Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə78/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   74   75   76   77   78   79   80   81   ...   113

● Ayə 61:


﴿قَالَ لَهُم مُّوسَى وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ وَقَدْ خَابَ مَنِ افْتَرَى﴾

Musa onlara (fironçulara) dedi: «Vay olsun sizə! Allaha iftira yaxmayın, sizi ağır əzabla həlak edər. Şübhəsiz, (Allaha qarşı) iftiraya yol verən kəs nakam ziyankar olar.»”



● Ayə 62:


﴿فَتَنَازَعُوا أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا النَّجْوَى﴾

Onlar öz işləri ilə bağlı çəkişir, xəlvəti pıçıldaşırdılar.”



Bildirişlər


1. Möcüzəni sehr saymaq Allaha qarşı iftiradır.

2. Möcüzədən öncə xalqa xəbərdarlıq etmək zəruridir. Möcüzədən öncə Musa xalqa müraciət etdi.

3. Allaha qarşı iftira yaxan kəs dünyada nakam qalası, axirətdə ağır əzabla cəzalandırılasıdır.

4. Yalan və iftira ilə heç vaxt məqsədə çata bilmərik.

5. Haqq qarşısında dayanan kəs həlak olar.1

6. Siz əmr be məruf və nəhy əz münkər edin. Sizin yaxşılığa əmr, pisliyə qadağanız bir dəstəyə təsir etməsə də, digər bir dəstədə tərəddüd yaradar.

7. Düşmənlər öz aralarındakı ixtilafı gizlədirlər.

● Ayə 63:


﴿قَالُوا إِنْ هَذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَى﴾

(Fironçular) dedilər: “Həqiqətən, bu iki nəfər (Musa Harun) şübhəsiz, cadugərdir. Onlar öz sehrləri ilə sizi məmləkətinizdən çıxarmaq, üstün ayinlərinizi aradan götürmək istəyirlər.”



● Ayə 64:


﴿فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَى﴾

Qurğularınızı cəmləyin, sonra bir cərgəyə düzülün. Şübhəsiz, bu gün qələbə üstünlük əldə edən kəsindir.”



Nöqtələr


Məsulların və hakimlərin xalqın hansı etiqadda olmasında mühüm rolu var. Firon 57-ci ayədə Musaya deyirdi: “Sən sehr yolu ilə bizi məmləkətimizdən çıxarmaq istəyirsən.” Bu ayədə isə eyni sözləri Fironun tərəfdarları təkrarlayırlar.

İlahi insanların məntiqinə əsasən qələbə təqvalılara, pəhrizkarlara məxsusdur.1 Dünyanın super güclərinin şüarı üstünlük və hakimlikdir.


Bildirişlər


1. Zalım hakimlər xalqı ilahi insanlara qarşı qaldırmaq üçün onları milli ayinlərə müxalif kimi tanıtdırırlar.

2. Malikiyyət (mülk sahibliyi) təbii bir istəkdir. İnsanlar bu istəyə qarşı çıxanlarla mübarizə aparır. (Vətən sevgisi bütün insanlarda mövcud olan fitri istəkdir.)

3. Vəhdət qələbə, ixtilaf isə süqut rəmzidir. Fironçular bütün köməkçilərini həmkarlığa və qüvvələrin səfərbərliyinə çağırdılar.

4. Nizam-intizam düşməni qorxuya salan amillərdəndir.

5. Düşmənlər haqqı aradan götürmək üçün bir məqsəd ətrafında toplanır və bütün hərəkətlərini uyğunlaşdırırlar.


● Ayə 65:


﴿قَالُوا يَا مُوسَى إِمَّا أَن تُلْقِيَ وَإِمَّا أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَى﴾

(Sehrbazlar) dedilər: “Ey Musa! Sən (əsanı) atırsan, yoxsa əvvəlcə biz ataq?”



● Ayə 66:


﴿قَالَ بَلْ أَلْقُوا فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَى﴾

(Musa) dedi: «Bəlkə siz atasınız. (Onlar öz qurğularını ortaya atdıqda) sehrləri nəticəsində Musaya elə göründü ki, onların kəndirləri əsaları hərəkət edir.»”



● Ayə 67:


﴿فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُّوسَى﴾

Musa qorxduğunu hiss etdi. (Məbada, xalq bu sehrə aldana!)”


Nöqtələr


“Həbl” sözünün cəm forması olan “hibal” sözü kəndir mənasını bildirir. “İsiyy” sözü isə əsa sözünün cəm formasıdır.

“Əvcəs” dedikdə gizli səs mənası anlaşılır.

Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 6-cı xütbəsində “fəəvcəsə fi nəfsihi” təbiri ilə bağlı buyurur: “Musa qorxurdu ki, sehr cahil xalqa təsir etsin.”

Bildirişlər


1. Azad buraxmaq haqlılıq nişanəsi deyil. (Fironun tərəfdarları və sehrbazlar Musanı iki yoldan birini seçməkdə azad buraxdılar.)

2. Müxaliflərə əməli azadlıq icazəsi verək, sonra möhkəm və məntiqi cavabla onları rədd edək.

3. Cavab vermək və nöqsanı aradan qaldırmaq üçün şübhə təlqininə icazə var.

4. Sehr əşyanın mahiyyətini dəyişmir. Sehr nəticəsində sadəcə görüntülər dolaşır və insanın idrakına təsir göstərir.

5. Rəhbərlər öz nigarançılıqlarını düşmənə hiss etdirməməlidir.

6. Peyğəmbər də digər insanlar kimi fərqli ruhiyyələrdə olur.



● Ayə 68:


﴿قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ الْأَعْلَى﴾

Biz (Musaya) dedik: «Qorxma! Həqiqətən, sən özün üstünsən.»”



● Ayə 69:


﴿وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوا إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَى﴾

Sağ əlində olanı at, qoy onların bütün düzəltdiklərini udsun. Həqiqətən, onların hazırladıqları sehrbaz hiyləsidir. Sehrbaz haraya getsə müvəffəq olmaz.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin