Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə30/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   26   27   28   29   30   31   32   33   ...   113

● Ayə 10:


﴿إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا﴾

Cavanlar mağaraya pənah apardıqları vaxt dedilər: «Pərvərdigara! Bizə Öz tərəfindən rəhmət əta et bizim üçün işimizdə irəliləyiş qərar ver.»”



● Ayə 11:


﴿فَضَرَبْنَا عَلَى آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا﴾

Mağarada olduqları neçə ildə onların qulaqlarını qapadıq.”



Nöqtələr


● “Fəta” sözünün cəm forması olan “fityə” sözü cavan mənasını bildirir. İmam Sadiq (ə) buyurur: “Fəta” imanlı insan mənasını bildirir. Çünki Allah həmin şəxslər yaşlı olduqları halda imanlarına xatir onları “fəta” kimi tanıtdırır.”2

● “Rəşəd” sözü “rüşd”, yəni ilahi qurtuluş və razılıq mənasında işlədilmişdir. Bu surədə üç yerdə “rəşəd” sözündən istifadə olunmuşdur: Kəhf səhabəsinin əhvalatında, Musa və Xızrın əhvalatında (ayə 66) və İslam Peyğəmbəri (s) ilə bağlı (ayə 23).

Hədisdə bildirilir ki, “zərəbna fi azanihim” (qulaqlarını vurduq, qulaqlarını qapadıq) təbiri 309 illik yuxu və yenidən oyanış mənasındadır.1

Bildirişlər


1. Dinin hifzi üçün insanda mərdanəlik, rifaha göz yummaq və hicrət kimi səciyyələr lazımdır.

2. Dua səy və hərəkətlə müşayiət olunduqda səmərə verir.

3. İmanın hifzi üçün günahkar mühitdən hicrət mərdanə işdir.

4. Allahın razılığı üçün hicrət və qiyam ilahi yardımlardan bəhrələnmə zəminidir.


● Ayə 12:


﴿ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَى لِمَا لَبِثُوا أَمَدًا﴾

Həmin iki dəstədən hansının öz yuxu yubanma müddətini dəqiq hesablaması üçün onları qaldırdıq.”



Nöqtələr


● Hansı dəstənin daha dəqiq hesablaması məsələsi hazırkı surənin 19-cu ayəsinə işarə ola bilər. Ayədən məlum olur ki, Kəhf əshabı arasında yuxunun müddəti ilə bağlı fikir ayrılığı vardır.

● Allah hər şeyi öncədən bilir və alimdir. “Linələmə”, yəni “məlum edək” dedikdə, ya Allah xalqın dilindən danışır, ya da Allahın bildiklərinin gerçəkləşəcəyinə işarə olunur.



● Ayə 13:


﴿نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِالْحَقِّ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى﴾

Biz onların (Kəhf əshabının) əhvalatını sənə olduğu kimi hekayət edirik. Onlar Rəblərinə iman gətirmiş gənclər idi Biz onların hidayətini artırdıq.”



Nöqtələr


● İnsanlar fəsad və günahkar cəmiyyətdə üç münasibətdə ola bilər:

a) Bəziləri cəmiyyətin fəsadında həzm olur. (Hicrət etməyən və kamil imanı olmayanlar)

b) Bəziləri günahkar cəmiyyətdə özünü qoruyur. (Məsələn, Kəhf əshabı)

v) Bəziləri günahkar cəmiyyəti dəyişib islah edir. (Peyğəmbərlər və övliyalar)

Rəvayətlərdə bildirilir ki, Kəhf əshabı həzrət Mehdinin (ə) səhabələrindən və yardımçılarındandır.1

Bildirişlər


1. Həqiqətə əsaslanan dastanlar danışmaq hər kəsin işi deyil.

2. Kəhf əshabının dastanı mühüm və faydalıdır.

3. Həqiqətlərdən bəhrələnmə və tarixdən ibrət götürmə Quranın tərbiyə üsullarındandır.

4. Quran qissələri həqiqətə əsaslanır və bu qissələrdə saxtalıq, uydurma və təhrif yoxdur.

5. İnsanın hərəkət və səyi onun inkişaf və hidayət səbəbidir.

6. İman və hidayətin dərəcələri var.



● Ayə 14:


﴿وَرَبَطْنَا عَلَى قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَن نَّدْعُوَ مِن دُونِهِ إِلَهًا لَقَدْ قُلْنَا إِذًا شَطَطًا﴾

Biz onların qəlbinə güc möhkəmlik verdik, ayağa qalxıb (xalqdan fərqli olaraq) dedilər: «Bizim Rəbbimiz elə həmin göylərin yerin Rəbbidir. Heç vaxt Ondan başqa məbud çağırmayacağıq. Belə etmiş olsaq, xəta söz demiş olarıq.»”



Nöqtələr


● “Şətət” sözü haqdan uzaqlıqda və batilin izharında ifrat mənasını bildirir. Belə bir hal heç vəchlə qəbul olunmur.

Bildirişlər


1. Qəlblərin aramlığı və sabitliyi Allahın əlindədir.

2. Cəmiyyət yolunu azdığı vaxt bir yerdə dayanmaq olmaz və qiyam etmək zəruridir.

3. İlahi yardımlar iman, vəhdət, qiyam və təvəkkül sayəsində əldə olunur.

4. Sitəmkar qarşısında qiyam üçün möhkəm iman və arxayın qəlbə ehtiyac var.

5. Həqiqi iman haqq uğrunda qiyamla müşayiət olunur.

6. Gerçək müvəhhid (təkallahçı) heç vaxt şirk sorağınca getmir.

7. Tövhidin səmərəsi rübubiyyətdə, tövhid isə bəndəlik etməkdir.

8. Şirk yolverilməz azğınlıqdır və heç vaxt əfv olunmur.



● Ayə 15:


﴿هَؤُلَاء قَوْمُنَا اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَانٍ بَيِّنٍ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا﴾

O bizim qövmdür ki, Allahdan savay məbudlar qəbul etdi. üçün öz tanrılarına aşkar dəlil göstərmirlər? Allaha iftira yaxandan da sitəmkarı kimdir?!”



Nöqtələr


● “İftira” sözü yalan aid etmək mənasını bildirsə də, yenə də “kəziba” sözündən istifadə olunmuşdur. Bunun səbəbi iftiranın iki növə malik olması ola bilər: Bəzən aid etmək imkanı olur, bəzən isə belə bir imkan olmur. Şirk ikinci növə aiddir. Çünki sonsuz elm və qüdrət sahibinə münasibətdə şirk mahaldır.

Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin