Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə24/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   20   21   22   23   24   25   26   27   ...   113

● Bildirişlər


1. Hərə öz tutumunda istəyir. Müşriklərin nəzərində ad-san, çeşmə və maddiyyat peyğəmbərlik ölçüsü idi.

2. Peyğəmbərlərin məqsədi xalqın tövhidə dəvəti olsa da, bəziləri var-dövlət, qızıl-gümüş arzusunda idi.

3. Hər istək və tələb məntiqi olmur. Peyğəmbərlərdən, din təbliğatçılarından yersiz istəklər çox idi.

● ayə 92:


﴿أَوْ تُسْقِطَ السَّمَاء كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللّهِ وَالْمَلآئِكَةِ قَبِيلاً﴾

Səmanı güman etdiyin kimi üstümüzə parça-parça endirməyincə və ya Allah və mələkləri qarşımıza gətirməyincə (iman gətirmərik).”



● ayə 93:


﴿أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَى فِي السَّمَاء وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّى تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَّقْرَؤُهُ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنتُ إَلاَّ بَشَرًا رَّسُولاً﴾

Ya zər-zivərdən evin olsun, ya səmaya uç; bizim oxumağımız üçün səmadan kitab endirməyincə sənə iman gətirmərik.” De ki, mənim Rəbbim pak-pakizədir. Məgər mən göndərilmiş bir bəşər deyiləm?!”



○ Nöqtələr


● “Kəma zəəmtə” “Səba” surəsinin 9-cu ayəsində qeyd olunmuş xəbərdarlıq və əzab vədinə işarədir.

● Möcüzə Allahın rübubiyyət şənindəndir. İlahi istək və hikmət möcüzə qaynağıdır. Möcüzənin məqsədli olması onun şərtlərindəndir. Kafirlər, bu ayədə bəyan olunduğu kimi, Peyğəmbərə (s) yersiz istəklərlə müraciət edirdilər. Səmanın süqutu hamının məhvi ilə nəticələnər, həmin vaxt iman gətirmək üçün kimsə qalmaz. Allah və mələklərin önə gətirilməsi də mümkünsüzdür. Çünki onlar cisim deyil və biz onları müşahidə edə bilmərik.


● Bildirişlər


1. Kafirlər inadkar və ədəbsizdirlər. “Kəma zəəmtə” və “lən numinə” təbirləri ədəbsizlik nümunələridir.

2. Kafirlər peyğəmbərlərin xəbərdarlıqlarını ciddi qəbul etmir, onlara inanmırdılar.

3. Mümkünsüz və boş istəklər qəbul olunmur.

4. Müşriklərin hissə meyli onların yersiz istəklərinin dəlilidir.



● ayə 94:


﴿وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُواْ إِذْ جَاءهُمُ الْهُدَى إِلاَّ أَن قَالُواْ أَبَعَثَ اللّهُ بَشَرًا رَّسُولاً﴾

O zaman ki, hidayət (doğru yola dəvət) xalqın sorağına gəldi, xalqı iman gətirməkdən saxlayan olmadı. Yalnız belə dedilər: “Məgər Allah peyğəmbər olaraq bir insan seçmişdirmi?”



○ Nöqtələr


● Düzgün məntiqdən məhrum insanlar güclü nöqtəni zəif nöqtə sayırlar. Peyğəmbərin bəşər növündən olması onun üçün zəiflik yox, qüvvə sayılmalıdır. Çünki o, istəklərə, meyllərə və çətinliklərə malik olduğundan insanların dərdini dərk edir, əməli nümunə ola bilir. Peyğəmbər öz həmnövləri üçün faydalı nüsxə vermək imkanındadır.

● Quran ayələrinə əsasən kafirlər iman gətirməmək üçün müəyyən bəhanələr gətirirdilər:

a) Nə üçün peyğəmbərlər də bizim kimi insandır?

Cavab: Ən gözəl təbliğ odur ki, əməli nümunə və ideal təqdim olunsun.

b) Əgər peyğəmbərin insan növündən olması müəyyənləşmişsə, nə üçün filankəs peyğəmbər olmasın?

Cavab: İnsanlar öz gümanları və maddi meyarlar əsasında münasibət göstərirlər. Vəhyi qəbul etmək üçün isə əsas şərt ləyaqətdir.

v) Nə üçün özümüz peyğəmbər olmayaq?

Cavab: Peyğəmbərlik olduqca uca məqamdır. Bu məqam hətta mələklərin məqamından ucadır. Müsbət keçmişi olmayan insan peyğəmbərliyə layiq deyil.

q) Nə üçün mələklər bizim özümüzə nazil olmur?

Cavab mələklər yalnız günahsız insanlara nazil olur. Adi insanlar yalana yol verdiyindən gündəlik yalanları da vəhy adı ilə təqdim edə bilərlər.


● Bildirişlər


1. Kafirlər bəhanəçi və məntiqsizdirlər. Onların bəhanəsi bu idi ki, nə üçün peyğəmbər onlar kimi insandır?

2. Peyğəmbərlər xalqın hidayət və tərbiyəsi üçün gəlirdilər.

3. Şəxsiyyət və kəramət cahil insan üçün qaranlıq olduğundan, o elə düşünürdü ki, insan peyğəmbərliyə layiq məxluq deyil.

● ayə 95:


﴿قُل لَّوْ كَانَ فِي الأَرْضِ مَلآئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ السَّمَاء مَلَكًا رَّسُولاً﴾

De ki, əgər yer üzündə arxayınlıq və aramlıqla yol gedən mələklər olsaydı, hər halda onlara səmadan peyğəmbər olaraq bir mələk göndərərdik.”



○ Nöqtələr


● Ayədə peyğəmbərin insan olmasına etiraz edənlərin baxışı rədd edilir və buyurulur: “Peyğəmbərin göndərilməsi ilahi sünnə və dini zərurətdir. Əgər bütün yer əhli mələk olsaydı və onların arasında heç bir ixtilaf düşməsəydi, hamılıqla aram və rifah içində yaşasaydılar, yenə də onlara öz cinslərindən bir peyğəmbər gələrdi. Peyğəmbərlərin vəzifəsi yalnız düşmənçiliyi aradan qaldırmaq yox, mənəvi təkamülü təmin etmək və nümunə göstərməkdir.

● Bildirişlər


1. Xalq rəhbərdən nümunə götürməli olduğundan insan üçün insan, mələk üçün mələk peyğəmbər gəlməlidir.

2. Risalət və peyğəmbərlik Allah tərəfindən qəbul olunur və bu istiqamətdə seçim yoxdur.



● ayə 96:


﴿قُلْ كَفَى بِاللّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا﴾

De ki, mənimlə sizin aranızda şahidlik üçün Allah bəs edər. Həqiqətən, O Öz bəndələrinə münasibətdə agah və görəndir.”



● Bildirişlər


1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.

2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.

3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilir. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!

4. Cəhənnəm odu günahkarlar üçün daim alışmaqdadır.

● ayə 97:


﴿وَمَن يَهْدِ اللّهُ فَهُوَ الْمُهْتَدِ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَاء مِن دُونِهِ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَى وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا مَّأْوَاهُمْ جَهَنَّمُ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا﴾

Allahın hidayət etdiyi kəs doğru yolu tapmışdır. Allahın azdırdığı kəs üçün isə heç vaxt Allahdan savay yardımçı tapmayacaqsan. Biz onları qiyamət günü sürünən halda, kor, kar lal vəziyyətdə məhşur edərik (səhnəyə gətirərik). Onların yeri cəhənnəmdir. Od söndükcə onun alovunu artırarıq.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin