Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə69/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   65   66   67   68   69   70   71   72   ...   113



TAHASURƏSİ

(20-ci surə, 135 ayə)

On altıncı cüz

“Taha” surəsinin siması


135 ayədən ibarət olan “Taha” surəsi Məkkə surələrindəndir. Bu surədə də digər Məkkə surələrində olduğu kimi, daha çox yaranış və məad mövzularından danışılır.

“Taha” surəsi həzrət Musanın macərasının ətraflı şəkildə bəyan olunduğu ilkin surədir. Surənin səksənədək ayəsi bu mövzuya həsr olunmuşdur. Surənin digər hissələrində Quranın əzəmətindən və Allahın sifətlərindən, Adəmlə Həvvanın və Şeytanın vəsvəsələrindən söz açılır. Sonda isə düşündürücü nəsihətlər bəyan olunur.

İmam Sadiq (ə) buyurmuşdur: “Taha” surəsini davamlı şəkildə tilavət edən kəs Allahın məhbubu olar, qiyamət günü əməl naməsi onun sağ əlinə verilər.”1
﴿بسم الله الرحمن الرحيم﴾

Bağışlayan və mehriban Allahın adı ilə




● Ayə 1-2:


﴿طه مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَى﴾

Ta-Ha; Biz Quranı səni məşəqqətə salmaq üçün nazil etmədik.”



● Ayə 3:


﴿إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَى﴾

Yalnız (Allahdan) qorxan kəs üçün xatırlatma olsun deyə (göndərdik).”



● Ayə 4:


﴿تَنزِيلًا مِّمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى﴾

(Bu ayələr) yer uca göyləri yaratmış kəs tərəfindən nazil olmuşdur.”



Nöqtələr


“Ta-ha” müqəttəə hərfləri müxtəlif cür mənalandırılmışdır. O cümlədən, bu hərflərin Allahın və ya peyğəmbərin adı olması bildirilir.1 Bəzən peyğəmbər Əhli-beyti “ali ta-ha” və ya Həzrət Əli (ə) “ta-ha” adlandırılmışdır.2 “Nüdbə” duasında imam Mehdi (ə) “yəbnə taha” adı ilə çağırılır. Hər halda bu hərflər artıq və ya mənasız deyil. Quranın nazil olmasından keçən uzun müddət ərzində, eləcə də, dilşünas düşmənlərin çoxluğuna baxmayaraq, indiyədək uyğun mövzuda heç bir irad bildirilməmişdir.3

İslam Peyğəmbəri (s) vəzifəsinin icrasında hədsiz eşq, yanğı və məsuliyyət göstərdiyindən tabdan düşürdü. Belə ki, onu ayaqları ağrıyar, mübarək çöhrəsinin rəngi saralardı.4

“Tənzil” dedikdə tədrici nazilolma başa düşülür. Yəni Quran 23 il müddətində müxtəlif hadisələr və münasibətlərlə bağlı nazil olmuşdur. Bu sayaq tədrici nazilolmanın Qədr gecəsində birdəfəyə Peyğəmbərin (s) mübarək qəlbinə nazil olması ilə ziddiyyəti yoxdur.

Bildirişlər


1. İlahi vəhy əzab-əziyyət yaratmaq üçün nazil olmamışdır.

2. Dini vəzifələrin icrasında üzücü məşəqqətlərə dözmək lazım gəlmir.

3. İnsan fitrətən etiqadlıdır. Amma fitrətinə diqqətsiz olduğundan xatırlatmaya ehtiyac var.

4. Təqva, elm və ilahi xof bir-birinə ehtiyaclıdır.1

5. Münasib inkişaf üçün tərbiyəçi və təbliğatçının səviyyəsi bəs etmir. Qarşı tərəfdə qəbul üçün zəmin olmalıdır. Necə ki, yaxşı məhsul götürmək üçün yaxşı toxum, yaxşı torpaq və qulluğa ehtiyac duyulur.

6. Öyüd götürülməsində məsuliyyət hissi müqəddimədir.

7. Peyğəmbərin vəzifəsi xalqı məcbur etmək yox, sadəcə xəbərdarlıqdır.

8. Şəriət və təbiət eyni mənbədəndir və uyğun qanunlara malikdir.

9. Əzəmətli göylərin yaradanı bir söz demişsə, demək, bu söz mühümdür.

● Ayə 5:


﴿الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى﴾

Ərşi hökmü altına alan Rəhman Allahdır.”



● Ayə 6:


﴿لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَى﴾

Göylərdə, yerdə, onlar arasında yer altında varsa Onundur.



● Ayə 7:


﴿وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى﴾

Sözünü açıq desən ( ya gizlətsən, fərqi yoxdur), həqiqətən, O sirləri daha gizliləri bilir.”



● Ayə 8:


﴿اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى﴾

Bir Allahdır ki, Ondan başqa məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur.”



Nöqtələr


Bu bir neçə ayədə Allahın bariz sifətlərindən dördü bəyan olunmuşdur. Xaliqlik, hakimlik, maliklik, alimlik.

Allahın ərşə hakim olması digər surələrdə başqa ifadələrlə bəyan olunmuşdur. Bütün bunlar Onun varlıq aləmi üzərindəki mütləq hakimiyyətindən danışır. Məsələn, “filankəs taxta çıxdı” dedikdə, onun hakimiyyətə çatması başa düşülür.

Müxtəlif ayələrdə Allahın ərşə hakimliyi qeyd olunduqdan sonra, adətən, deyiləni təfsir edən cümlə gəlir. Məsələn: “O, ərşə hakimdir və gecə ilə gündüzü örtür.”1; “Onun varlıq üzərində əhatəsi var və işləri idarə edir”2; “O, varlığa hakimdir və hər şeyi bilir”3; “O, ərşə hakimdir və Ondan başqa hami yoxdur.”4

“Səra” sözü rütubətli torpaq mənasını bildirir. “Təhtəs-səra” dedikdə ölülər, xəzinələr və torpaq altda olan istənilən bir şey başa düşülür.

“Əsmaul-husna” dedikdə Allahın sifətləri, adları nəzərdə tutulur. Rəvayətlərə əsasən, “əsmaul-husna”ya 99 ad daxildir. Əgər duada Allah bu adlarla çağırılsa, böyük bərəkətlər və təsirlər gözlənilir. Allahın adları təkcə bu 99 addan ibarət deyil. Bir sıra dualarda, o cümlədən, “Cuşən kəbir” duasında Allahın minədək adı zikr olunur. Əlbəttə ki, bu adları vasitə seçmək yalnız onları dilə gətirmək deyil. İnsan özünü həmin adlara, sifətlərə yaxınlaşdırmalıdır.5

Rəvayətlərdə məsum imamların dilindən belə nəql olunur: “And olsun Allaha, biz Allahın gözəl adlarıyıq.”6

İmam Sadiq (ə) buyurur: “Sirr” dedikdə qəlbində gizlədiyin, “əxfa” dedikdə isə zehnindən ötüb keçmiş, amma unutduğun şey nəzərdə tutulur.”7 Yəni “əxfa” təkcə başqalarının yox, həm də özünün xəbərsiz qaldığın həqiqətdir.

Allah hər şeydən agahdır. O, göylərin və yerin qeybini bilir.1 Allah bətndəkilərdən xəbərdardır.2 O, baxışlardakı mənalardan xəbərdardır.3 Allah qəlbdən ötənləri bilir.4 Ondan xəbərsiz ağacdan bir yarpaq belə düşə bilməz.5



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin