Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə97/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   93   94   95   96   97   98   99   100   ...   113

Nöqtələr


“Xovf” dedikdə günahdan, “xəşyət” dedikdə ilahi əzəmətdən qorxu mənaları başa düşülür. “Xəşyət” qorxusu təzim və ehtiramla müşayiət olunur.

Rəvayətdə bildirilir ki, “mən irtəza” dedikdə, “Onun dinindən razılıq var” mənası başa düşülür. İmanlı şəxs günaha yol versə belə, tövbə etdiyi üçün ilahi lütf və şəfaətdən bəhrələnir.2


Bildirişlər


1. Yalnız hər şeydən xəbərdar olan Allah qarşısında nə üçün-niyəsiz təslim olmaq əhəmiyyətlidir. Allahın hər şeydən xəbərdar olduğunu düşünmək “xəşyətlə” müşayiət olunur.

2. Allah keçmişdən və gələcəkdən eyni dərəcədə xəbərdardır. İnsanlar isə yalnız keçmişdən xəbər tuta bilirlər.

3. Allah qarşısında bəndəlik və təslimçilik şəfaət məqamının əldə olunması səbəbidir.

4. Mələklər də şəfaət əhlidir.

5. Şəfaət üçün ləyaqət lazımdır. Dinindən Allahın razı olduğu kəslər şəfaətə nail olurlar.

6. Allahı daha çox tanımaq daha çox xəşyət yaratmalıdır. (İnsanın paklığı onun Allah əzəmətindən qorxmasına mane olmur.)



● Ayə 29:


﴿وَمَن يَقُلْ مِنْهُمْ إِنِّي إِلَهٌ مِّن دُونِهِ فَذَلِكَ نَجْزِيهِ جَهَنَّمَ كَذَلِكَ نَجْزِي الظَّالِمِينَ﴾

Onlardan (mələklərdən) hansı biri «mən Allahın əvəzinə məbudam» desə, cəhənnəmi ona cəza qərar verərik. Biz zalımları bu sayaq cəzalandıracağıq.”



Nöqtələr


Ola bilsin ki, bu ayədə “qızım sənə deyirəm, gəlin sən eşit” prinsipi əsas götürülmüşdür. Yəni xalq bilməlidir ki, hətta mələklər belə bir kəsi şirkə dəvət etsələr, cəhənnəm əzabı gözləməlidirlər.

Bildirişlər


1. Şirk iddiası heç bir mövcuddan qəbul olunmur və bağışlanmır.

2. Allah qarşısında özünü Ona şərik kimi tanıtdıran istənilən bir kəs - tərəfdarı olsa da, olmasa da - cəhənnəmlə cəzalandırılır.

3. İlahi cəzalar əbədi sünnə və qanunlara əsaslanır.

4. Müşrik zalımdır və zalımın cəzası yalnız cəhənnəmdir.



● Ayə 30:


﴿أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ﴾

Kafirlər görmürlərmi ki, göylərlə yer bir-birinə bitişik ikən Biz onları ayırdıq hər bir canlını sudan yaratdıq. Yenədəmi iman gətirməzlər?”



Nöqtələr


Göylərin və yerin bitişikliyi və bir-birindən ayrılması ilə bağlı müxtəlif izahatlar var:

a) Yer və göy yaranışın əvvəlində eyni kütlə idi. Böyük qaz toplumu olan bu kütlə daxili partlayışlar və hərəkətlər nəticəsində tədricən bir-birindən ayrılmışdır.

b) Göyün və yerin ilkin maddəsi əvvəlcə eyni olub. Zaman ötdükcə onlar yeni forma alıb.

v) Göyün bağlı olması dedikdə, yağıntının olmaması, yerin bağlı olması dedikdə, otların cücərməməsi nəzərdə tutulur. Allah bu bağlılıqları açmış, səmadan yağış nazil etmiş, yerdən otlar cücərtmişdir.1

Su insan və heyvanın yaranış qaynağıdır. İnsan və heyvan orqanizminin 70%-ni su təşkil edir. Otların həyatı sudan asılıdır.

Bildirişlər


1. Təbiətin məqsədli müşahidəsi iman əldən etmək üçün vasitədir.

2. Təbiət aləminin fərqli dövrləri olmuşdur.

3. Cansızlıq və bağlılıqda fayda yoxdur. Həyat qaynağı açılışdır.

4. Bütün canlı varlıqların başlanğıcı sudandır.



● Ayə 31:


﴿وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ﴾

(Yer) onları silkələməsin deyə, yer üzündə sabit möhkəm dağlar qərar verdik. Dağlar arasında geniş yollar qoyduq. Ola bilsin ki, yolu tapalar.”



Nöqtələr


“Rasiyə” sözünün cəm forması olan “rəvasi” sözü sabit mənasını bildirir. Bu söz ayədə sabit dağlar mənasında işlədilmişdir. “Təmid” sözü böyük şeylərin iztirabı, titrəyişi mənasını ifadə edir. “Ficac” dedikdə isə iki dağ arasındakı geniş yol nəzərdə tutulur. Dağlar arasındakı dar yollar isə “şəb” adlandırılmışdır.1

Dağlarda bir çox fayda olduğu bildirilir. Qar saxlaması, yay üçün su ehtiyatı toplanması, hava kütlələrinin dəyişməsindən yaranan sərt küləklərin qarşısının alınması, bitki və canlıların inkişafı üçün münasib mühit yaranması, tikinti üçün müəyyən avadanlıqlar, müxtəlif qiymətli yataqlar uyğun faydalardandır.

Necə inanmaq olar ki, yerin titrəyişinin qarşısını almaq üçün dağları qərar verən Allah insanların büdrəməsinin qarşısını almaq üçün övliyalar, səbirli və sabit rəhbərlər seçməmiş ola?!

Bildirişlər


1. Dağlar təsadüfən yaradılmamışdır. Onların yaranışı ilahi tədbirə əsaslanır.

2. Dağlar yer üzündə aramlıq səbəbidir. Dağlar olmasaydı, yerdə daxili qazlar səbəbindən şiddətli titrəyişlər yaranardı.

3. Böyük maneələr arasından da qurtuluş yolları müəyyənləşdirilib.

4. Dağlar arası yollar həm insanları mənzilə çatdırır, həm də onların diqqətini ilahi hikmətə yönəldir.



● Ayə 32:


﴿وَجَعَلْنَا السَّمَاء سَقْفًا مَّحْفُوظًا وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ﴾

Səmanı qorunmuş tavan qərar verdik. Onlar isə ondakı nişanələrdən üz döndərdilər.”



Nöqtələr


Yer iki şəkildə mühafizə olunur: Daxildən və xaricdən. Yer daxildən dağlar vasitəsi ilə qorunur. Dağlar şiddətli zəlzələlər törədəcək qazların fəsadını aradan götürür. Yeri əhatə etmiş hava təbəqəsi onu xaricdən qoruyan amildir. Bu təbəqə gün uzunu atmosferdən yerə istiqamətlənmiş saysız-hesabsız meteorit yağışının qarşısını alır. Günəşin və kainatın zəhərli şüalanması həmin atmosfer təbəqəsindən süzülüb zərərsizləşir.

“Səmanın qorunması dedikdə” şeytanların get-gəlinin qarşısının alınması nəzərdə tutula bilər.1



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin