Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları


Mühərrikin soyutma sisteminin diaqnostikası



Yüklə 0,81 Mb.
səhifə32/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
Mühərrikin soyutma sisteminin diaqnostikası.

Müasir avtomobillərdə bildiyimiz kimi soyutma sistemində (SS) soyuducu maye kimi su və antifrizdən istifadə edilir.

SS əsas xarakterik nasazlıqları mühərrikin soyudulma effektivliyi aşağı olması və birləşmələfrdə kipliklərin pozulmasıdır. Soyutmanın effektivliyinin aşağı düşməsi sistemin detalları zərində ərpin yaranması , radiatorun istər daxildən və istərsədə xaricdən çirklənməsi , su nasosunda , termostatda nasazlıqların əmələ gəlməsi ventilyator qayışının sürüşməsi ilə izah edilir. Nəticədə mühərrik işləyəndə çox qızır. Birləşmələrdən mayenin sızması isə şlanqlarda və onun birləşmələrində zədələrin olması, araqatların xarab olması, su nasosununda kipkəcin sıradan çıxması nəticəsində baş verir.

SS diaqnostika etdikdə birinci növbədə sistemin istilik halı təyin olunur. Sistemin istilik halı mühərrikin qızmaya qarşı həssaslığı ilə müəyyən edilir. Belə ki, mühərriklərin çoxunda normal iş rejimində soyuducu mayenin temperaturu 85°S –dən çox olmamalıdır. Radiatorun normal işləmə qabiliyyəti onun aşağı və yuxarı hissələrindəki mayenin temperaturları arasındakı fərqlə qiymətləndirilir (bu fərq 8-12°S olmalıdır). Ventilyator qayışının tarımlığı ona tətbiq olunan qüvvənin (30-40N) qiymətindən asılı olaraq yoxlanılır (qayışın əyintisi 10-20mm arasında dəyişir.

Mühərrik işə salındıqdan sonra onun qızma tempi müşahidə edilirsə, bu, termostatın sazlıq dərəcəsini göstərir. Onu yoxlamaq üçün içərisinə su tökülmüş və qızdırılan vannada termostatın klapanının açılmağa başladığı və tam açılma anındakı temperaturu qeyd edilir. Klapan, suyun temperaturu 65-70°S olduqda açılmağa başlamalı, 80-85°S-də tam açılmalıdır (normal halda).


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin