Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə52/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

Bildirişlər


1. Allahın xüsusi nemətlərindən yada salınması ilahi məhəbbət amilidir.

2. Allah övliyalarının zikri bir dəyərdir.

3. İbadət və dua rəhmət əldə etmək üçün zəmindir.

4. Bəşər həyatındakı dəyişikliklərdə duanın rolundan qəflətdə qalmayaq. Peyğəmbərlər də öz çətinliklərinin həlli üçün duaya müraciət etmişlər.

5. Mömin insan heç vaxt tənhalıq hiss etmir.

6. Əgər Allah istəsə, Öz xalis bəndələrinin məxfi nidasını tarix üçün aşkarlayar.

7. Gizli dua ixlas halına yaxın olduğundan daha dəyərlidir.

● Ayə 4:


﴿قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُن بِدُعَائِكَ رَبِّ شَقِيًّا﴾

(Zəkəriyya) dedi: “Pərvərdigara, həqiqətən, sümüyüm süstləşmiş, başım qocalıq şöləsindən ağarmışdır. Pərvərdigara! Mən heç vaxt Sənə duada əli boş qalmamışam.”



● Ayə 5:


﴿وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِن وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا﴾

Həqiqətən, mən özümdən sonra yaxınlarıma görə qorxuram. Zövcəm sonsuzdur, Öz tərəfindən mənə bir canişin əta et.”



Nöqtələr


● Sonsuz kişi və ya qadın “aqir” adlanır. “İştial” dedikdə odun şölələnib yayılması nəzərdə tutulur. “Vəş təələr-rəsu”, yəni başımda tüklərin ağlığı alov tək şölələnib yayılmışdır.

● “Ali-İmran”, surəsinin 38-ci ayəsində Zəkəriyyanın Allahdan pak bir övlad istəməsi nəql olunur. Həmin ayədən məlum olur ki, bu ayədə “vəliyyən” deyərkən öz atasına canişin olacaq saleh övlad nəzərdə tutulur.

● Bəzən duada Allahla bəndə arasındakı rabitə o qədər sıx olur ki, “ya Rəbb” əvəzinə sadəcə “Rəbbi” deyə müraciət olunur.1

● İmam Sadiq (ə) buyurur: “Zəkəriyya əmisi və əmioğlanlarına görə nigaran idi.”2


Bildirişlər


1. Duada “Rəbbi” sözündən faydalanaraq, öz zəifliklərimizi sadalayaq, Allahın nemət və lütflərini zikr edək. Yalnız bundan sonra istəyimizi dilə gətirək.

2. Sümüklər insan bədəninin sütunlarıdır. Sümüklər zəiflədikdə bütün bədən zəifləyir.

3. Mömin heç vaxt Allahın rəhmətindən ümidini üzmür. (Zəkəriyya pir çağında Allahdan övlad istəyir.)

4. Ümidsiz insan bədbəxtdir. Amma ilahi insanlar ən çətin şəraitdə də ümidlərini itirmirlər.

5. İlahi insanlar varisin pisliyindən qorxurlar.

6. İlahi dünya görüşündə Allahın iradəsi təbii amillərə hakimdir.

7. Allah insanın istəklərini bilsə də, dua və yalvarışda ruhi aramlıq, təvazö, bəndəlik, Allaha həmd-səna kimi bərəkətlər var.

8. Övlad Allah tərəfindən bir hədiyyədir.

9. Ümidinizi itirib sonsuz arvadı rədd etməyin.

10. Əbədilik istəyi bəşəriyyətin fitrətindədir. İnsan unudulmaqdan, nəslinin kəsilməsindən nigarançılıq duyur.

11. İnsanın nigarançılıqlarından biri onun sonsuzluğudursa da, Allahın övliyaları övladı daha çox mənəvi məqsədlərin davamı üçün istəmişlər.

● Ayə 6:


﴿يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا﴾

(Pərvərdigara! Mənə elə bir canişin əta et ki,) mənə Yaqub nəslinə varis olsun. Pərvərdigara! Onu bəyənilmiş qərar ver.”



● Ayə 7:


﴿يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَى لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا﴾

(Allah-təala buyurdu:) Ey Zəkəriyya! Biz səni Yəhya adlı bir oğlan övladı ilə müjdələyirik. Əvvəllər kimsəyə onun adını qoymamışıq.”



● Ayə 8:


﴿قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا﴾

(Zəkəriyya) dedi: «Pərvərdigara! Zövcəm sonsuz, mən isə qoca zəif ikən oğlum necə ola bilər?»”



Nöqtələr


● Quran ayələrində irs dedikdə bəzən elm, bəzən hökumət nəzərdə tutulur.1 Amma xüsusi bir dəlil olmadıqda irs sözü mal-mülk kimi başa düşülməlidir. Hazırkı ayələrdə “yərisuni” dedikdə atadan irs ötürən övlad nəzərdə tutulur.2

● Peyğəmbər (s) buyurmuşdur: “Allahın mömin bəndələrinin mirası atanın ölümündən sonra Allaha ibadət edəsi saleh övladdır.” Sonra həzrət bu ayəni tilavət buyurdu.3

● “Rəziyy” sözü həm Allahın, həm də xalqın sevimlisi olmaq mənasını bildirir. Allahın insandan və insanın Allahdan razılığı məqamların ən üstünü və ən əzəmətlisidir.

● “Min qəblu səmiyya” cümləsi iki cür anlaşıla bilər: Həmin vaxtadək kimsəyə Yəhya adı qoyulmamışdır və ya bu sayaq xüsusiyyətlərə malik şəxsiyyət olmamışdır.

● “İtiyya” dedikdə həddi keçmək başa düşülür və qocalıq səbəbindən qəddi qurumuş şəxs belə adlandırılır.

● Zəkəriyya soruşur ki, onlar cavanlaşacaqlar, yoxsa elə pir yaşında övlad sahibi olacaqlar?1 Bəli, peyğəmbərlərin də biliyi məhduddur. Nəyəsə təəccüb etmələri onların peyğəmbərlik məqamına zidd deyil.

● İmam Baqir (ə) buyurur: “Övlad müjdəsindən Yəhyanın dünyaya gəlişinədək beş il vaxt ötdü.2

Bildirişlər


1. Peyğəmbərlərin müqəddəsliyi ilə övlad istəyi kimi fitri meyllər arasında ziddiyyət yoxdur.

2. Peyğəmbər yolunu izləmək mənəvi bir dəyərdir.

3. Peyğəmbərlər də adi insanlar kimi irs qoyur.

4. İlahi insanlar hətta maddi ehtiyaclarına münasibətdə mənəvi dəyərlərə diqqət yetirirlər.

5. Allahın razılığına səbəb olmuş övlad rəhmətdir.

6. Övladın salehliyi və yaxşılığı üçün o, nütfə halına düşməmiş dua etmək lazımdır.

7. Allahdan saleh övlad istəyək.

8. Ad qoyulması sadə bir məsələ deyil. Bəzi adlar Allah tərəfindən nazil olmuşdur. (Ad əqidə və mədəniyyət, əlaqə və bağlılıq, məqsəd və amil, baxışların nişanəsidir.)

9. Sonsuz kişilər və qadınlar Allahın lütfündən məyus olmasınlar.

10. Övladın oğlan və ya qız olması Allahın əlindədir.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin