Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə98/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

Bildirişlər


1. Səma hesablı və məqsədli yaradılmışdır.

2. Təkcə yer yox, göylər də hifz olunur. (Onların insanın üzərinə süqutunun qarşısı alınır.)

3. Səma həm hifz edəndir, həm də hifz olunan.

4. Səmada Allahın qüdrət və hikmət nişanələri var.

5. Allah insanı təkrar-təkrar Onun ayə və qüdrət nişanələrindən ibrət götürməyə çağırsa da, insan qəflət içində arxa çevirir.

● Ayə 33:


﴿وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ﴾

O, gecə gündüzü, günəşi ayı yaradan kəsdir. Onların hər biri öz yolu ilə üzməkdədir.”



Nöqtələr


Gecə də gündüz kimi Allahın məxluqu, yaratdığıdır.2 Ölümün də həyat kimi varlığı var və o, Allah tərəfindən xəlq olunmuşdur.

Bu ayədəki “kullun” sözü ilə bağlı bir neçə ehtimal var:

a) Təkcə günəş və ay yox, bütün səma cisimləri hərəkətdədir.

b) Günəş və ayın tülu (doğuş) məhəlli müxtəlif və çoxsaylıdır.3

v) Gecə və gündüz də günəş və ay kimi hərəkətdədir. Əgər yer kürəsinə kənardan baxa bilsək, yerin kölgəsi olan gecəni konus, gündüzü işıqlı silindr formasında yer ətrafında hərəkət halında görərik.4

Bildirişlər


1. Allahın xəlq etdiklərinə diqqət ən yaxşı allahşünaslıq yoludur. Çünki təbiət daim bütün insanların gözü qarşısındadır.

2. Hər bir göy cisminin öz orbiti var və bu orbitdə hərəkət edir.



● Ayə 34:


﴿وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ الْخُلْدَ أَفَإِن مِّتَّ فَهُمُ الْخَالِدُونَ﴾

Biz səndən öncə heç bir insan üçün əbədilik qərar vermədik. Sən dünyadan getsən, onlar əbədi həyat tapacaqmı?!”



● Ayə 35:


﴿كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ﴾

Hər kəs ölümü dadasıdır. Biz sizi şər xeyirlə sınağa çəkirik. Bizə doğru qaytarılarsınız.”



Nöqtələr


Həzrət Əli (ə) ayədəki şər və xeyir təbirləri haqqında buyurur: Salamatlıq ehtiyacsızlıq xeyir, xəstəlik yoxsulluq şərdir. Hər ikisi imtahan üçündür.”1

Quran və rəvayətlərdə ölümün siması


1. Ölümə hazırlıq Allah övliyalarının xüsusiyyətidir.2

2. İnsan həyatında ölüm sinədəki boyunbağı kimidir. (Bu təşbeh Kərbəla səfəri astanasında İmam Hüseynin (ə) dilindən bəyan olunmuşdur.)

3. Ölüm yolun sonu yox, libas dəyişilməsi kimi həyat üsulunun dəyişilməsidir.3

4. Bu dünya ilə hər kəs bir şəkildə vidalaşır. Bəziləri çətinliklə ayrılır, bəziləri ayrılıq vaxtı sanki gül iyləyir.4

5. İnsanın ölüm qorxusu sürücünün qorxusu kimidir. Sürücü ya yanacaq olmadıqda5, ya qaçaq mal apardıqda, ya da avtomobildən baş çıxarmadıqda qorxur.

Bildirişlər


1. İnsanın dünya həyatının müvəqqətiliyi ilahi sünnədir.

2. Əgər bir insanın dünyada daimi yaşaması nəzərdə tutulsa, həmin şəxs peyğəmbər olar.

3. Həm xeyir, həm də şər sınaq vasitələri olsa da, acı hadisələrlə sınaq daha münasibdir. (Ola bilsin ki, ayədə şər sözü bu məqsədlə öndə gəlmişdir.)

4. İlahi sınaqlar həm çətin, həm də mühümdür.

5. İnsan ölümlə yox olmur.

● Ayə 36:


﴿وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُم بِذِكْرِ الرَّحْمَنِ هُمْ كَافِرُونَ﴾

Kafirlər səni gördükdə işləri ancaq istehza olar. (Bir-birlərinə deyərlər:) «Budurmu sizin tanrınızı (pisliklə) yada salanHalbuki onlar özləri Rəhmanın zikrinə kafirdirlər.”



Nöqtələr


Küfr nəticəsində insan o qədər süqut edir ki, güclü məntiqi və məsumun sözünü də məsxərəyə qoyur. Amma rəva bilmir ki, cansız daş və taxtaya (bütlərə) azca hörmətsizlik göstərilsin.

Əgər pis qoxulu bir leş kiçik bir gölməçəyə düşsə, yağış yağdıqda onun üfunəti daha da artar. Küfr insan ruhundakı leş kimidir. Kafir insan peyğəmbər gördükdə daha çox inadkarlıq göstərir.


Bildirişlər


1. Kafirlərin elmi və məntiqi sözü yoxdur, işləri məsxərə və təhqirdir. (İstehza əldə dəlil olmamasını göstərir.)

2. Kafirlər Peyğəmbərin (s) əleyhinə xalqı qızışdırırdılar.

3. Daxilən xəbisliyə mübtəla olan kəs ilahi rəhbərləri çox gördükcə daha da inadkarlaşır.

● Ayə 37:


﴿خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ﴾

(Təbiət baxımından elə görünür ki, sanki) insan tələskənlikdən yaradılmışdır. (Amma) Mən Öz ayələrimi tezliklə sizə göstərəcəyəm. (Məndən əzab istəməyə) tələsməyin!”



Bildirişlər


1. İnsanların öz istəklərinə tez çatmağa tələsməsi Allahın tədbir və hikmətinə təsir göstərmir.

2. İnsana öz istəklərini cilovlamaq üçün güc verilmişdir.


● Ayə 38:


﴿وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾

(Kafirlər peyğəmbərə möminlərə) deyirlər: «Əgər doğru deyirsinizsə, bu vəd (qiyamət) vaxt yetişər?»”



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin