Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə65/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   61   62   63   64   65   66   67   68   ...   113

Nöqtələr


Nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur: “Bütün insanlar oda daxil olar, sonra əməllərinə uyğun oradan xaric edilər. Bəziləri şimşək, bəziləri külək, bəziləri at kimi, bəziləri qaçaraq, bəziləri isə adi yerişlə oddan xaric olar.”3

Bildirişlər


1. Cəhənnəm təqva əhli üçün keçid, zalımlar üçün məskəndir.

2. Cəhənnəmdən yeganə qurtuluş yolu təqvadır.

3. Təqvasız insan zalımdır.

4. Zalımlar təhqirə layiqdirlər.



● Ayə 73:


﴿وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا﴾

vaxt aydın ayələrimiz onlara oxunsa, küfrə uğrayanlar iman gətirənlərə deyərlər: “Bizlərdən hansımızın yeri daha üstün, məclisi daha gözəldir?”



Nöqtələr


“Nədiyy” dedikdə hər hansı məclis və ya müşavirə məclisi nəzərdə tutulur. “Darun-nədvə” ifadəsi şura məclisi mənasını bildirir. “Ənkəbut” surəsinin 29-cu ayəsində “Siz öz məclisinizdə günah edirsiniz”, “Ələq” surəsinin 17-ci ayəsində “Öz müşavirlərini çağırdı” cümlələri bəyan olunur.

Kafirlər möminləri məsxərəyə qoyaraq və ya sual formasında deyirdilər: “Nəzir ibn Haris və Vəlid ibn Müğeyrə kimi sərvətlilər üstündür, yoxsa Bilal və Əmmar kimi yoxsullar?” Onlar bu sayaq təkəbbür göstərib özlərini müsəlmanlardan ayırır və iman gətirmirdilər.

Bəli, bəziləri çalışırlar ki, öz mənəvi nöqsanlarını maddi görüntülərlə ört-basdır etsinlər. Bəzi rəvayətlərdə deyilir: Kafir əyanlar gözəl və dəbdəbəli libaslar geyinir, Peyğəmbər (s) və onun tərəfdarlarının qarşısından ötərək onlara alçaldıcı nəzərlərlə baxırdılar.1
Xərabəti süzmə həqarətlə sən,

Sınıq kuzə gördün qaldır yerindən.

Bildirişlər


1. Möminlər düşmənlərin təbliğat və şübhələrinə cavab üçün hazır olmalıdırlar.

2. Düzgün əqidə və məntiqlə dünyəvi rifah arasında əlaqə yoxdur. Din düşmənləri deyirdilər: “Əgər bizim yolumuz batildirsə, nə üçün maddi durumumuz sizdən üstündür?”

3. Pul və var-dövlət haqlılıq və şəxsiyyət nişanəsi deyil.

4. Fəxr (öyünmək) və lovğalıq küfr üçün zəmin yaradır.



● Ayə 74:


﴿وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا﴾

Biz onlardan öncə onlardan daha varlı daha gözəl görünən bir çox nəsilləri məhv etdik.”



Nöqtələr


“Əsas” sözü dünyəvi imkanlar və rifah mənasını bildirir. Xoş görünüşlü, baxmalı mənzərələrə “riya” deyilir. “Qərn” dedikdə eyni bir dövrdə yaşamış insanlar nəzərdə tutulur.

Bildirişlər


1. Zalım güclərin və kafirlərin süqut tarixi insan üçün elm və ibrət mənbələrindəndir. (Tarix ardıcıl düzümlü bir məcmuədir və qədim tarixdən gələcək üçün ibrət götürmək olar.)

2. Məhv edilmiş kafirlər və zalım güclər az olmamışdır.

3. Tarixi hadisələr Allah tərəfindən müəyyənləşdirilmiş qanunlar əsasında baş verir.

4. Maddi imkanlar və rifah nə xoşbəxtlik göstəricisidir, nə də Allahın qəzəbinin qarşısını ala bilir.

5. Rifah və maddi imkanlar qürur, qəflət, tüğyan və nəhayətdə həlak olma amilidir.

● Ayə 75:


﴿قُلْ مَن كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَنُ مَدًّا حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا﴾

De ki, Rəhman Allah yolunu azan kəsə (Öz sünnəsi əsasında) vəd olunmuş, (dünyada) əzab ya qiyaməti eşidib-görənədək möhlət verib yardım göstərir. (Həmin gün) kimin yerinin daha pis kimin qoşununun daha aciz olduğunu biləcəklər.”


Nöqtələr


“Mədd” və “imdad” sözləri eyni bir mənanı bildirir. Amma Rağibin nəzərincə, adətən, imdad sözü bəyənilmiş və sevilən iş haqqında, “mədd” sözü isə bəyənilməmiş və ikrah doğuran iş haqqında işlədilir.

Allah-təala şərr yol seçənlərə möhlət verir. Möhlət verilməsində məqsəd budur ki, həmin şəxslər tövbə edə bilsinlər və ya onların nəslindən saleh övladlar ərsəyə gəlsinlər. Əlbəttə ki, bəzi azğınlar bu ilahi möhlətdən sui-istifadə edib daha çox günaha batır və öz əzablarını artırırlar.1


Haqqın lütfü sənə edəsi yardım,

Batarsan kənara atsan bir addım.
İmam Sadiq (ə) “iza rəəv ma yuədun” cümləsi haqqında buyurur: “Burada həzrət Mehdinin (ə) zühuru vəd olunur. “Şərrun məkanən”, yəni Mehdinin (ə) qiyam günü məlum olacaq ki, kimin mövqeyi xoşagəlməz və zəifdir.2

Bildirişlər


1. Allahın sünnəsində bütün insanların hərəkət və inkişafı üçün zəmin hazırlanması nəzərdə tutulur. Bununla belə, azğınlıq yolunu tutan insana bir müddət möhlət verilir. Həmin şəxs doğru yolu seçdikdə Allah ona yardımını artırır.

2. İnsana verilən möhlət və göstərilən yardım ilahi rəhmətdən qaynaqlanır.

3. Kafirlər dəfələrlə əzabla hədələnsələr də, nəticə çıxarmırdılar.

4. Yolunu azanların bəzisini Allah həm dünya, həm də axirətdə, bəzisini isə yalnız axirətdə cəzalandırır.

5. Ölüm anında məqam və mövqe, yaxınlar və çoxluq kara gəlmir.

6. Qiyamət həqiqətlərin zühuru, kəşf və şəhadət günüdür.



● Ayə 76:


﴿وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا﴾

Allah hidayət olanların (doğru yolu tutanların) hidayətini artırar. Rəbbinin yanında davamlı yaxşılıqların savabı daha üstün xoş aqibətdir.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin