Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə85/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   81   82   83   84   85   86   87   88   ...   113

● Ayə 102:


﴿يَوْمَ يُنفَخُ فِي الصُّورِ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا﴾

Elə bir gün ki, sur üfürülər Biz həmin gün günahkarları gözləri bulaşıq halda səhnəyə gətirərik.”



● Ayə 103:


﴿يَتَخَافَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا﴾

Onlar öz aralarında astadan danışarlar ki, siz (dünyada) bir neçə (on) gündən artıq qalmadınız.”



Nöqtələr


“Himl” və “həml” sözlərinin lüğət mənaları eynidir. Amma “himl” dedikdə zahiri yük, “həml” dedikdə batini yük nəzərdə tutulur. Məsələn, ana bətnindəki körpə “həml” adlanır.

“Zurq” dedikdə ağ və qara rəngin qarışığı nəzərdə tutulur. Məsələn, kül rəngi bu qəbildəndir. Və insanın korluğuna, qorxusuna, rənginin qaçmasına işarə ola bilər.

“Sur” sözü ya buynuz, ya da surətlər mənasını bildirir. İkinci mənaya əsasən ölülərin dirilməsi üçün onların üzlərinə üfürülmə nəzərdə tutulur.

Qurani-məciddə iki üfürmə qeyd olunur. Birinci üfürmədə bütün canlı mövcudlar ölər, ikinci üfürmədə bütün insanlar hesab üçün ayağa qaldırılar.1 “Sur üfürülər” dedikdə qiyamət günündəki ikinci üfürmə nəzərdə tutulur.


Bildirişlər


1. İnsan yol seçimində azad buraxılıb. O həm haqqı, həm də batili qəbul edə bilər.

2. İlahi zikrdən uzaqlıq təkcə dünya bədbəxtliyi ilə yox, həm də axirət bədbəxtliyi ilə sonuclanır.2

3. Qiyamət yükünün təhlükə və ağırlığı kimsəyə məlum deyil.

4. Qiyamətdə günahkar şəxs ya kor və üzü qara məhşur olar, ya da qorxudan gözləri bozarar.

5.Dünya həyatının uzunluğu axirət həyatı ilə müqayisədə bir neçə gün kimi görünür.

● Ayə 104:


﴿نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا﴾

(Əlbəttə) Biz onların dediklərini daha yaxşı bilirik. Onlar arasında ən yaxşı rəftarı olanlar deyər: “Siz bir gündən çox yubanmadınız!”



Nöqtələr


Qiyamət o qədər əzəmətlidir ki, insan həmin səhnəni gördükdən sonra dünya ömrünü yarım, bir, ən çoxu on gün zənn edir. Quran müxtəlif zümrələrin dilindən dünya həyatının uzunluğu ilə bağlı təsəvvürləri belə bəyan edir: on gün, bir gün, günün bir hissəsi1; qısa anlar2; qısa bir vaxt3.

Belə görünür ki, dünya həyatının uzunluğu ilə bağlı fərqli fikirlər insanların bəsirət və düşüncə səviyyəsindən doğur. Ayələrdən göründüyü kimi, dünya ömrünü yaxşı rəftar sahibləri bir gün, günahkarlar isə on gün zənn edirlər.


Bildirişlər


1. Günahkarlar qiyamət səhnəsində eyni dərəcədə olmur.

2. Daha ağıllı insan dünya ömrünü daha qısa sayır.



● Ayə 105:


﴿وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّي نَسْفًا﴾

(Ey peyğəmbər,) səndən (Qiyamətdə) dağlar haqqında soruşarlar. De ki, mənim Rəbbim onları kökündən qoparıb uçurar.”



● Ayə 106:


﴿فَيَذَرُهَا قَاعًا صَفْصَفًا﴾

Sonra onları saf hamar bir səhraya döndərər.”



● Ayə 107:


﴿لَا تَرَى فِيهَا عِوَجًا وَلَا أَمْتًا﴾

Onda heç bir alçaq-hündürlük müşahidə etməzsən.”



Nöqtələr


“Nəfs” sözü məhv etmək, “qaə” saf yer, “səfsəf” hamar yer, “ivəc” çökəklik, “əmtə” yüksəklik mənasını bildirir.

Bildirişlər


1. Xalqın Qiyamətlə bağlı sualları olur və peyğəmbər onları cavablandırmalıdır.

2. Təbiətə hakim qanunlar daimi deyil.

3.Dağları uçurmaq və qiyaməti bərpa etmək Allahın rübubiyyət cilvələrindəndir.

● Ayə 108:


﴿يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ وَخَشَعَت الْأَصْوَاتُ لِلرَّحْمَنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا﴾

Həmin gün (insanlar) heç bir yanlışlığı olmayan dəvətçiyə tabe olarlar ( İsrafilin sədasını gözləyərlər). Rəhmanın qarşısında bütün sədalar kəsilər, ahəstə bir səsdən başqa bir şey eşitməzsən.”



Bildirişlər


1. Bəziləri dünyada ilahi çağırışları qulaqardına vururdularsa, Qiyamət günü itaətdən başqa çarə olmayacaq.

2. Qiyamət Allahın mərhəmətinin təcəlla və zühur günüdür. Allahın mərhəməti həmin gün bütün insanların ümid yeri, sığınacağıdır.



● Ayə 109:


﴿يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا﴾

Həmin gün Allahın izn verib danışığından razı qaldığı kəs istisna olmaqla şəfaət faydasızdır.”



Nöqtələr


Şəfaətin Quran və rəvayətlə bir araya sığmayan inkarı günaha yol vermiş möminləri ümidsizləşdirdiyi kimi, heç bir şərtsiz şəfaətin qəbulu da günahkarları cəsarətləndirir və ilahi ədalətə ziddir. Bu səbəbdən də Qurani-kərim şəfaət üçün müəyyən şərtlər nəzərdə tutur.

Quran baxımından şəfaət günahkarların ümid bacası, onların övliyalarla rabitə vasitəsidir. Şəfaət Allahın iznidir. Yalnız tövhid xəttində olan, düzgün məntiq və haqq etiqada malik insanlar şəfaətdən bəhrələnərlər. Yalnız onların sözü Allah tərəfindən qəbul olunur. Etiqadı məqsədli, müvəqqəti, səthi, məsxərə və nifaq məqsədi daşımayanların əməllərində nöqsan tapıldıqda şəfaət onlara əl tutur.

Bu səbəbdən də Quran bütlərin bütpərəstlərə şəfaətini, onlara yardım göstərməsini batil sayır. Tərəfdarlarının günahını yumaq üçün İsanın fəda olması, şiələrə yardım üçün İmam Hüseynin (ə) şəhadəti kimi yanaşmalar şəfaətin həqiqi mənası ilə bir araya sığmır. Bəli, İmam Hüseyn (ə) qiyamət gününün böyük şəfaətçilərindəndir. Amma bilməliyik ki, şəhadətə qucaq açarkən onun məqsədi tərəfdarlarına şəfaət vermək olmamışdır.

İmam Baqir (ə) bu ayə ilə bağlı buyurur: “Peyğəmbərin (s) şəfaəti yalnız əməl və rəftarından razılıq olan kəslər üçündür. Belələri Peyğəmbər (s) Əhli-beytinə (ə) məhəbbətlə yaşamış və bu məhəbbətlə dünyadan köçmüşlər.1



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin