Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə32/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

Nöqtələr


● “Vəriq” üzərində padşahın şəkli həkk olunmuş dirhəmlər idi.

● “Vəlyətələttəf” təbiri Qurani-kərimin orta hissəsində yerləşmişdir. Bu söz müdara, mehribanlıqla müşayiət olunan ayıqlıq mənasını bildirir. Bir sözün Quranın ortasında lütf, mehribanlıq fəzası yaratması özü də bir lütfdür.

● Günahkar cəmiyyətə qarşı mübarizədə qüvvələr arasında vəhdət mühümdür. Bu ayədə cəm bildirən “kum” hissəsi 4 dəfə işlədilmişdir: qida hazırlanmasında hamı birdir; pul hamı üçündür; hazırlanan qida hamıya aiddir; hamının canının qorunması zəruridir.

Bildirişlər


1. Allah üçün heç bir iş çətin deyil. 309 illik yuxu və deyilən şəkildə oyatmaq Onun üçün asandır.

2. Qiyamətdə insanların ayağa qaldırılması sizi təəccübləndirməsin, hər yuxudan oyanış bir növ qiyamətdir.

3. İnsan yuxudan da Allahın iradəsi ilə oyanır.

4. Kəhf səhabələrinin oyanışının iki səmərəsi vardı: Bu həm onların özü üçün sual idi, həm ətrafdakılar üçün qiyamət nümunəsi idi.

5. Bilmədiyimiz şey haqqında fikir söyləməyək.

6. Hətta ən kiçik bir qrupun da rəhbəri olmalıdır. (Kəhf səhabələri arasında da onlara yol göstərən, sorğuya çəkən rəhbər vardı.)

7. Dolanışıq ardınca getmək Allaha təvəkküllə zidd deyil. Kəhf səhabələrinin həm pulu vardı, həm də yemək ardınca gedirdilər.

8. Bir dəstəyə vəkalət və onun qəbulu icazə verilmiş işlərdir.

9. Pul kəsimi və onun tədavümünün tarixi keçmişi var.

10. Hər bir malın öz dəyəri var.

11. Həqiqi möminlər öz qidasına fikir verir. Qidanın növü, miqdarı, paklığı və halallığı onlar üçün mühümdür.

12. Mömin sirr saxlayan və ayıq olmalı, müdara və təqiyyə etməklə özünü düşmənə aşkarlamamalıdır. Məsuliyyət qəbul edən kəs müəyyən şərtlərə əməl etməlidir.



● Ayə 20:


﴿إِنَّهُمْ إِن يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَن تُفْلِحُوا إِذًا أَبَدًا﴾

Əgər onların (müşriklərin) sizə əli çatsa, sizi daşqalaq edəcək, ya da öz ayinlərinə döndərəcəklər. Belə olsa, heç vaxt nicat tapmayacaqsınız.”



Bildirişlər


1. Bəzi hallarda canı və imanı qorumaq üçün təqiyyə vacib olur.

2. Özünə və imanına biganə qalıb yolunu azan kəs heç vaxt nicat tapmaz.

3. “Palaza bürün, ellə sürün” məntiqi Quran məntiqinə ziddir.

4. Mühitin sərtliyi, cəmiyyət və hökumətin zoru adətən xalqı azdırıb bədbəxt edir. Amma bu mənfi təsirlərə qarşı mübarizə lazımdır.

5. Haqq yolda daşqalaq edilmək yox, doğru yoldan və dindən çıxmaq eybdir.

6. Mürtəd (dindən çıxmış şəxs) heç vaxt nicat tapmaz.



● Ayə 21:


﴿وَكَذَلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ فَقَالُوا ابْنُوا عَلَيْهِم بُنْيَانًا رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ قَالَ الَّذِينَ غَلَبُوا عَلَى أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا﴾

Aralarında (qiyamətdəki) işləri haqqında söhbət olduqda ilahi vədin haqq olduğunu bilsinlər deyə onları bu sayaq hallarından xəbərdar etdik. Qiyamətin yetişəcəyinə heç bir şübhə yoxdur. (Bu həqiqət aşkarlandıqda) bir dəstə dedi: «Onların üzərində bir bina tikin, Rəbləri onların halını daha yaxşı bilirOnların işindən xəbərdar olanlar isə belə dedilər: “Biz onların üzərində məbəd tikərik.”


Nöqtələr


● Araşdırma aparmadan, təsadüfən bir iş haqqında məlumat əldə etmək “isar” adlanır. (Əlif-əyn-sa-əlif-ra) çünki həmin dövrün insanları heç bir zəhmət çəkmədən onların pul sikkələrini görüb sirlərindən xəbər tutdular.

● Kəhf səhabələrinin əhvalatında ilahi qüdrət və iradə, şücaət, dünyanın əsarətindən çıxmaq, hicrət, təqiyyə, ilahi yardımlar və halal qidalar mövzuları qeyd olunur.


Bildirişlər


1. Təcrübi, göz qarşısında olan inkişaf və təlim-tərbiyə daha üstündür.

2. Allahın heç bir işi əbəs deyil.

3. Əqidələr elmə əsaslanmalıdır.

4. İnsanı üç əsrdən çox ac saxlaya bilən bir qüdrət ölüləri də dirildə bilər.

5. İnsan bəzi tarixi hadisələrə səthi nəzər salır və onun tərbiyəvi təsirlərindən bəhrələnmir. Kəhf səhabələri əhvalat aşkarlandıqdan sonra öldülər. Həmin vaxt xalq ibrət götürmək əvəzinə məqbərə tikmək barədə düşünürdü.

6. Sadəlövh insanların çoxu bir işdən yapışır və başqalarını işə çağırır. Güclü insanlar isə özləri işə girişirlər.

7. Allah övliyalarının məzarı üzərində məqbərə tikilməsinin Qurana aid kökləri var.

8. Müqəddəs əsərlər müqəddəs məkanlarda və müqəddəs münasibətlərlə qərar tutmalıdır. Hicrət etmiş təkallahçıların olduğu mağaranın kənarında məscid tikilməsi böyük dəyərə malikdir.

9. Dinin yayılması üçün bütün fürsətlərdən istifadə edək. (Əgər xatirə olaraq bina ucaltmaq lazımdırsa, böyük mənəvi və maddi əsərləri olan məscid tikək.)

● Ayə 22:


﴿سَيَقُولُونَ ثَلَاثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ قُل رَّبِّي أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاء ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا﴾

«Tezliklə deyəcəklər: “(Kəhf səhabələri üç nəfər idi, dördüncüləri isə it idi.” (Başqa bir dəstə) deyər: “Onlar beş nəfər idi, altıncıları isə it idi.” (Bu əsassız söz) naməlum keçmişə güman oxu atmaqdır. (Digər bir dəstə) deyər: “Onlar yeddi nəfər idilər səkkizinciləri it idi.” De ki, Rəbbim onların sayını daha yaxşı bilir. Onların sayından az bir hissə xəbərdardır. Onlar haqqında zahirə baxıb mübahisə etmə onlar haqqında (kitab əhlindən) kimsənin fikrini soruşma.”»


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin