Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə51/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

Nöqtələr


● Həzrət Peyğəmbər (s) buyurur: “Behiştin yüz dərəcəsi var və onların ən üstünü Firdovsdur. Dua edərkən Allahdan Firdovs istəyin.”1

Bildirişlər


1. İman və saleh əməl behişt nemətlərinə çatmaq şərtidir.

2. Tərbiyədə xəbərdarlıqla yanaşı müjdə, mükafatla yanaşı əzab yer tutmalıdır. Bir neçə ayə öncə kafirlərin cəhənnəmdə qəbul vasitəsi bəyan oldu. Burada isə möminlərin qəbul vasitəsi olan Firdovs haqqında danışılır.

3. İnsan bir yerdə çox qaldıqda yorulur. O daha yaxşı yer gördükdə həmin yerə köçmək istəyir. Amma behişt əhli əbədi behiştdə heç vaxt yerlərini dəyişməyi arzulamırlar.

● Ayə 109:


﴿قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا﴾

De ki, əgər dəniz Rəbbimin kəlmələri üçün mürəkkəb olsa, Onun kəlmələri sona çatmamış dəniz sona çatar. Başqa oxşar dəniz köməyə gətirsən !”



Nöqtələr


● “Midad” dedikdə mürəkkəbə qatılan cövhər nəzərdə tutulur. Qələm kağız üzərində onun köməyi ilə yazır.

● “Rəbbin kəlmələri” dedikdə ya vədlər və yaranmışlar, ya hikmətlər və məfhumlar, ya vəhy və ya Allahın hər hansı nişanəsi nəzərdə tutulur. Demək, hər bir zərrə, atom, hüceyrə Rəbbin kəlmələrindən biridir.


Bildirişlər


1. Allahın sonsuz nişanələri var. İnsan bu nişanələri hətta saymağa və qeyd etməyə belə acizdir.

2. İstənilən bir hadisə Rəbbin nişanəsi və kəlməsidir, insanın inkişaf və tərbiyəsinə yönəlmişdir.



● Ayə 110:


﴿قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا﴾

De ki, həqiqətən, mən sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin məbudunuz yeganə məbuddur. Rəbbinin görüşünə ümid imanı olan kəs saleh görsün kimsəni ibadətdə Rəbbinə şərik qoşmasın.”


Nöqtələr


Bu ayədə həm tövhid, həm nübuvvət, həm məad, həm ilahi rəhmətə ümid, həm ona çatmaqda səy, həm də əməldə ixlas mövzularına toxunulmuşdur. Bu səbəbdən Peyğəmbər (s) buyurur: “Ümmətimə yalnız “Kəhf” surəsinin son ayəsi nazil olsaydı, onlar üçün yetərdi.”1

● Bir çox rəvayətlərdə bu ayə ilə bağlı ixlasın əhəmiyyətindən, riya təhlükəsindən, gizli şirkdən söz açılır.

● İmam Rza (ə) Məmunu qulamının tökdüyü su ilə dəstəmaz alan vəziyyətdə görüb bu ayəni tilavət etdi və ona anlatdı ki, dəstəmaz və digər ibadi işlərdə başqasından yardım almaq şirkdir və əməli batil edir.2

● Hədisdə deyilir: Hər kəs yatmazdan qabaq bu ayəni oxusa, istədiyi saatda yuxudan oyanar.3


Bildirişlər


1. Özümüzü necə varıqsa, elə də tanıtdıraq. Peyğəmbərlər özlərini bəşər sayırdılar.

2. İnsan nəslindən olmaq peyğəmbərlik şərtidir. Peyğəmbər əməldə başqa insanlara nümunə göstərməlidir.

3. İlahi rəhbərlər mübaliğələrin qarşısını almalıdırlar.

4. İlahi iş üçün hətta ilahi mükafata ümid də bəs edər. Buna yəqinlik olmasa da eybi yoxdur.

5. İnsanda ümid ötəri yox, daimi halda olmalıdır.

6. Əməlsiz ümid səmərəsizdir.

7. Ölüm hamı üçün labüddür. Amma Allahla görüş arzusunda olmaq daha dəyərlidir.

8. Şirk istənilən bir şəkildə qadağandır.

9. İş üç baxımdan dəyərli olur: işin özü, işi görən və işin məqsədi. Bu ayədə hər üç cəhət qeyd olunmuşdur.

10. Bu ayə həm ilahilik, həm də rübubiyyət və ibadət baxımından tövhidi bəyan edir.



MƏRYƏMSURƏSİ

(19-cu surə, 98 ayə)

On altıncı cüz

“Məryəm” surəsinin siması


98 ayədən ibarət olan “Məryəm” surəsi Quranın 19-cu surəsidir və Məkkədə nazil olmuşdur. (Bəziləri bu surənin 58-ci və 71-ci ayələrinin Mədinədə nazil olduğunu bildirirlər.)

Surə digər Məkkə surələri kimi qiyamət, günahkarların taleyi, yaxşı əməl sahiblərinin mükafatı, Zəkəriyyanın, Məryəmin, İsa ibn Məryəmin, Yəhyanın, İbrahimin, İsmailin və İdrisin əhvalatları mövzularından təşkil olunmuşdur.

“Əl-mizan” təfsirində oxuyuruq: “Allah bu surənin son iki ayəsində buyurur: “Bu surəni müjdə və xəbərdarlıq məqsədi ilə nazil etdik” və bu məqsəd peyğəmbərlərin həyatından danışan gözəl dastanlar formasında izlənilmişdir.

Quranda 34 dəfə Məryəmin adı çəkilir. Allah Quranda Məryəmdən savay heç bir qadının adını xüsusi zikr etməmişdir. Qadın adı ilə adlandırılmış yeganə surə “Məryəm” surəsidir.

Surənin tilavətinin (oxunmasının) fəziləti haqqında qeyd olunur ki, bu surəni ardıcıl şəkildə oxuyan şəxs Allah tərəfindən can, mal və övlad baxımından ehtiyacsız edilməmiş dünyadan getməz.1

Şübhəsiz, bu surənin göstərişlərinə əməl etməklə insan özünü başqalarından ehtiyacsız görəsidir.


﴿بسم الله الرحمن الرحيم﴾

bağışlayan və mehriban Allahın adı ilə


● Ayə 1-2:


﴿كهيعص ذِكْرُ رَحْمَةِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا﴾

Kaf, ha, ya, əyn, sad; (bu surədə) Rəbbinin Öz bəndəsi Zəkəriyyaya lütfü yad olunur.



● Ayə 3:


﴿إِذْ نَادَى رَبَّهُ نِدَاء خَفِيًّا﴾

O zaman ki, öz Rəbbini gizli bir nida ilə çağırdı.”



Nöqtələr


● “Kaf, ha, ya, əyn, sad” hərfləri Quranın müqəttəə hərflərindəndir və onlarda bir rəmz var. Bəzi dualarda Allahı bu hərflərə and verərək deyirik: “Kaf, ha, ya, əyn, sad haqqında”. Həzrət Əli (ə) də öz duasında Allahı bu hərflərə and verərək çağırır.1

● “Nida” dedikdə uca səslə çağırış başa düşülür. “Xəfiyya” asta yox, gizli mənasını bildirir. Çünki belə bir nida ahəstə yox, gizli ola bilər.2

Ola bilsin ki, Zəkəriyya xalqın ona istehza edəcəyindən çəkinərək gizli dua etmişdir. Xalq deyə bilərdi ki, nə üçün bu qoca kişi Allahdan övlad istəyir?!

● “Zəkəriyya” adı Quranda yeddi dəfə zikr olunur. Zəkəriyya Bəni-İsrail peyğəmbərlərindən, Musanın qardaşı Harunun övladlarından biri olmuşdur.

● Hədisdə deyilir: “Ən üstün dua gizli duadır.3


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin