Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə63/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   59   60   61   62   63   64   65   66   ...   113

Nöqtələr


Ötən ayədə “cənnət” sözü tək formada işlənmişdir. Bu ayədə isə həmin söz cəm formada, yəni “cənnat” şəklində qeyd olunmuşdur. Aydın olur ki, behişt əhli üçün nəzərdə tutulmuş bağlar çoxsaylıdır.

Bu təbir belə də anlaşıla bilər ki, hər bir behişt əhli üçün dörd bağ nəzərdə tutulmuşdur. “Ər-rəhman” surəsində bu nöqtəyə işarə olunur. Surədə bildirilir ki, təqva əhli üçün iki və başqa iki bağ mövcuddur.1 Bu bağlar ya bir-birinə yaxındır, ya aşağı qatlara malikdir, ya da behişt əhli arasında müxtəlif dərəcələr olduğundan bağlar da çeşidlidir.1

Qurani-kərim ilahi vədlərin gerçəkləşməsi ilə bağlı dəfələrlə söhbət açmışdır. Məsələn, buyurulur ki, kimdir Allahdan vəfalısı?2

Boş danışıqlardan uzaqlığın behişt üçün imtiyaz sayılmasında məqsəd bu ola bilər ki, bu günkü həyatımızda boş danışıq və işlərdən uzaq olaq. Belə bir nöqtəyə də işarə olunması mümkündür: Kafirlərin dünyada möminlərə əziyyət verən danışıqlarına behiştdə yer yoxdur.

“Nurisumin ibadina mən kanə təqiyya” cümləsində həm behiştin açarı olan təqvaya işarə olunmuşdur, həm də əziyyətsiz olaraq bir nemətə çatmaq mənasını bildirən irs təbiri işlədilmişdir. Təqva behişt açarı olsa da, bütün mükafatlar Allahın bizə ayırdığı irsdir. Əslində bizim əməllərimizin nəzərdə tutulmuş həddə mükafatı yoxdur. Behişt Allah tərəfindən irs olaraq təqva əhlinə verilən mükafatdır.

Hədisdə oxuyuruq: “Hər bir insanın behişt və cəhənnəmdə yeri var. Behiştə düşən insanın cəhənnəmdəki yeri cəhənnəm əhlinə irs verilir. İnsan cəhənnəmə düşdükdə onun Behiştdəki yeri irs olaraq Behişt əhlinə çatır.3

Bir şəxs İmam Sadiqə (ə) mədə ağrılarından şikayətləndi. Həzrət ona buyurdu: ”Gün uzunu 2 dəfə–sübh və axşam ye. Sübh və axşam arası (günorta) yemək yemə, bu, bədəndə fəsad yaradır.” Sonra imam hazırkı ayəni tilavət etdi.4

Bildirişlər


1. Behişt bağlarına sakinlik həmişəlikdir. (“Ədn” sözü sakinlik mənasını bildirir.)

2. Vəd olunmuş bütün lütflərin qaynağı Rəhman Allahın lütfüdür.

3. Biz bu gün ilahi vədlərin həqiqətini dərk etmirik.

4. Behişt əhli arasında “salam” sözü geniş yayılmış sözdür. Behişt mühiti əmin-aman mühitdir. Behişt əhli həm mələklərin, həm də dostların salamını eşidir.5

5. Behiştdə səhər və axşam kimi vaxt fərqləri var.

6. Behiştdə həm ruhi aramlıq, həm fiziki ehtiyaclar təmin olunur.

7. Behişt ən üstün mülkiyyət növüdür. O, əta olunduqdan sonra geri alınmır, əskildilmir.6

8. Behişt təqva əhli üçün mirasdır.



● Ayə 64:


﴿وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَلِكَ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا﴾

Biz (mələklər) yalnız Rəbbinin əmri ilə nazil oluruq; qarşımızda (gələcəkdə), arxamızda (keçmişdə) ikisinin arasında varsa Onundur. Sənin Rəbbin unutqan deyil.”



Nöqtələr


“Əl-mizan” təfsirində oxuyuruq: “Bəziləri bu iki ayəni əvvəlki ayələrlə əlaqələndirməyə çalışsalar da, əslində onlar müstəqildir.

