Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə86/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   82   83   84   85   86   87   88   89   ...   113

Bildirişlər


1. Şəfaət xüsusi insanların bəhrələndiyi uca bir məqamdır.

2. Şəfaət Allahın istək və iradəsinə, hikmət və ədalətinə qarşı deyil. Əksinə, bu həqiqət Allahın istəyi əsasında gerçəkləşir.



● Ayə 110:


﴿يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا﴾

(Allah) onların önündə olandan (dünyada) arxada qoyduqlarından agahdır. Amma insanların elmi Onu əhatə etmir.”



● Ayə 111:


﴿وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا﴾

(Həmin gün) bütün çöhrələr ölməz sarsılmaz Allahın qarşısında xar zəlil olar. Əlbəttə ki, sitəm yükü götürən məyus olub ziyana düşər.”



Nöqtələr


“Ənvə” sözündən olan “ənət” sözü qəhr-qəzəb və hökm qarşısında zillət mənasını bildirir. Zatına istinadən dayanmış, hər şeyi hifz edən, hər şeyə davamlılıq verən kəs “qəyyum” adlanır. “Xəybə” sözündən olan “xab” sözü istəyin əldən verilməsi mənasını ifadə edir.

Bildirişlər


1. Qiyamət hesabı çox dəqiqdir. Çünki hesabı aparan kəs hər şeydən xəbərdardır, şəfaətdən sui-istifadə üçün yol yoxdur.

2. Allah insanların keçmiş və gələcək işlərindən eyni dərəcədə, tam xəbərdardır.

3. Məhdud həqiqət sonsuz həqiqəti əhatə etmək gücündə deyil. İnsan Allahın zatından, sifətlərindən, yaratdıqlarından, qüdrət və tədbirlərindən tam xəbər tutmaqda acizdir.

4. İnsanın ruhi durumu hər şeydən öncə onun çöhrəsində görünür.

5. Zülmün sonu ilahi mərhəmətdən məhrumluqdur.

6. Bir çox zülmlərə görə dünyada tövbə edib üzr istəmək olar. Bədbəxt o kəsdir ki, öz zülmünü Qiyamətədək daşısın.



● Ayə 112:


﴿وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا﴾

Hər kəs saleh işlər görüb mömin olsa, sitəm (mükafatda) əskiklikdən qorxmasın.”


Nöqtələr


“Həzm” dedikdə əskilmə mənası başa düşülür. Ola bilsin ki, bu səbəbdən qidanın bədənə hopması “həzm” adlandırılmışdır. Bu prosesdə adətən qida getdikcə azalır.1

Quran və rəvayətlərdən məlum olur ki, insanın əməl və ruhiyyəsi qarşılıqlı təsirə malikdir. Bu səbəbdən də puç ruhiyyəyə malik münafiq, müşrik, riyakar şəxsin yaxşı əməli qəbul olunmur. Əgər kafir bir insan ixtira və kəşf kimi yaxşı bir iş görsə, haqqı anlayaraq inkar etdiyi halda yaxşı işinə görə mükafatlandırılmayacaq. Saf şərbəti çirkli qaba tökəndə də belə olur. Belə bir şərbətdən imtina olunur.

Son on ayədə Qiyamətin bərpası xülasə şəkildə təsvir olundu: Sur üfürülər, ölülər dirilər; günahkarlar səhnəyə gətirilər; dağlar parçalanar; hamı ilahi çağırışçının dəvətini gözləyər; Allahın izni olmadan kimsəyə şəfaət verilməz; Allah Öz elmi əhatəsi ilə bütün hesabları sona çatdırar; hamı ilahi hökm qarşısında təslim olar; zalımlar məyus olar; saleh möminlər aramlığa qovuşar.2

Bildirişlər


1. Bir nəfərin bütün saleh işləri yerinə yetirməsi mümkünsüz olsa da, hər kəs öz qüvvəsi daxilində saleh əmələ üz tutmalıdır.

2. Nəinki böyük işlər, hətta zərrəcə saleh əməl mükafatsız qalmır.

3. Allaha iman saleh əməlin qəbul şərtidir.

4. İman əməldən ayrı deyil. Əməlsiz iman meyvəsiz ağac, imansız əməl köksüz ağac kimidir.

5. Möminlərin qiyamətdəki ruhi aramlığı onların saleh əməllərindən asılıdır.

6. Qiyamətdə mükafat nə aradan götürülər, nə də əskildilər.

7. Mükafat insanın haqqı yox, Allahın fəzlidir. Bununla belə Allah kimsənin mükafatını əskiltməz.

● Ayə 113:


﴿وَكَذَلِكَ أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا﴾

Beləcə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Onda müxtəlif bəyanlarla xəbərdarlıq etdik. Bəlkə çəkinələr ya öyüd götürələr.”


Nöqtələr


“Kəzalikə ənzəlnahu”, yəni Biz Qiyamət səhnələrini açıqlamaqla, həmin mükafat və əzabları bəyan etməklə Quranı bu sayaq xəbərdarlıq edən göndərdik.

“Ərəbi” sözü lüğət baxımından aydın mənasını bildirir. Ola bilsin ki, ərəb dilinə məxsusluq mənası nəzərdə tutulmuşdur. “Sərrəfna”, yəni bir həqiqətin müxtəlif şəkildə bəyanı. Bu bəyan həm işarə, həm də dil, həm misal, həm də tarixin nəqli ilə gerçəkləşə bilər.


Bildirişlər


1. Vəhy qanununun müqəddəsliyi, məqsədlərin aydınlığı, bəyanatların rəngarəngliyi və xəbərdarlıq olması təqvaya meyl və nəsihətin qəbulu üçün zəmindir.

2. Bütün insanlar vəhyə ehtiyaclıdır. Amma bəzilərinə qorxutma, bəzilərinə xəbərdarlıq təsir göstərir.

3. Xəbərdarlıq səmərəsiz qalmır. O ya dərin təsir göstərir, ya məsələni xatırladır, ya nəticə verir, ya da höccət tamamlanır, bəhanəyə yer qalmır.

● Ayə 114:


﴿فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِن قَبْلِ أَن يُقْضَى إِلَيْكَ وَحْيُهُ وَقُل رَّبِّ زِدْنِي عِلْمًا﴾

(Bil ki,) haqqı buyuran Allah uca mərtəbəlidir. (Ey peyğəmbər,) vəhy başa çatmamış Quranı oxumağa tələsmə. De ki, Pərvərdigara, mənim elmimi artır.”



Nöqtələr


Peyğəmbəri (s) Quranın tələsik bəyanından çəkindirən təbirlərdən aydın olur ki, Quran həqiqətdə Peyğəmbərə (s) iki dəfə nazil olmuşdur: Birdəfəyə və tədricən. Quran tədricən nazil olan vaxt vəhy başa çatmamış Peyğəmbərin (s) onu söyləməsi bütövlüklə Qurandan xəbərdar olmasının nişanəsidir.1

Tələskənliklə önə keçmə təbirləri arasında fərqlər mövcuddur. Hər şey tənzimləndiyi bir vaxt fürsəti əldən buraxmayıb önə keçmək yaxşı səciyyədir. Tələskənlik dedikdə isə yetərincə araşdırma aparmamış, vaxtından əvvəl qabağa qaçmaq nəzərdə tutulur.

Tələskənliyin səbəbi həm səbirsizlik kimi mənfi işlər, həm də istəyə çatmaqla bağlı eşq və məhəbbət ola bilər. Səbirsizlik ucbatından tələsmək məzəmmət olunur. Eşq səbəbindən, bir şeyi qorumaq üçün tələsmək müsbət yönümə malikdir. Peyğəmbərin (s) vəhyə münasibətdə tələsməsi vəhyin hifzinə yönəlmiş aşiqanə bir tələskənlik idi.

Allah-təala həzrət Musanı məlumatlandırmaq məqsədi ilə həzrət Xızra yoldaş etdi. Musa belə bir yoldaşlıq üçün Xızrdan icazə istədi.1 İslam Peyğəmbərinin (s) təlimini isə Allah Öz öhdəsinə götürdü və ona buyurdu: “De ki, Pərvərdigara, mənim elmimi artır.”

Bəşəriyyətin ilk müəllimi alim Allahdır. Elmi Ondan istəyək.2

Hədisdə nəql olunur ki, əziz Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir günüm elmimi artırmadan keçsə, həmin gün mənim üçün bərəkətli deyil.”3



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin