Diaqnostik texniki vasitələri.
Avtomobilin texniki vəziyyətinin təyin edilməsi üçün diaqnostik avadanlıqlardan istifadə olunur. Diaqnostik avadanlıq olmadan avtomobilin və ya onun aqreqat və mexanizmlərinin işləmə qabiliyyətini qiymətləndirən parametrlərin təyin etmək mümkün deyil.
Diaqnostik avadanlıqların əsas vəzifəsi diaqnostik parametrləri ölçmək və alınmış nəticələri təhlil edərərək obyektin texniki vəziyyətini dəqiq müəyyən etməkdir. Diaqnostik avadanlıqlar ilk nəsli içərisində dinamometrik inersiyalı və güc stendləri çoxluq təşkil edirdi.Bu stendlərə misal olaraq KS-4856 markalı avtomobilin dartıcı keyfiyyətlərini təyin etmək, KU-4998 markalı tormoz tormoz sisteminin texniki vəziyyətini müəyyənləşdirmək üçün nəzərdə tutulan stendləri vəs göstərmək olar.
Avtomobilin texniki vəziyyətini müəyyən edilməsi üçün CD-3, K-453, K-455 tipli diaqnostik stendlərindən də istifadə olunmuşdur. LV- 39CDA universal dianostik stendləri ilə yük avtomobillərinin texniki vəziyyəti müəyyən edilir.
Sonralar avtomobilin texniki vəziyyətini avtomatik təyin olunmasına imkan verən avtomatlar və məntiqi maşınlar, qurğulardan istifadə olundu. Diaqnostikanın ilk inkişaf mərhələsində sadə stendlərin , qurğuların və onların avtomatlaşdırılması istiqamətdə elmi tədqiqat işləri aparılırdısa, hazırda avtomobilin texniki vəziyyətini təyin etmək üçün AVRO-3 və AVRO-4 standartlarına uyğun diaqnostik vasitələri tətbiq olunur.
Avtomobilin diaqnostikasının texniki vasitələri üç qrupa bölünür: xarici DTV, özündə DTV, quraşdırılan DTV.
Xarici DTV avtomobilin konstruksiyasına daxil olmayıb, quruluşuna və texnoloji təyinatına görə stasionar və səyyar tipli olurlar.
Stasionar tipli stendlər özül üzərinə tərpənməz bərkidilir və xüsusi avadanlıqlaşdırılmış (işlənmiş qazları təmizləyən, ventilyasiya , səs izolyasiyalı) tikilidə yerləşdirilir.
Səyyar cihazlar stasionar stend kompleksində, həmşinin ayrılıqda xüsusi təmir sahələrində nasazlıqların təyin olunmasında istifadə olunurlar.
Özündə DTV-ləri avtomobilin konstruksiyasına daxil olan vericilərdən , ölçmə qurğusundan, mikroprosessor və diaqnostik informasiyanı əks etdirən qurğudan ibarətdir.
Sadə özündə DTV-nə avtomobilin konstruksiyasına daxil olub sürücünün qarşısındakı paneldə yerləşən , daima nomenklaturası genişlənən, elektron tipli nəzarət ölçü cihazlarını göstərmək olar.
Quraşdırılan DTV özündə DTV-lərdən informasiyanın emalı , saxlanması və ötürülməsinə görə fərlənir. Bu texniki vasitələr avtomobilin konstruksiyasına daxil deyil və blok şəklində dövri olaraq avtomobil xəttə çıxarkən quraşdırılır və avtomobil xəttən qayıtdıqda isə çıxarılır.
Özündə diaqnostika texniki vasitələrdən fərqli olaraq az sayda QDTV ilə avtomobillərin diaqnostikasını səmərəli şəkildə aparmaq mümkündür.
Dostları ilə paylaş: |