Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə23/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

● Bildirişlər


1. İnsanın rəftarını müəyyənləşdirən onun düşüncəsi, ruhu və əxlaqıdır (məsəldə deyildiyi kimi, nə tökərsən aşına, o da çıxar qaşığına).

2. Rəftarlar insanın hal və adətlərindən qaynaqlandığı üçün yersiz xislətlərdən çəkinmək, əməllərin xasiyyətə çevrilməsinə imkan verməmək lazımdır.

3. Hidayət yolunun da dərəcələri və mərtəbələri var.

4. Niyyət üstün olduqca hidayət də yaxın olur.



● ayə 85:


﴿وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُم مِّن الْعِلْمِ إِلاَّ قَلِيلاً﴾

Səndən ruh haqqında soruşurlar. De ki, ruh Rəbbimin işlərindəndir (Ona aiddir). Sizə yalnız az bir bilik verilmişdir.”



○ Nöqtələr


● Quranda “ruh” sözü 21 dəfə aşağıdakı mənalarda işlədilmişdir: insan cisminə üfürülmüş ruh1, vəhy2, Quran3, Ruhul-qüdüs4, böyük mələk5.

Hər halda bəşər ruhu qapalı, tanınmamış bir həqiqət, ilahi nəfəsdir. Onun səmavi yönümü var və yalnız Allah tərəfindən tanınır.

● İmam Baqir (ə) “qəlil” (“az”) sözünün az elmə yox, az fərdlərə işarə olduğunu bildirmişdir.6 Yəni kamil elm yalnız az bir qismə verilər, yalnız onlar ruhdan xəbərdar olar.

● Bildirişlər


1. Peyğəmbərlər xalqın suallarla müraciət ünvanı olmuşlar.

2. Ruh insan düşüncəsinin fövqündə olan bir həqiqətdir və ilahi sirlərdəndir.

3. Bütün bəşəri biliklər ilahi hədiyyədir.

4. İnsanın elmi məhdud və çox azdır.



● ayə 86:


﴿وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لاَ تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلاً﴾

Əgər istəsək, hər vaxt sənə vəhy etdiyimizi (yaddaşından) apararıq. Sonra səni Bizdən qoruyacaq bir kəs tapmazsan.”



● ayə 87:


﴿إِلاَّ رَحْمَةً مِّن رَّبِّكَ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا﴾

Rəbbinin rəhmətindən savay (müdafiəçi tapmayacaqsan). Şübhəsiz, Allahın sənə olan fəzli böyükdür.”



○ Nöqtələr


● 86-cı ayədə Peyğəmbərə (s) xəbərdarlıq olunur ki, Allah əta etsə, istədiyi vaxt geri ala bilər. (Bəli, yaratmaq və öldürmək, izzət və zillət, hidayət və zəlalət, həyat və ölüm, yardım və xarlıq Onun əlindədir). 87-ci ayədə isə təşviq dili ilə danışılır.

● Quran, vəhy, nübuvvət, xatəmiyyət, şəfaət Allahın Peyğəmbərə (s) münasibətdə fəzilləridir. Allah bacarsa da Öz verdiklərini ondan almır. Belə bir əta Allahın rübubiyyət məqamından qaynaqlanır. Halbuki bütün ətalarını geri almaq qüdrətindədir.


● Bildirişlər


1. Nemətlərin Allah tərəfindən verildiyini anlayaq və qürrələnməyək. Çünki nemətlərin davamı və ya kəsilməsi Onun iradəsindən asılıdır.

2. Allahın qəhr-qəzəbi qarşısında kimsənin rolu yoxdur.

3. Asimani kitabların və vəhyin nazil olması Allahın rübubiyyət şənindəndir və insanların tərbiyəsinə yönəldilmişdir.

4. Quran böyük ilahi fəzldir. Allah böyük və uca olduğundan Onun lütfü də böyükdür. Onun ən böyük fəzli Peyğəmbərə (s) məxsusdur.



● ayə 88:


﴿قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْآنِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا﴾

De ki, (bütün) ins və cin Quranın oxşarını gətirmək üçün bir yerə toplansa, onun kimisini gətirə bilməz. (Bu iş) bəziləri bəzilərinə kömək etsələr də belə mümkün olmaz.”



○ Nöqtələr


● “Zəhr” sözündən olan “zəhir” sözü arxa, köməkçi mənasını bildirir.

● Ayədə “biz də Quranın oxşarını gətirə bilərik” deyən kafirlərə cavab verilir.1 Quranın bu sahədə mübarizə çağırışı əsrlər boyu cavabsız qalmışdır. Ərəb dilli düşmənlə, küfr məktəbləri İslama qarşı barışmazlıqlarına və müxtəlif qüdrətlər tərəfindən himayə olunmalarına baxmayaraq Quranın mislini gətirə bilməmişlər.

● Quranın bir sıra misilsiz xüsusiyyətləri var: o möcüzədir, rəvan və çeşidlidir, gələcəkdən xəbər verir, ən gözəl dastanları nəql edir, ən gözəl şəkildə dəvət edir, bütün fərdi və ictimai məsələləri, dünya və axirət ehtiyaclarını bəyan edir.

● Bildirişlər


1. Cinlər də insanlar kimi vəzifəlidirlər, onların da kitabı Qurandır.

2. Kimsənin Quranın oxşarını gətirə bilməməsi bu kitabın möcüzə olmasının dəlilidir.



● ayə 89:


﴿وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَـذَا الْقُرْآنِ مِن كُلِّ مَثَلٍ فَأَبَى أَكْثَرُ النَّاسِ إِلاَّ كُفُورًا﴾

Şübhəsiz, bu Quranda xalq üçün hər cür misal çəkdik. Amma xalqın çoxu boyun qaçırdı və işi yalnız inkar oldu!”



● Bildirişlər


1. Quranın çeşidli və fərqli bəyanı onun ecazlarındandır.

2. Allah Quran ayələri ilə xalqa höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir.

3. Yeknəsəqlik yorucudur, dəvət çeşidli olmalıdır.

4. Hidayət kitabı hamı üçün anlaşıqlı olmalıdır.

5. Təlim-tərbiyənin ən üstün yollarından biri məsəllər və təmsillərin bəyanıdır.

6. Xalq fərqlidir və rəngarəng misallar bəyan olunan mətləbləri bütün dəstələr üçün aydınlaşdıra bilər.

7. Xalqın inkarının səbəbi höccətin, dəlillərin tamamlanmaması yox, onların inadkarlığıdır.

8. Çoxluq haqlılıq nişanəsi deyil.



● ayə 90:


﴿وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الأَرْضِ يَنبُوعًا﴾

Dedilər: Bizim üçün yerdən çeşmə qaynatmayınca sənə iman gətirmərik.”



● ayə 91:


﴿أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا﴾

Ya da arasından çaylar axan xurma və üzüm bağların olsun.”



○ Nöqtələr


Heç vaxt qurumayan, daim axan çay “yənbu” adlanır.

● Quran möcüzəsini inkar edən müşriklər iman gətirmələri üçün maddi bəxşişləri şərt qoyur, Peyğəmbərdən (s) yersiz şeylər umurdular. Onlar unudurdular ki, Peyğəmbər (s) inadkar xalqın istəklərini yerinə yetirmək üçün yox, öz peyğəmbərliyini gerçəkləşdirmək üçün möcüzə gətirir. Möcüzə gətirməkdə məqsəd əyləncə və ya işdən qaçmaq istəyi deyil.

● Müxaliflərin yersiz istəkləri, qəlbidaşlığı, inadkarlığı, bəhanəçiliyi, məqsəddən xəbərsizliyi, ədəbsizliyi Peyğəmbərdən (s) yersiz istəklərlə nəticələnirdi. Onlar su arxı, bağ, çay, səmanın süqutunu, mələklərin önə gətirilməsini, qızıl ev, göyə uçuş, Allahdan xüsusi bir namə tələb edirdilər.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin