Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə22/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   18   19   20   21   22   23   24   25   ...   113

● Bildirişlər


1. İstəklərimizi Allah qarşısında dilə gətirək.

2. Namazla yanaşı, namazdan sonrakı duanın daha çox təsiri var.

3. Necə dua oxumağı, duada nə deməyi də Allahdan öyrənmək lazımdır.

4. Müdiriyyət üsullarından biri gələcəyi nəzərə almaq, uzağı görməkdir.

5. Yaxşı son yaxşı başlanğıcdan daha mühümdür. Şirin başlanğıca aldanmayaq, pis aqibət təhlükəsindən Allaha pənah aparaq.

6. Dua və Allahın yardımları olmadan başlanğıc və sonu sədaqətlə müşayiət olunan, büdrəməsiz bir ümumdünyəvi inqilaba rəhbərlik mümkünsüzdür.

7. Bütün işlər Allahın əlindədir, Ondan yardım diləmək lazımdır.

8. Müqəddəs amallar üçün qüdrət əldə etmək dəyərdir.

9. Mömin yardım və qələbəni yalnız Allahdan istəyir.

● ayə 81:


﴿وَقُلْ جَاء الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا﴾

De ki, haqq gəldi və batil məhv oldu. Həqiqətən, batil məhv olasıdır.”



○ Nöqtələr


● “Həqq” sözü sabit və qalarlı mənasını bildirir. Çünki Allah və Onun tərəfindən olan hər bir şey haqdır. “Həqq” Allahın adlarından biridir. “Zəhuq” sözü “getmək” mənasını bildirir. “Zəhəqə-nəfsuhu”, yəni “ruhu bədəndən xaric oldu”.

● Bu ayənin İslamın zühuru, Mədinəyə giriş, Məkkənin fəthi, bütlərin sındırılması kimi nümunələri var. Bütün bu hadisələrdə batil məğlub oldu. Amma ayənin məfhumu daha əhatəlidir və o, batilin puçluğunu, haqqın əbədiliyini müjdə verir.

● Haqqın əbədiliyi xülya və təsadüf yox, Allahın qanunudur. Haqq tərəfdarları nə qədər az olsalar da, bu qanun ödənəsidir. Çünki haqq su kimi sabit, batil köpük kimi fanidir.1

● Quran buyurur: “Biz haqqı batilə vurar və batili məhv edərik.”2 Bəli, bu halda batil aradan çıxasıdır. Ona görə də haqq qüdrət və əzmlə batilə hücum etməlidir.


● Bildirişlər


1. Peyğəmbər (s) sonda haqqın qələbəsini qətiyyətlə elan etməlidir.

2. Batili aradan qaldırmaq üçün haqqı meydana gətirmək lazımdır.

3. Sonda batil məhv olası, haqq qüdrətə çatasıdır.

4. Batilin gedişlərindən və manevrlərindən qorxmaq lazım deyil, onun ikinci nəfəsi yoxdur.



● ayə 82:


﴿وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاء وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَلاَ يَزِيدُ الظَّالِمِينَ إَلاَّ خَسَارًا﴾

Qurandan nazil etdiyimiz möminlər üçün şəfa və rəhmətdir. Bu, sitəmkarların yalnız zərərini artırar.”



○ Nöqtələr


● “Minəl-Qurani” təbirindəki “min” “bəzi” mənasını bildirmir. Ayədə məqsəd bu deyil ki, Quranın bəzi hissələri şəfadır, bəziləri yox. “Minəl-Quran” “Qurandan” mənasında anlaşılmalıdır və bu təbir Quranda nazil olan istənilən bir hissənin şəfa olduğunu göstərir.

● Quran hamının hidayəti üçün nazil olsa da3, yalnız ruhunun pəncərəsini Qurana açanlar bu nurdan faydalana bilir. Onlar inadkarlığı bir kənara qoyub, sağlam ruhla Quran sorağınca gedirlər.4 Quran xəstə qəlbli inadkarların yalnız zərərini artırır. Necə ki, öz-özlüyündə pak olan yağış murdarın (leşin) üstünə yağdıqda onun üfunəti qalxır.

● Quran dəlilləri düşüncədəki dolaşıqlıqları açır. Quran moizələri qəlbi yumşaldır. Quranın tarixi insanı tərəddüddən çıxarır. Quranın ahəng və fəsahəti uzaqlaşan ruhu cəzb edir, qanun və hökmləri xurafi adətlərin kökünə balta çalır, tilavət və tədəbbürü (mənalarının düşünülməsi) qəflət xəstəliyinə şəfa verir. Onun bərəkəti ilə cismin xəstəlikləri şəfa tapır, göstərişləri insanı zülmətlərdən nura çıxarır.

● Quranın şəfası ilə maddi dərmanların şəfası arasında böyük fərqlər var. Quran dərmanının heç bir zərəri yoxdur, istifadə müddəti məhdud deyil. Quranla şəfa tapan şəxs başqalarının şəfa tapması üçün amil olur. Quranın şəfa nüsxəsində yanlışlığa yer yoxdur. Bu şəfa daim hamının ixtiyarındadır. Bu dərmanın təbibi bizi tanıyır, sevir. Onun təyin etdiyi nüsxənin oxşarı yoxdur və O, əbədidir.

Həzrət Əli (ə) buyurur: “Quran küfr, nifaq, azğınlıq kimi böyük dərdlərin dərmanıdır.”1

● Allah Öz məxluğuna mərhəmət göstərməyi zəruri saymışdır.2 O, Öz peyğəmbərini aləmlər üçün rəhbər qərar vermişdir.3 Onun ümməti bir-biri üçün, kitabı hamı üçün rəhmətdir.4


● Bildirişlər


1. Quran bəşər və fitrətin xaliqi tərəfindən nazil olduğu üçün onun qanunları da fitrətə uyğundur, nicatvericidir.

2. Rəhman və Rəhim Allah tərəfindən olan hər şey rəhmətdir.

3. Kafirlər Quranın əmr və qadağalarına əməl etmədiklərindən hər bir göstərişin nazil olması onların günahını artırır, zərərlərini vüsətləndirir.

● ayə 83:


﴿وَإِذَآ أَنْعَمْنَا عَلَى الإِنسَانِ أَعْرَضَ وَنَأَى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ كَانَ يَؤُوسًا﴾

Nə vaxt insana bir nemət əta etdiksə, üz çevirdi, (təkəbbürlə) çiyin çəkdi. Elə ki, (azca) zərərə düşdü, hər şeydən ümidini üzdü.”



○ Nöqtələr


● “Nəa bicanibihi”, yəni çiynini çəkib özünə güvəndi.

● Bildirişlər


1. Rifah və asayiş qəflət üçün zəmin yaradır.

2. İnsan bütün nemətləri Allah tərəfindən bilib, Ona meyl etmək əvəzinə Allaha arxa çevirib öz düşüncəsinə, istedadına, işinə güvəndi.

3. Nemətlər Allahdan, pisliklər isə öz əməllərimizdəndir.

4. İnsan o qədər zəifdir ki, nemət əldə etdikdə qəflətə düçar olur, kiçik bir hadisədən ümidsizləşir.



● ayə 84:


﴿قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَى سَبِيلاً﴾

De ki, hər kəs öz şəklinə, xislətinə uyğun əməl edər. Allah hidayətə daha yaxın olan kəsi daha yaxşı tanıyır.”



○ Nöqtələr


● İmam Sadiq (ə) niyyətdən və niyyətin ən üstün əməl olmasından danışarkən bu ayəni tilavət etmişdir.1

● “Şakilə” dedikdə insan ruhunun irsiyyət, tərbiyə, cəmiyyətin təsirindən formalaşmış şəkli nəzərdə tutulur. Bəziləri bu sözün fitrət mənasını bildirdiyini qeyd edir. Halbuki fitrət sabitdir. İnsanları bir-birindən fərqləndirən onların niyyəti, xisləti, adəti, düşüncə tərzi, ailə durumudur. Hər bir insanın əməli bu şərtlərlə müəyyənləşir.2



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin