● Bəhanəcil Məkkə kafirləri Peyğəmbərdən (s) çoxsaylı möcüzələr istədilər. Onlar hətta Məkkə dağlarının qızıla çevrilməsi arzusunda idilər. Bəzən də dağların yerinin dəyişməsini və əkin sahəsinin cücərməsini tələb edirdilər. Allah-təala buyurur ki, tarixi təcrübəyə əsasən, inadkar kafirlər bu nişanələri də görsələr, iman gətirməzlər. Yaranış nizamı inadkar insanların istəkləri əsasında dəyişməz. Əgər xalqın istəyi ilə möcüzə göstərilsə və xalq bu möcüzəyə qarşı küfr etsə, onların dünya əzabı qətiləşər.
● Dəvə adi bir heyvandır. Amma Allah Salehin dəvəsi haqqında “Allahın dəvəsi” təbirini işlədir. Çünki Allaha aid olan hər şey müqəddəsdir. Quranda hətta Əbu-Ləhəbin adına belə dəstəmazsız toxunmaq olmaz.