Soyuducu mayelər.Mühərrikin soyutma sistemində soyuducu maye kimi, su və antifrizdən istifadə edilir. Suyun sistemində istifadə olunması üçün yararlılıq dərəcəsini qiymətləndirən əsas göstəricisi onun codluğudur. Bundan başqa, suyun keyfiyyəti, onun şəffaflığı qələvililiyi turşuluğu və oksidləşmə qabiliyyəti ilə də qiymətləndirilir.
Suyun codluğu dedikdə bir litr suda olan kalsium, maqnezium, duzlarının miqdarı başa düşülür, özü də milliqram-ekvalent ilə ölçülür. Dövlət standartına görə suyun tərkibində 20.04mq/l kasium və ya 12.16 mq/l maqnezium var.
Soyutma sistemində yüksək codluğa malik sular işlətdikdə, soyutma köynəklərinin divarlarında blok başlığında və ön radiator borularında fasiləsiz olaraq ərp əmələ gəlir. Ərp yarandıqdan sonra istilikkeçirmə pisləşir, bununla mühərrikin istilik rejimi pozulur, hətta bəzən qızır. Ərpin təmizlənməsi üçün xüsusi yuyucu vasitələr tələb edilir. Mühərrikdə normal işləmə rejimi təmin etmək üçün yumşaq sulardan istifadə edilir.
Soyuq iqlim zonalarında istismara verilən avtomobillərin soyutma sistemlərində aşağı donma temperaturundan malik mayelər – antifrizlər istifadə edilir.
Dostları ilə paylaş: |