Nöqtələr
● Bu surə Allaha təsbihlə (həmd-səna ilə) başlayır, həmd və təkbirlə başa çatır. Necə ki, “Muminun” surəsi möminlərin qurtuluş xəbəri ilə başlayır, kafirlərin həlakı xəbəri ilə başa çatır.
● Rəvayətlərdə bildirilir ki, bu ayənin tilavəti borcun ödənməsində, şəkk-şübhədən qurtarmaqda, yoxsulluqdan və xəstəlikdən uzaq olmaqda təsirlidir.
● Allahın övlad götürməməsi ilə bağlı bəyanat yəhudilərə və məsihilərə ünvanlanmışdır. Qüreyşilərin qarşısında Allahın şəriksiz, məcusilər və ulduzpərəstlər qarşısında onun yardımçısız olması bəyan olunur.1
Bildirişlər
1. Allaha necə sitayiş etməyi Onun özündən öyrənək.
2. Allah ehtiyacsız olduğu üçün sitayiş Ona məxsus sayılır.
3. Allahın əzəmət və böyüklüyünü xüsusi əzəmət sayaq və Onu mütləq ehtiyacsız tanıyaq.
“KƏHF” SURƏSİ (18-ci surə, 110 ayə) On beş, on altıncı cüzlər “Kəhf” surəsinin siması
Bu surə 110 ayədən ibarətdir. İyirmi səkkizinci ayədən başqa onun bütün ayələri Məkkədə nazil olmuşdur. Bu surə Kəhf əshabından, həzrət Musa və Xızrın əhvalatından, Zül-Qərneyndən, yaranış və məad məsələlərindən bəhs olunur.
Qüreyş müşrikləri Məkkədən Mədinəyə nümayəndə heyəti göndərdilər ki, yəhudi alimlərindən həzrət Məhəmmədin (s) besəti və onun düz olması nişanələri haqqında öyrənsinlər. Yəhudi alimləri onların sorğusunu belə cavablandırdılar: “Ondan üç şey soruşun. Əgər suallardan ikisinə cavab versə, birini cavabsız buraxsa, ona inanın. Ondan Kəhf əshabı, Zül-Qərneyn və ruh haqqında soruşun. Əgər Kəhf əshabı və Zül-Qərneynlə bağlı sualları cavablandırıb, ruhla bağlı bir söz deməsə, həqiqətən peyğəmbərdir.”1
Bu surənin fəziləti və onu oxumağın təsirləri haqqında xeyli hədis mövcuddur. Həmin hədislərdən bəzilərini nəzərdən keçirək: “Bu surəni oxuyan kəs Dəccal fitnəsindən amandadır.”; Cümə gecəsi bu surəni oxuyan şəxsin növbəti cüməyədək və sonrakı üç gün üçün günahları bağışlanar”; surənin sornncu ayəsini oxumaqla gecənin istənilən bir saatında oyanmaq olar”; “Bu surənin oxunması cəhənnəm əzabına, şeytanın evə daxil olmasına mane olar. (Surə oxunan gecə)”
Hər halda bu surəni anlayıb əməl edərək oxumaq Quranın bərəkətlərinə yetişmək rəmzidir.
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم bağışlayan və mehriban Allahın adı ilə
● Ayə 1:
﴿الْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجَا﴾
“Sitayiş öz bəndəsinə kitab nazil edən və onda heç bir yanlışlığa yol qoymayan Allaha məxsusdur.”
● Ayə 2:
﴿قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا﴾
“Öz tərəfindən olan şiddətli əzabla qorxutmaq, saleh işlər görən möminləri yaxşı mükafatla müjdələyən möhkəm və (digər səmavi kitabları) qoruyan (bir kitabdır).”
Nöqtələr
● Quran surələri arasında “Həmd”, “Ənam”, “Səba”, “Fatir” və “Kəhf” surələri “Əlhəmdulillah” cümləsi ilə başlayır. Bu surələrdən üçündə yaranışdan danışılır. “Həmd” surəsində tərbiyədən, bu surədə səmavi kitabdan söhbət açılır. Belə ki, varlıq və yaranış insanların tərbiyəsi üçün kitab və qanunla yanaşı iki qanad kimidir.
● “İvncac” dedikdə “yanlışlıq və əyrilik”, “əvəc” dedikdə “hiss olunanlar”, “ivəc” dedikdə isə “hiss olunmayanlar” nəzərdə tutulur. (“Əvəc” insanlar, “ivəc” isə digərlərinə aiddir;1 “Qəyyim” sözü bərpa edən, sahmana salan mənasını bildirir.)
● Ötən surə “Subhanəlləzi”, bu surə isə “Əlhəmdulillah” (adətən yanaşı işlənən təsbih və təhmid) təbiri ilə başlayır.
● “Əbdihi” sözü harada mütləq formada işlədilmişdirsə, həzrət Peyğəmbər (s) nəzərdə tutulur.2
Bildirişlər
1. Kitab və qanun neməti o qədər mühümdür ki, Allah bu nemətlərlə bağlı Özünü tərif edir.
2. Allaha bəndəlik mənəvi kamilliklərin əldə olunması üçün zəmin yaradır.
3. Nə Allahın kitabında, nə də İslam Peyğəmbərində (s) yanlışlıq müşahidə olunur. Onlar nə haqdan batilə, nə faydalıdan zərərliyə, nə də düzgündən yanlışa meyl edirlər.
4. Quran qiyamətədək sabit və dəyişməzdir.
5. Quran səmavi kitabların mühafizi, bəndələrin bütün faydalarını özündə əks etdirən kitabdır. Bu kitabda nöqsana, ixtilafa, ifrat və təfritə yer yoxdur. O, qiyama, həm də üstün bir qiyama çağırır.
6. Rəhbərin başqalarının faydası üçün qiyam qaldırmasında onun yanlışlıqdan uzaq olması şərtdir.
7. Zərərin dəfi mənfəət kəsb etməkdən mühümdür. Ona görə də öncə xəbərdarlıq, sonra müjdə gəlir.
8. İman saleh əməllə yanaşı fayda verir.
9. Saleh əməl davamlı olmalıdır.
● Ayə 3:
﴿مَاكِثِينَ فِيهِ أَبَدًا﴾
“Orada həmişəlik qalasıdırlar.”
● Ayə 4:
﴿وَيُنذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا﴾
“(İlahi kitab və peyğəmbər) Allah Özünə övlad götürmüşdür” deyənlərə xəbərdarlıq edələr.”
● Ayə 5:
﴿مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ إِن يَقُولُونَ إِلَّا كَذِبًا﴾
“Onların və atalarının bu sözlə bağlı heç bir elmi yoxdur. Onların ağzından çıxan bu söz böyük böhtandır. Onlar yalnız yalan danışırlar.”
Dostları ilə paylaş: |