Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə101/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

● Ayə 50:


﴿وَهَذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَاهُ أَفَأَنتُمْ لَهُ مُنكِرُونَ﴾

Bu (Quran), nazil etdiyimiz mübarək bir zikrdir. Yoxsa onu inkar edirsiniz?!”



Nöqtələr


Qısa bir müddətdə çoxsaylı insanları şirkdən tövhidə, təfriqədən vəhdətə, cəhalətdən elmə, tənəzzüldən tərəqqiyə, əsarətdən azadlığa, çirkinlikdən paklığa, yoxsulluqdan rifaha, hərəkətsizlikdən hərəkətə, xurafatdan həqiqətə, zillətdən izzətə, zalımlara itaətdən məsumlara itaətə, qəflətdən oyaqlığa, tərəddüddən sabitqədəmliyə, küfrdən imana, bir sözlə, zülmətdən nura yüksəltməsi Quranın mübarəkliyini yetərincə təsdiqləyir.

Ötən ayədə Tövratla bağlı yalnız “zikr” sözü işlədildi. Amma bu ayədə Quran “mübarək zikr” adlandırılmışdır. “Furqan”, “nur” kimi sifətlər digər ayələrdə Qurana aid edilmiş sifətlərdəndir.


Bildirişlər


1. Quran öz xəbərdarlıqları ilə müxtəlif əsr və nəsillərdə milyonlarca qəlbi özünə cəzb etməyə qadir olan kitabdır.

2. Quranın bərəkəti inkar olunmazdır.



● Ayə 51:


﴿وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِن قَبْلُ وَكُنَّا بِه عَالِمِينَ﴾

Həqiqətən, Biz bundan öncə İbrahimi öz kamalına çatdırdıq. Biz ondan agah idik.”



● Ayə 52:


﴿إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَذِهِ التَّمَاثِيلُ الَّتِي أَنتُمْ لَهَا عَاكِفُونَ﴾

Bir zaman atası (əmisi) qövmünə dedi: “Daim pərəstiş etdiyiniz bu cansız heykəllər nədir?”



● Ayə 53:


﴿قَالُوا وَجَدْنَا آبَاءنَا لَهَا عَابِدِينَ﴾

(Onlar cavab olaraq) dedilər: “Biz atalarımızı onlara pərəstiş edən halda gördük!”



● Ayə 54:


﴿قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُّبِينٍ﴾

(İbrahim) dedi: «Həqiqətən, siz atalarınız aşkar azğınlıqda idiniz ( bu gün həmin haldasınız!)»”



Nöqtələr


Ötən ayələrdə Tövrat və Quran haqqında danışıldı. Bu ayədə isə Allah-təala belə buyurur: “Peyğəmbərlər və səmavi kitabların göndərilməsi yeni bir məsələ deyil. Biz bundan öncə də İbrahimin dövründə azğınları dəvət etmişdik.”

Bütpərəstlik tarixçəsinə nəzər saldıqda aydın olur ki, əvvəllər böyük şəxsiyyətlərin xatirəsini əziz tutmaq üçün bütlər düzəldilirdi. Bu iş tədricən müqəddəsləşdirildi, nəhayət, bütlərə pərəstiş olundu.1

“Timsal” sözünün cəm forması olan “təmasil” sözü cansız heykəllər mənasını bildirir.

Bildirişlər


1. Peyğəmbərlər məbus olmamışdan öncə Allahın nəzər-diqqətində olurlar.

2. Həqiqi inkişaf insanı bir Allaha pərəstişə aparır.

3. Həzrət İbrahimin özündə təkamül hazırlığı vardı. (İnsanların təkamül istedadları və tutumları fərqlidir.)

4. Pisliyə qadağa vəzifəsinin icrasında yaş məhdudiyyəti yoxdur.

5. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.

6. Pisliyə qadağada çoxluq meyar deyil. Bəzən bir nəfər bir dəstənin qarşısında dayanmalı olur.

7. Pisliyə qadağa vəzifəsinin icrasında vicdanlara müraciət etmək ən müvəffəqiyyətli üsullardandır.

9. Batil və günah işlərin çirkinliyi açıqlanmalıdır.

10. Təbliğdə qarşı tərəfi insani şəxsiyyət və kəramətlərdən xəbərdar edək.

11. Xurafatla mübarizədə onun tərk olunması inkişaf göstəricisidir.

12. Atalar öz çaşqınlıqları ilə gələcək nəsillər üçün azğınlıq zəmini yaradırlar.

13. Ata-babalar öz pis rəftarlarına dəvət etməsələr belə, bu rəftarlar onların övladlarının tərbiyəsinə təsir göstərir.

14. Kor-koranə təqlid, ata-babaların pis rəftarlarının təəssübünü çəkmək məzəmmət olunur və qadağandır.

15. Pisliyə qadağa qoyarkən xəcalət çəkmək yersizdir.

16. Nə yaş, nə də çoxluq haqlılıq göstəricisi deyil.

17. Əqidə məsələsində ata-babaların yoluna yox, dəlillərə istinad etmək lazımdır.

18. Azğınlığın dərəcələri var.

● Ayə 55:


﴿قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنتَ مِنَ اللَّاعِبِينَ﴾

(Müşriklər İbrahimə) dedilər: «Sən bizə həqiqəti deyirsən, yoxsa zarafat edirsən?!»”



● Ayə 56:


﴿قَالَ بَل رَّبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَى ذَلِكُم مِّنَ الشَّاهِدِينَ﴾

(İbrahim) dedi: «Əlbəttə (həqiqəti deyirəm,) Rəbbiniz göylərin yerin Rəbbidir, onları vücuda gətirmişdir. Mən () bu həqiqətə şahidəm.»”



Nöqtələr


“Həqq” sözü “laib” sözünün antonimi olaraq ciddilik mənasını bildirir. Yəni ciddi deyirsən, yoxsa zarafat edirsən?

Bildirişlər


1. Nəsilbənəsil kor-koranə təqlid nəticəsində yolunu azmış kəslərin haqqı birdəfəyə qəbul etmələri asan iş deyil.

2. Allahın rübubiyyət və tərbiyəsi təkcə bəşəriyyətə yox, bütün varlıq aləminə aiddir.

3. Bütün varlıq aləminin bir Rəbbi var. (Bəziləri yanılaraq göylərin, yerin və bəşəriyyətin ayrı-ayrılıqda Rəbbi olduğunu düşünürlər.)

4. İlahi insanlar öz haqq əqidələri ilə tənha qalmamışlar. Onlar özlərini tarixin təkallahçıları ilə və ilahi mələklərlə bir yerdə görürlər.



● Ayə 57:


﴿وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُم بَعْدَ أَن تُوَلُّوا مُدْبِرِينَ﴾

And olsun Allaha ki, siz olmayan vaxt bütləriniz üçün plan cızacağam.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin