● Ayə 117:
﴿فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى﴾
“Dedik: «Ey Adəm! Həqiqətən, bu (İblis), sənin və zövcənin düşmənidir. Məbada, sizi behiştdən çıxarsın. Yoxsa əzab-əziyyətə düşəcəksən.»”
● Ayə 118:
﴿إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى﴾
“Həqiqətən, sən orada (behiştdə) nə ac qalarsan, nə də çılpaq.”
● Ayə 119:
﴿وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَى﴾
“Burada (behiştdə) nə susuz qalarsan, nə də günəşin istisindən əziyyət görərsən.”
Nöqtələr
Burada şeytan yalnız Adəm və Həvvanın düşməni kimi tanıtdırılsa da, başqa bir yerdə onun bütün insanlarla düşmən olduğu qeyd edilir.2
Ayədə “təşqa” dedikdə maddi həyat çətinlikləri nəzərdə tutulmuşdur. Digər ayələrdən məlum olur ki, behiştdə aclıq, çılpaqlıq, susuzluq yoxdur. Yəni yalnız behiştdən xaric olduqda məşəqqət labüddür.
Dostları ilə paylaş: |