● ayə 49:
﴿وَقَالُواْ أَئِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا﴾
“Onlar dedilər: “Çürüyüb dağılmış sümüklər olduğumuz vaxt, doğrudanmı, yeni bir yaranışla qaldırılarıq?”
● “Rufat” dedikdə əzilmiş gil başa düşülür.1
● Quran ayələrində məadı inkar edənlərin hansısa dəlilinə işarə olunmur. Bəli, onların heç bir dəlili yoxdur. İşləri təəccüb, sual və inamsızlıqdır. Onlar müxtəlif suallarla şübhə yaradırlar. Quran onlara cavab olaraq Allahın elm, qüdrət və hikmətinə istinad edir. Məadı inkar edənlər üçün təbiət, tarix və insanın özündən nümunələr zikr olunur. Bütün bunlar əvvəl yox idi, sonradan yarandı. Demək, heçdən yaradan Allah mövcudları ölümdən sonra yenidən dirildə bilər.
Dostları ilə paylaş: |