Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə50/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   46   47   48   49   50   51   52   53   ...   113

● Ayə 102:


﴿أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَن يَتَّخِذُوا عِبَادِي مِن دُونِي أَوْلِيَاء إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا﴾

Yoxsa küfr edənlər elə güman etdilər ki, Mənim yerimə bəndələrimimi himayəçi götürsünlər? Şübhəsiz, Biz cəhənnəmi kafirləri qarşılamaq üçün hazırlamışıq.”



Nöqtələr


● Bu ayələrdə kafirlər belə təsvir olunur: Qəlbi kor, Allah əvəzində bəndələrə bəndəlik, cəhalət və təəssüb.1

● “Nuzul” dedikdə düşəcək yer və ya qonağın qarşıladığı ilkin şey nəzərdə tutulur.


Bildirişlər


1. Şirk və müşriklərin digər etiqadları xülyadan başqa bir şey deyil.

2. Allahdan savay istənilən bir kəs məxluq və Allahın bəndəsidir. Allahın əvəzinə məxluqa necə üz tutmaq olar?!

3. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək küfrdür.

4. Cəhənnəm bu gün də mövcuddur. İlahi əzab ciddi və qətidir.

5. Küfrün cəzası cəhənnəmdir.

● Ayə 103:


﴿قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا﴾

De ki, sizə insanların ən ziyankarı haqqında xəbər verimmi?”



● Ayə 104:


﴿الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا﴾

O kəslər ki, dünya həyatındakı səyləri puça çıxar. Halbuki yaxşı gördüklərini zənn edirdilər.”



Nöqtələr


● Rəvayətlərdə bu ayənin Həzrət Əlinin (ə) vilayətini inkar edənlərə, vacib həcc vəzifəsini bu gün-sabaha salanlara aid edilir.1

● Həzrət Əli (ə) buyurur: “Ayədə ilk öncə haqq yolda olmuş, sonra dində bidətə yol verib yaxşı iş gördüyünü düşünən kitab əhli nəzərdə tutulur.” Sonra imam əlavə edir: “Nəhrəvanlılar onlardan geri qalmaz.”2

● İmam Hüseyn (ə) “Ərəfə” duasında deyir: “Pərvərdigara! Yaxşılıqlarımız pislikdir, həqiqətlərimiz iddiadan başqa bir şey deyil.”

● Faydalar bir-birindən fərqlənib müxtəlif dərəcəli olduğu kimi, zərərlərin də fərqli mərhələləri var; pis müamilə3; qazancsız müamilə4; xəsarət” adlanan zərər5; zərər-ziyanda qərq olmaq6; böyük və aşkar xəsarət7; hər tərəfli xəsarət.8

● Ziyankarlar bir neçə dəstəyə bölünür: yaxşı iş görməyənlər, yalnız dünya üçün çalışanlar, düzgün iş görmədiyini bilib çalışanlar, ziyanda olduğu halda fayda götürdüyünü güman edənlər.

İlk üç dəstə tövbə edib düzəlmək, pislikləri aradan qaldırmaq barədə düşünə bilər. Dördüncü dəstə isə heç vaxt çıxış yolu axtarmadığından ən pis dəstədir. Dünyanın halal ləzzətlərini özlərinə haram etmiş məsihi rahibləri belədir. Onlar peyğəmbərlər tərəfindən də tənqid olunur. Riyakar zahidnümalar da dördüncü dəstəyə nümunə ola bilər.

● Yanlış əqidədə olub, batil üzərində möhkəm dayananlar hər tərəfli ziyan içindədirlər. Çünki hər bir işin düzgün dəyərləndirmə meyarı düzgün məqsəddir. Quran xülya və əsassız gümanlardan qaynaqlanan hesab və qənaətləri tənqid edir.

Bildirişlər


1. Peyğəmbərə insanların həqiqi fayda və zərərini bəyan etmək əmr olunub.

2. Ən yaxşı təlim-tərbiyə üsullarından biri sorğu-sualdır.

3. İnsan üçün öz zərərindən xəbərsizlik təhlükəsi var.

4. Əməl zahirdə başa çatsa da, əslində məhv olub getmir.

5. Zənn-gümana əsaslanmayaq, həqiqətpərəst olaq.

● Ayə 105:


﴿أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا﴾

Onlar Rəbblərinin ayələrini Onunla (qiyamətdə) görüşü inkar edənlərdir. Belə ki, işləri puça çıxdı. Biz qiyamətdə onlar üçün mizan qurmayacağıq. (Çünki yalnız dəyərli işlərin ölçüyə ehtiyacı var.)”



● Ayə 106:


﴿ذَلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا﴾

Bu səbəbdən onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər, Mənim ayələrimi mələklərimi məsxərəyə qoydular.”



Nöqtələr


● Lüğətdə “həbt” dedikdə heyvanın zəhərli ot yeyib, köpməsi nəzərdə tutulur. Bu hal onun ölümü ilə nəticələnə bilər. Onu zəhərlənib və qarnı şişmiş halda görənlər sağlam və ətli heyvan olduğunu düşünərlər.

Elə bu səbəbdən də insanın əməllərinin puça çıxması “həbt” adlandırılmışdır. Bu hala düşmüş insan günahlar vasitəsi ilə zəhərlənmişdir və məhv olmaq astanasındadır.

● Qiyamətdə insanlar üç dəstədir: yaxşı olduqlarından mizana ehtiyac duymayanlar, pis olduqlarından mizana ehtiyac duymayanlar, əməlləri hesaba çəkiləsi orta dəstə.1

Bildirişlər


1. Allahın inkarı əməllərin puça çıxması səbəbidir. Puça çıxan şeyin isə çəkisi olmur.

2. Allah yanında haqqın çəkisi var, batil isə puç və çəkisizdir.

3. İnsanın aqibəti onun əməllərindən asılıdır.

4. İlahi ayələrin, peyğəmbərlərin məsxərəsinin və küfrün sonu cəhənnəmdir.


● Ayə 107:


﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا﴾

Şübhəsiz, iman gətirib saleh işlər görənlər üçün Firdovs behişti qəbul yeridir.”



● Ayə 108:


﴿خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا﴾

Orada əbədidirlər yerlərini dəyişmək istəməzlər.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin