Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları


Mühərrikin mexanizmlərinin diaqnostikası



Yüklə 0,81 Mb.
səhifə28/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
Mühərrikin mexanizmlərinin diaqnostikası.

Aparılan tədqiqatlar göstərir ki, mühərrikdə baş verən imtinaların təxminən 30%-ə qədəri bu iki mexanizmin nasazlıqları səbəbindən yaranır. Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmlərinin diaqnostikası çox mürəkkəbdir. Çünki onların detalları arasında böyük miqdarda struktur əlaqələr vardır.Diaqnostika üsulu mexanizm üçün xarakterik olan diaqnostik parametrin ölçülməsi qaydasına əsaslanır.

Mühərrikin mexanizmlərinin texniki vəziyyəti kipliyə görə diaqnostika üsulu ilə təyin edilir. Burada aşağıdakı parametrlər ölçülür: mühərrikin kompressiyası, yanmış qazların karterə keçməsi, yağ itgisinin miqdarı, sorma kollektorunda seyrəkliyin qiyməti, sıxılmış havanın uçma miqdarı, səslərin və titrəmələrin olması, karter yağının tərkibində yeyilmə məhsullarının miqdarı. Mühərrikin hər bir silindrində kompressiyanın ölçülməsi üçün dirsəkli val müəyyən dövrlər sayı ilə işlədilir. Kompressiyanın aşağı düşməsi (30-40%) üzüklərin sınmasına və ya onların porşen yuvalarında pərçimlənməsinə dəlalət edir. Kompressiyanı kompressometr ilə ölçülür. Kompressometr maksimum köstəricini nəzərə alan manometrdən ibarətdir.Bəzi hallarda kompressometr əvəzinə kompressoqrafdanda istifadə olunur. Kompressoqraf silindrlərin alışdırma şamlarının və ya forsunkaların yuvaları vasitəsilə birləşdirilir. Kompessiya silindr-porşen qrupu detallarınıntexniki vəziyyətindən asılı olduğu kimi klapanların kipliyindən də çox asılıdır.

Yağ itgisi əsasən yanma kamerasına keçən yağın miqdarına görə təyin edilir. Bunu karterə əlavə olunan yağın həcminə görə təyin olunur. Silindrin, porşenin və yağ həlqələrinin yeyilmə dərəcəsindən asılı olaraq yanma kamerasına keçən yağın miqdarı artır, orada yanır və qurumun əmələ gəlməsinə səbəb olur.

Karterdə yağın səviyyəsi birləşmələrin kipliklərinin pozulması nəticəsində sızmaların hesabına da azalır.

Karterə keçən qazların miqdarı əsasən silindr-porşen qrupu detallarının yeyilməsi dərəcəsindən də asılıdır və avtomobilin yürüşü ilə düz mütənasıbdir.Karterə keçən qazların miqdarı dinamometrik stendlərdə təyin edilir.Qazların miqdarı qaz sayğacı və ya reometr adlanan cihazla ölçülür.

Sorma kollektorunda seyrəkliyin dəyişməsi havanın təzyiqindən asılıdır. Seyrəkliyi vakuummetr cihazı ilə ölçürlər. Sorma kollektorunda seyrəkliyin normativ qiyməti təxminən 500-570Pa(starterlə işlədildikdə) 640-675Pa(boş işləmə dövrlərində)hədlərində olur).

Klapanların bağlı vəziyyətində silindrdən sıxılmış havanın uçması fonendoskop və ya indikatorla təyin edilir və nəticədə kompressiya həlqələrinin yeyilməsi, elastikliyinin itirilməsi , sınması, silindrlərin yeyilməsi, klapanların hermetikliyi və s. haqda məlumat əldə olunur.

Mühərrikin texniki vəziyyətini vibroakustik diaqnostik üsulla da təyin etmək mümkündür.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin