● ayə 30:
﴿إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا﴾
“Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirib, daralda bilər. Həqiqətən, O, bəndələrinə münasibətdə agah və görəndir.”
● Quranda ruzi haqqında ətraflı danışılmışdır. Həmin ayədəki müəyyən nöqtələrə nəzər salaq:
a) Hər bir canlının ruzisi Allahın öhdəsinədir.1
b) Ruzi mənbəyi səmadadır.2
v) Hamının gen-bol ruzisi olsa, fəsad artar.3
q) İnsan çalışmalı, ruzi dalınca getməlidir.4
d) Təqva ruzinin artım amillərindəndir.5
● Həzrət Əli (ə) buyurur: “Allah insanların ruzisini artırıb-azaltmaqla müəyyənləşdirmişdir. İstədiyini sıxıntı, istədiyini rifahla sınağa çəkər. Varlı və yoxsul şükür və səbirlə imtahana çəkilib seçilər.”6
Dostları ilə paylaş: |