Mühərrik yağları.Yağların mühərrikin texniki vəziyyətinin dəyişməsinə təsir edən əsas göstəriciləri bunlardır :yeyilməyə qarşı davamlılığı,Korroziya xüsusiyyətləri, kimyəvi sabitliyi mexaniki qarışıqların və suyun olmaması.
Yağların özlülüyü əsasən onların kimyəvi tərkibindən asılıdır. Yağların özlülüyünü yaxşılaşdırmaq üçün xüsusi aşqarlardan istifadə edilir. Özlülük temperaturdan asılı olaraq dəyişir, buna görə çox vaxt özlülük temperaturdan asılı olaraq dəyişmə qanunauyğunluğu müəyyən etmək üçün özlülük temperatur xarakteristikaları tərtib edilir.
Kiçik özlülüyə malik yağların bir sıra üstün cəhətləri var:yaxşı istilik götürmə qabiliyyətinə malikdir,araboşluğu kiçik olan birləşmələrə sərbəst daxil ola bilir,mühərrikin işə salınma anındakı yeyilmələri azaldır,sürtünməyə sərf olunan gücü aşağı salır.
Yüksək özlülüyə malik yağlar silindirlərdə porşen üzüklərinin kipliyini artırır, yanma kamerasından karterə keçən qazların qarşısını alır, yağın sərfini azaldır, kipləşmə yerlərindən sızmırlar.
Bu xüsusiyyətləri nəzərə alaraq yağların özlülüyü elə normallaşdırılırki, hissələr arasında həmişə mayeli sürtünmə təmin edilmiş olsun.
Mühərrik yağları üçün standartda kinematik özlülük (100C) və özlülüyün indeksi normallaşdırılır. Bunlar başqa yağlar üçün dinamik və şərti özlülükərdə təyin edilir.
Mühərrik yağlarının yeyilməyə qarşı davamlılğı yağlanılan səthlərin üzərində nazik yağ qatının əmələ gəlməsi ilə xarakterizə edilir.Yaranan yağ qatının qalınlığı elə olmalıdır ki, sürtünmədə iştirak edən detalların səthləri arasında xarici sütünmə getməsin. Yağların yeyilməyə qarşı davamlılığını yüksəltmək üçün onlara yağlama xüsusiyyətlərini yaxşılaşdıran aşqarlar qarışdırılır.
Yağların korroziya xüsişusiyyətləri onların içərisində suda həll olunan və üzvi turşuların, həmçinin qələvilərin miqdarı ilə qiymətləndirilir.Detalların üzərində korroziyanın yaranma səbəblərindən biri də yağın tərkibində suyun olmasıdır.Mühərrik detalları içərisində korroziyaya ən çox məruz qalan qurğuşunlu tuncdan hazırlanmış yastıqlardır. Korroziyanın qarşısını müəyyən qədər almaq üçün yağlara çoxfunksiyalı aşqarlar daxil edilir.
Oksidləşdirici amillərin təsirindən yağların öz fiziki kimyəvi xüsusiyyətlərini uzun müddət saxlaya bilmə qabiliyyətinə onların kimyəvi sabitliyi deyilir.Mühərrik uzun müddət işlədikdə onun detallarının üzərində qurum, lak birləşmələri karterdə isə çöküntülər yığılır.Bəzi zərərli birləşmələr yağın oksidləşməsi(karterdəki havanın oksigeni təsirindən) nəticəsində yaranır.
Aparılan tədqiqatlar göstərir ki,porşenin dib hissəsində əmələ gələn qurumun qalınlığı sərf olunan yağın miqdarından asılı deyil, ancaq mühərrikin istilik rejimindən asılıdır. Mühərrikin temperaturu artdıqca, qurumun qalınlığı azalır.Yağın keyfiyyəti və sərfi qurumun yaranma sürətinə təsir edir. Qurumun yaranma sürətinə həmşinin yanacağın keyfiyyəti və işçi qarışığın tərkibi də böyük təsir göstərir.
Lak birləşmələri əsasən porşen və onun üzüklər üzərində nazik yağ təbəqəsi oksidləşmə nəticəsində yaranır. Bu səbəbdən üzüklər porşen kanallarında pərçimlənir, işləmə qabiliyyətini itirir, mühərrikdə kompressiya aşağı düşür yanacaq sərfi artır, işlənmiş qazlar karterə keçir, yanğın köhnəlmə prosesi sürətlənir və s.
Mühərrikin normal işləməsinə aşağı temperaturlarda əmələ gələn çöküntülər də təsir edir. Çöküntülərin təsirindən süzgəclər tutulur, yağ qəbuledicinin toru işləmə qabiliyyətini itirir. Bu zərərli proseslərin təsirindən hissələrə və xüsusən yastıqlara yağ vurulmadığından, onlar tez sıradan çıxır. Mühərrik yağlarında mexaniki qatışıqlarının olması hissələr arasında mayeli sürtünməni pozduğu üçün (abraziv yeyilmənin hesabına) detalların yeyilmə şiddəti artır, suyun olması isə korroziyanın və aşağı temperaturlarda buz kristallarının əmələ gəlməsinə səbəb olur.
Dostları ilə paylaş: |