Transmissiya yağıları. Avtomobilin güc ötürücü aqreqatların yüksək yük və sürət rejimində işləyirlər.Aqreqatların detalları üçün əsas sərhəd sürtünməsi xarakterikdir. Dişli çarxları və yastıqları müxtəlif zədələrdən və yeyilmələrdən qorumaq üçün transmissiya yağları,sürtünən səthlərdə xüsusi təzyiqlərdəminimun yağ təbəqəsi əmələ gətirmə qabiliyyəti malik olmalıdırlar. Transmissiya yağlarının aşağı temperaturlarda işləmə qabiliyyətinin saxlanılması üçün onların özlülük-temperatur xüsusiyyətləri yüksək olmalıdır, xüsusən donma temperaturları aşağı olmalıdır.
Tranmissiya yağları mühərrik yağlarından fərqli olaraq yüksək təzyiqlərdə işləyirlər.Bu baxımdan onların istismar göstəriciləri yüksək olmalıdır.
Transmissiya yağları üçün ən təhlükəli hallardan biri onların içərsində mexaniki qarışıqların olmasıdır. Bu qarışıqların hissəcikləri dişli çarxların dişləri və yastıqların səthləri arasına düşərək müxtəlif xarakterli yeyilmələr əmələ gətirir.
Standartlara görə transmissiya yağlarının tərkibində mineral turşu və qələvilərin olmasına yol verilmir.
Plastik yağlar.Avtomobilin bir çox açıq birləşmələri üçün yağlama materialı kimi plastik yağlardan istifadə edilir. Bu yağların istifadə edilməsi, vaxt itkisi ilə əlaqədar olduğundan yeni avtomobilləri layihə etdikdə açıq birləşmələrin sayı mümkün qədər azaldılır. Bu məqsədlə rezin materiallardan və plastik kütlələrdən yüksək keyfiyyətli yağlardan və avtomatik təsir edən yağlama qurğularından istifadə edilir.
Plastik yağlar sürtünmə qovşaqlarına kiçik təzyiq altına vurulmalı, sürtünən səthləri kənar zərərli birləşmələrdən qorumalı, korroziya əmələ gətirməməli və sair bu kimi tələbləri təmin etməlidirlər.
Plastik yağların istismar keyfiyyətini qiymətləndirən əsas göstəricisi effektiv özlülükdür.
Effektiv özlülük yağın reoloji xüsusiyyətlərindən, yəni müxtəlif mexaniki yüklərin təsirindən öz formasını dəyişmə qabiliyyətini xarakterizə edir.Plastik yağın açıq birləşmələrə daxil olması effektiv özlülükdən asılıdır. Özlülük ardıqca yağın nöqtələrə vurulması çətinləşir.
Plastik yağların həqiqi yağlama qabiliyyəti damcı düşmək temperaturu ilə qiymətləndirilir.Bu göstərici yağın hər hansı temperatura qədər işləmə qabiliyyətinin saxlanmasını müəyyən edir. Əgər plastik yağın damcı düşmə temperaturu aşağıdırsa onda yağ birləşmələrə axır,detallar sürətlə yeyilir, sıradan çıxır.Bu halın qarşısını almaq üçün damcı düşmə temperaturu sürtünmədə iştirak edən detalların temperaturundan 10-15Cböyük qəbul edilir.
Plastik yağlar bir sıra mənfi xüsusiyyətlərə malik olduqları üçün son zamanlar bu yağlar avtomobillərin konstruksiyalarında az işlədilir. Artıq bir sıra hallarda plastik yağların əvəzinə transmissiya yağları istifadə edir. Tədqiqatlar göstərir ki, avtomobilin açıq birləşmələri transmissiya yağları ilə yağalandıqda detallarını ömür uzunluğu 30%-ə qədər artır.
Dostları ilə paylaş: |