Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə79/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   75   76   77   78   79   80   81   82   ...   113

● Ayə 70:


﴿فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَى﴾

(Musanın möcüzəsini, bütün qurğularının necə udulduğunu gördükdə) sehrbazlar səcdəyə düşdülər dedilər: “Biz Harunun Musanın Rəbbinə iman gətirdik.”



Nöqtələr


Musanın gördüyü işin sehr-cadu olmadığını anlayan sehrbazlar ixtiyarsız olaraq səcdəyə düşdülər. Sübh vaxtı kafirlər cərgəsində olan sehrbazlar qürub vaxtı şəhidlər toplumuna qatıldılar. Onlar Harun və Musanın Rəbbinə iman gətirdiklərini bildirməklə yanlış yolda olduqlarını etiraf etdilər. Firon özünü xalqın rəbbi sayırdı. Sehrbazlar “Harunun və Musanın Rəbbi” deməklə başqa bir sui-istifadənin də qarşısını aldılar. Əgər onlar “Musanın Rəbbi” desəydilər, Firon iddia edərdi ki, Musanı mən tərbiyə etmişəm. Bu səbəbdən də sehrbazlar öncə Harunun, sonra Musanın adını çəkdilər.1

Allah Öz peyğəmbərlərinə heç bir şərt qoymadan üstünlük vəd edir. Möminlərə isə yalnız imana vəfa şərti ilə üstünlük vəd olunur.2 Peyğəmbərlər daim vəfalı olduğu halda, möminlər yolunu aza da bilər. Bu səbəbdən də Allah möminləri imana vəfa şərti ilə üstün sayır.


Bildirişlər


1. Nigarançılıq çox olan yerdə daha çox təkidə ehtiyac duyulur.

2. Təlqin ruhiyyəni gücləndirən amildir.

3. Höcətkeşə onun sözlərinə uyğun şəkildə, öz dilində cavab vermək lazımdır.

4. Haqq batili puça çıxarır.

5. Təkcə həzrət Musa dövrünün sehrbazları yox, bütün sehrbazlar bədbəxt olmuşlar.

6. Sağlam və qeyri-inadkar fərdlər həqiqət aydınlaşan kimi onu qəbul edirlər. (Sehrbazlar sanki daxilən səcdəyə məcbur edildilər.)

7. İnsan bir anda qərarını dəyişib, yeni əqidə seçə bilən mövcuddur.

8. Tövbə yolu hamının üzünə açıqdır. Şirkin tövbəsi Allaha iman gətirməkdir. Hər çaşqın insanı pis saymayaq, həmin şəxs tövbə edə bilər.

9. İnsanlar əqidə seçimində azad buraxılıb və mühitə tabe deyil.

10. Səcdə əminlik nişanəsidir. Səcdəsiz iman olmur.

11. Sehrbazlar bir cümlə ilə tövhid və nübüvvətə imanlarını izhar etdilər.

● Ayə 71:


﴿قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَى﴾

(Firon bütün planlarının boşa çıxdığını görüb sehrbazlara) dedi: «Mən sizə icazə verməmiş ona iman gətirdiniz? Şübhəsiz, o sizin başçınızdır, sizə sehr öyrədib. Əl-ayaqlarınızı çarpaz kəsəcək, sizi xurma ağacının budaqlarından asacağam. Tezliklə kimin işgəncəsinin daha ağır olduğunu biləcəksiniz.»”



Nöqtələr


61-ci ayədə Musa fironçuları əzabla qorxutdu. Bu ayədə isə Firon deyir: “Tezliklə kimin əzabının daha ağır olduğunu görəcəksiniz.”

Bildirişlər


1. Allah istəsə, pisdən də xeyir gəlir. Firon həqiqəti aradan götürmək üçün bütün mütəxəssisləri bir yerə topladı. Amma oraya cəm olanların hamısı Musanın vasitəsi ilə hidayət oldu.

2. Zalım quruluşda çıxıntı hakimdir, xalq hətta əqidə azadlığından məhrumdur.

3. Hədə-qorxu və böhtan zalım hakimlərin qaydasıdır.

4. Peyğəmbərlər insanların ruhu üzərində işləyir. Zalım hakimlər isə insanların cisminə zərbə vurmaqla intiqam alır. Onlar anlamırlar ki, işgəncə və qətl yolu ilə xalqın etiqadını dəyişmək olmaz.

5. Təkəbbürlü zalımlar özlərini əbədi bilirlər.

● Ayə 72:


﴿قَالُوا لَن نُّؤْثِرَكَ عَلَى مَا جَاءنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا فَاقْضِ مَا أَنتَ قَاضٍ إِنَّمَا تَقْضِي هَذِهِ الْحَيَاةَ الدُّنْيَا﴾

(İman gətirmiş sehrbazlar Firona) dedilər: «Biz heç vaxt bizi yaratmış kəsdən bizim üçün gəlmiş möcüzələrdən səni üstün tutmayacağıq. İstədiyin hökmü ver. Sən yalnız dünya həyatında hökm verirsən.”



● Ayə 73:


﴿إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ وَاللَّهُ خَيْرٌ وَأَبْقَى﴾

Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, xətalarımızı, bizi vadar etdiyin sehrləri bizə bağışlasın. Allah daha üstün əbədidir.”



Nöqtələr


“Xətiə” sözünün cəm forması olan “xətaya” sözü bilərəkdən yol verilən günahlar mənasını ifadə edir.1

“Ma əkrəhtəna ələyhi minəs-sihr”, yəni biz Allahdan sənin məcbur etdiyin xətalara görə bağışlanma diləyirik. “Sehrə məcburiyyət” dedikdə sehrbazların bir yerə toplanması və sehr göstərməyə vadar edilməsi nəzərdə tutulur.

Allah yolunda canından keçən kəs hər an inkişafdadır. Sehrbazlar bu ayələrdə Allahı üç təbirlə xatırlamışdır.

İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə oxuyuruq: “Özünü başqalarından üstün bilən hər kəs təkəbbür əhlidir.” İmamdan soruşdular ki, “özünü günahkarlardan üstün sayan pak insanlar da təkəbbür əhli sayılırmı?” İmam sehrbazların iman gətirməsi mövzusunu bəyan etdi və buyurdu: ”İnsan bəzən bir neçə anda fikrini dəyişir. Buna görə də özünüzü üstün saymayın. Çünki işin sonundan xəbərsizsiniz.”1


Bildirişlər


1. İnsanlar əqidə və iman seçimində azad buraxılıblar. İnsanların əqidəsini zorla dəyişmək olmaz.

2. Elə edin ki, düşmənlər sizdən ümidlərini üzsünlər.

3. İman insana qüdrət və cürət verir. Sehrbazlar iman gətirdikdən sonra Firona qarşı çıxdılar.

4. Məntiq və bəsirətə əsaslanan iman dəyərlidir.

5. Dünyanın super gücləri həqiqi möminlərin gözündə aciz və dəyərsizdirlər.

6. İlahi dəyərlərin müdafiəsi yolunda insanın candan keçməyə hazırlığı gerçək iman nişanəsidir.

7. İmansız insan zalım rejimin hədiyyələrinə meyl göstərir. Həqiqi mömin isə Allahdan savay nə varsa kiçik və dəyərsiz sayır.

8. İlahi əfvə nail olmaq üçün ilk addım Allaha iman gətirməkdir.

9. Sehr-cadu günahdır və bu işi görən tövbə etməlidir.

10. Zalım hakimlər xalq arasındakı mütəxəssislərdən sui-istifadə edirlər.

11. Düşmənlə düşmən kimi davranın. Firon özünü öydüyü vaxt iman gətirmiş sehrbazlar Allahı öydülər.


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin