Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə41/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

Nöqtələr


● “Təzəkkür” dedikdə insanın ruhunun dərinliyində Allahı tapdığı halda Ondan qəflətdə qalması rəmzi anlaşılır. “Təzəkkür”, yəni xəbərdarlıq, xatırlatma qəflət pərdəsini aradan götürmək üçündür. Həzrət Əli (ə) Peyğəmbərin (s) vəsfində buyurur: “Peyğəmbərin besətinin məqsədi budur ki, xalqa unutduqlarına vəfa qılmaq xatırladılsın.”2

● “Əkinnə” dedikdə pərdələr və örtüklər mənası başa düşülür.


Bildirişlər


1. İlahi ayələrə etinasızlıq və diqqətsizlik ən böyük zülmdür.

2. Pis əməllərin xatırlanması tövbə və üzrxahlıq üçün zəmin yaradır. Əksinə, pis işlərə diqqətsizlik ruhun zülmətə bürünməsi səbəbi və bütün bədbəxtliklərin açarıdır.

3. İlahi ayələrə diqqətsizliyin, istehzanın və günahlardan xəbərsizliyin cəzası həqiqətlərin dərkindən məhrumluqdur.

4. İlahi əzab təkcə qiyamətə aid deyil. Dərketmə gücünün alınması da bir əzabdır.

5. Xalqın hidayəti, doğru yola yönəldilməsi üçün təkcə dəlil bəs etmir. Qarşı tərəfin qəbul ruhiyyəsi də şərtdir.

6. Yumşaq qəlb və eşidən qulaq hidayət yoludur. Bu iki səciyyə olmadıqda hətta peyğəmbərlərin də sözü cavabsız qalır.



● Ayə 58:


﴿وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُوا مِن دُونِهِ مَوْئِلًا﴾

Rəbbin bağışlayan rəhmət sahibidir. Əgər xalqı onların əməllərinə görə cəzalandırsa, onlara daha tez əzab göndərər. Amma onlar üçün vəd olunmuş məqam var. Allahın lütfü olmasa, heç vaxt geriyə dönüş yolu tapmazlar.”



Nöqtələr


● “Məvil” dedikdə sığınacaq, qurtuluş vasitəsi mənası başa düşülür.

● Allah həm ədalətlidir, həm də bağışlayan. O, ədaləti əsasında günahkarı cəzalandırmalıdır. Amma mərhəmətli olduğundan insana tövbə üçün möhlət verir. Tövbə etməyən insan isə ilahi ədalət əsasında cəzalandırılır.


Bildirişlər


1. Bağışlama və mərhəmət ilahi rübubiyyət şənindəndir və tərbiyə şərtidir.

2. Allah həm çox bağışlayandır, həm də geniş rəhmət sahibidir.

3. İlahi qəhr-qəzəb və əzab insanların öz əməllərinin nəticəsidir.

4. İnsanın məqsədli şəkildə yol verdiyi günahlar daha çirkindir və bu günahların əzabı daha ağırdır.

5. Günahkarlara möhlət vermək ilahi sünnədir.

6. Möhlət vermək və əzabı təxirə salmaq ilahi lütf nişanələrindəndir.

7. Allahın verdiyi möhlət günahkarları qürrələndirməsin. Çünki bir gün möhlət başa çatar, əzab anı yetişər və heç bir qurtuluş yolu qalmaz.

● Ayə 59:


﴿وَتِلْكَ الْقُرَى أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًا﴾

Zülm etdikləri vaxt həmin abadlıqların əhlini həlak etdik. Onların məhvi üçün zaman müəyyənləşdirdik.”


Bildirişlər


1. Tarixdən və keçmişdəkilərin başına gələnlərdən ibrət götürmək lazımdır.

2. İnsanların zülmə qapılaraq yol verdiyi əməllər bədbəxtlik və fəlakət rəmzidir.

3. Mədəniyyətlərin, cəmiyyətlərin süqutu Allahın iradəsinə tabedir.

4. İlahi qəhr-qəzəb hikmətə əsaslanır və onun üçün xüsusi vaxt müəyyənləşmişdir.

5. Sitəmkarları rifah və asayiş içində gördükdə məyus olmayın. Onlara da möhlət verilmişdir.

● Ayə 60:


﴿وَإِذْ قَالَ مُوسَى لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّى أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا﴾

(Xatırla,) o zaman ki, Musa gənc yoldaşına belə dedi: “İki dəryanın qovuşduğu yerə çatmayınca, illər uzansa belə öz axtarışımdan əl çəkmərəm.”



● Ayə 61:


﴿فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا﴾

Onların ikisinin qovuşduğu məhəllə çatdıqları vaxt (yol üçün götürdükləri) balığı unutdular. Balıq da suya sıçrayıb getdi.”



Nöqtələr


● “Musa” adı Quranda 136 dəfə çəkilmişdir. Bütün məqamlarda həmin ülul-əzm peyğəmbər nəzərdə tutulur.

Qulam və oğul əvəzinə gənc mənasını bildirən “fəta” sözünün işlənməsi ədəb, mehribanlıq və yaxşı çağırış nişanəsidir. Ayədə “fətah” deyərkən həzrət Musanın səfər yoldaşı Yuşə ibn Nun nəzərdə tutulmuşdur.1

● 70 ildən 80 ilədək çəkən uzun illər “huqub” sözü ilə ifadə olunmuşdur.

● Təfsir və rəvayətlərdə Musa ilə həzrət Xızrın əhvalatı bəyan olunur. Buxarinin “Səhih” kitabında İbn Abbasdan belə nəql olunur: Ubəyy ibn Kəb nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Bir gün həzrət Musa xütbə oxuduğu vaxt Bəni-İsrail ona sual verdi ki, ən alim şəxs kimdir? Həzrət Musa buyurdu: “Mənəm.” Həmin məqamda Allah Musanı məzəmmət etdi ki, nə üçün Allahın daha yaxşı bildiyini qeyd etməyib və həzrət Xızrın daha alim olduğunu deməyib? Musa dedi: “Xızr haradadır?” Xitab oldu: “Məcməul-Bəhreyn məntəqəsində. Həmin yeri tapmaq üçün səbətə bir balıq at və hərəkətə başla. Harada səbəti boş görsən, bil ki, orada həzrət Xızrla görüşə bilərsən.”1

Musa səbətə bir balıq atıb yoldaşına dedi: “Harada səbəti boş görsən mənə de.” Musa və yoldaşı hərəkətə başladı. Nəhayət, dənizin kənarına çatdılar. İstirahət üçün bir daşın kənarına çəkildilər. Musa yuxuda olduğu vaxt balıq hərəkətə gəlib dəryaya atıldı. Musanın yoldaşı, yuxuda olduğu üçün Musanı çağırmadı. Musa oyandıqdan sonra isə balığın suya atıldığını deməyi unutdu. Sonra yollarına davam etdilər. Bir gün ərzində yol getdikdən sonra Musa dedi: “Bu yol bizi yordu, yeməyə bir şey gətir.” Musanın yoldaşı həmin vaxt balığın suya atıldığını xatırlayıb əhvalatı Musaya danışdı. Musa dedi: “Balığın atıldığı yerə qayıtmalıyıq, bizə vəd olunmuş yer oradır.”

● İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşdur: “Musanın yoldaşı duzlanmış balığı dənizin kənarına apardı ki, onu yusun. Balıq onun əlində hərəkətə gəlib suya atıldı.”2

● Belə bir fikir var ki, “Məcməul-Bəhreyn” məntəqəsi iki peyğəmbər dəryasının görüşdüyü yerdir. Musa zahiri, Xızr isə batini hikmət dəryası idi.

● Peyğəmbərlər məsum olduqlarından və nəyisə yaddan çıxarmadıqlarından, balığın yaddan çıxması dedikdə onun bir kənara qoyulması nəzərdə tutulur. Bəzi ayələrdə Allaha münasibətdə də belə təbirlər işlədilir.3 Əslində həmin iki şəxs balıq məsələsini unutmamışdı və özləri ilə balıq götürmüşdü. Sadəcə Musa yatdığından məsələdən xəbər tutmamış və yoldaşı ona bu barədə danışmağı unutmuşdu.

● Quranda tez-tez rastlaşırıq ki, heyvanlar hansısa xəbər üçün əlamət olur. Habilin qarğanın təlqini vasitəsi ilə dəfni, Səba əhlinin Hud-hud (şanapipik) vasitəsi ilə xəbər tutması, iki peyğəmbərin görüşü əhvalatından balığın dirilməsi, peyğəmbərin qorunmasında hörümçəyin rolu, Kəhf səhabələrinin it tərəfindən qorunması deyilənlərə misal ola bilər.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin