Bildirişlər
1. İnsan yol seçimində azad buraxılıb. O həm haqqı, həm də batili qəbul edə bilər.
2. İlahi zikrdən uzaqlıq təkcə dünya bədbəxtliyi ilə yox, həm də axirət bədbəxtliyi ilə sonuclanır.2
3. Qiyamət yükünün təhlükə və ağırlığı kimsəyə məlum deyil.
4. Qiyamətdə günahkar şəxs ya kor və üzü qara məhşur olar, ya da qorxudan gözləri bozarar.
5.Dünya həyatının uzunluğu axirət həyatı ilə müqayisədə bir neçə gün kimi görünür.
● Ayə 104:
﴿نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا﴾
“(Əlbəttə) Biz onların dediklərini daha yaxşı bilirik. Onlar arasında ən yaxşı rəftarı olanlar deyər: “Siz bir gündən çox yubanmadınız!”
Nöqtələr
Qiyamət o qədər əzəmətlidir ki, insan həmin səhnəni gördükdən sonra dünya ömrünü yarım, bir, ən çoxu on gün zənn edir. Quran müxtəlif zümrələrin dilindən dünya həyatının uzunluğu ilə bağlı təsəvvürləri belə bəyan edir: on gün, bir gün, günün bir hissəsi1; qısa anlar2; qısa bir vaxt3.
Belə görünür ki, dünya həyatının uzunluğu ilə bağlı fərqli fikirlər insanların bəsirət və düşüncə səviyyəsindən doğur. Ayələrdən göründüyü kimi, dünya ömrünü yaxşı rəftar sahibləri bir gün, günahkarlar isə on gün zənn edirlər.
Dostları ilə paylaş: |