“Təfsire-Fəxr-Razi”, “Təfsire-Təbəri”, “Təfsire-Tibyan” mənbələrində oxuyuruq: “Peyğəmbərə (s) gələn vəhyin arası bir müddət kəsildi. Bu, peyğəmbərin nigarançılığına və müxaliflərin tənəsinə səbəb oldu: Ayə nazil edildi: “Rəbbin unutqan deyil.” “Zuha” surəsinin 3-cü ayəsi də bu ayənin oxşarıdır.


Bildirişlər


1. Quran tədricən və Allahın əmri əsasında nazil olur.

2. Mələklər Allahın əmrinə təslimdir.

3. Hər şeyin həqiqi sahibi Odur.

4. Vəhy Allah əmri əsasında təxirə salınmışdı. Bu təxirin səbəbi Allahın Öz peyğəmbərini unutması deyildi.2



● Ayə 65:


﴿رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا﴾

Göylərin yerin, onların arasında olanların Rəbbi! Yalnız Ona pərəstiş et, Ona ibadətə səbirli ol. Ona bənzərini tanıyırsanmı?!”



Nöqtələr


“Səmiyy” sözü ilə bağlı bir neçə məna zikr olunmuşdur: Şərik, bənzər, həm ad (adaş), övlad. Ötən ayədəki “Rəbbikə” və bu ayədəki “Rəbbus-səmavati vəl-ərz” sözləri bütün varlıq aləmi ilə birlikdə bəşər həyatının idarəçiliyindəki vəhdəti göstərir.

İbadət təkcə Allahın zikri, namaz deyil. Bu sayaq ibadətlərdə elə bir çətinlik yoxdur ki, səbir və dözümə ehtiyac duyulsun. Səbir və dözüm tələb edən ibadət insanı təzadlarla, zalım qüvvələrlə, problemlərlə üzbəüz qoyan ibadətdir. Yalnız belə məqamlarda insanın səbir və dözümə ehtiyacı olur.

Həzrət Əli (ə) ayədəki “həl tələmu ləhu səmiyya” təbiri ilə bağlı buyurur: “Kimsə “Allah” adı ilə adlandırılmamışdır.”1

Bildirişlər


1. Bizim Allah qarşısındakı ibadətlərimizin fəlsəfəsi varlıq aləmində yalnız Ona məxsus olan rübubiyyətdir.

2. İbadət səbir tələb edir. (İbadət bir növ azğın nəfs istəkləri və azğın qüvvələrlə mübarizədir.)

3. Allah səni unutmayıb, sən də Onu unutma.

4. Allahın övladı yoxdur, Ona bənzəri tapılmaz.



● Ayə 66:


﴿وَيَقُولُ الْإِنسَانُ أَئِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا﴾

İnsan deyir: “Yoxsa öləndən sonra ikinci dəfə (qəbirdən) xaric olacağam?”



● Ayə 67:


﴿أَوَلَا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا﴾

Görən insan heç olmadığı bir halda bundan öncə onu yaratdığımızı yada salmırmı?!”



Nöqtələr


Bu ayə “Yasin” surəsinin 78, 79-cu ayələrinə bənzəyir. Uyğun ayələrdə bildirilir ki, bir şəxs çürüyüb ovulmuş sümükləri Peyğəmbərin (s) yanına gətirib onunla mübahisəyə başladı və dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” Bu şəxsə cavab olaraq Allah buyurdu: ”(Ey peyğəmbər,) de ki, onu öncə yaradan kəs ölümdən sonra da dirildər. O, hər şeyi bilir.”

İmam Sadiqdən (ə) “bir şey olmadığı halda” ifadəsi haqqında soruşulduqda həzrət buyurur: “Yəni təqdir (yazı) və təkvin (yaranış) mərhələsində heç nə idi.” İmam rəvayətçinin növbəti sualı ilə bağlı buyurur: “Yəni təqdir olmuşdu, amma adı çəkilmirdi.”2 Demək, bu iki ayədə insanın yaranışdan öncəki iki mərhələsi haqqında danışılır.

Digər bir hədisdə İmam Baqir (ə) “Bundan öncə” təbiri ilə bağlı buyurur: “Nə kitabda, nə elmdə onun haqqında bir söz yox idi.”3


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin