəlidir.
Quran haqdan qaçan bu sayaq dəstələri şirdən qaçan ulağa bənzədir.3
Dostları ilə paylaş: |