Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları



Yüklə 0,81 Mb.
səhifə3/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   41
Avtomobilin texniki vəziyətinin

təyin olunma üsulları

İstismar dövründə avtomobil yük və sərnişin daşımalarını yerinə yetirərkən onun konstruksiyasına müxtəlif xarakterli amillər təsir etdiyi üçün hərəkət tərkibinin texniki vəziyyəti bir sıra səbəblərdən mənfi tərəfə dəyişir.Nəticədə avtomobilin yerinə yetirdiyi nəqliyyat işi (t.km.-lə) və məhsuldarlığı (tonla) azalır, daşımaların maya dəyəri yüksəlir.Bu isə iqtisadi cəhətdən sərfəli hesab edilə bilməz.Ona görə avtomobilin konstruksiyasında nəzərdə tutulmuş texniki imkanlardan maksimum istifadə etmək üçün onun texniki vəziyyəti vaxtaşırı təyin edilməli, qeyri-müəyyən hallar varsa, onlar aradan qaldırılmalıdır.

Ümumiyyətlə, avtomobillərin texniki vəziyyəti üç üsulla təyin edilir

-vizual müşahidələr yolu ilə;

-bilavasitə ölçmə əməliyyatlarını yerinə yetirməklə;

-dolayı yolla, yəni xarici təzahürlərə görə.

Avtomobilin texniki vəziyyətinin təyin edilməsi çox mürkkəb prosesdir.Çünki onun konstruksiyasında baş verən imtina və nasazlıqların çoxu gizli xarakter daşıyır.Bunları birinci üsulla aşkara çıxarmaq həmişə mümkün deyil.İkinci üsullatəyin etmək üçün isə tətbiq obyekti sökülməlidir.Bu isə vaxt itgisi və böyük iş həcminin yerinə yetirilməsi ilə əlaqədar olduğundan, avtomobilin boş dayanma müddəti artır, məhsuldarlığı aşağı düşür, son nəticədə isə daşımaların maya dəyəri yüksəlir. Bu baxımdan avtomobilin texniki vəziyyətinin təyin edilməsi üçün üçüncü üsuldan geniş istifadə edilir.Burada avtomobilin texniki vəziyyəti müxtəlif avadanlıqlardan istifadə etməklə, özü də sökülmədən təyin edilir.Bunun nəticəsində avtomobilin təmirdə boş dayanma müddəti azaldığı üçün ondan istifadə dərəcəsi artır.

Avtomobilin texniki vəziyyətinin üçüncü üsulla, yəni xarici əlamətlərə görə təyin edilməsi “diaqnostika” adı ilə geniş yayılmışdır.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin