Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları


Avtomobilin güc ötürücü aqreqatlarının diaqnostikası



Yüklə 0,81 Mb.
səhifə33/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
Avtomobilin güc ötürücü aqreqatlarının diaqnostikası.

Transmissiyada diaqnostika və nizamlama işləri onun aqreqatlarının – ilişmə muftasının , ötürmələr qutusunun, paylayıcı qutunun , kardan ötürməsinin və arxa körpünün (baş ötürücü və diferensialın) texniki vəziyyətlərinin öyrənilməsini və tələb olunan yerlərdə nizamlama əməliyyatlarının yerinə yetirilməsini əhatə edir.



İlişmə muftasının diaqnostikası.İlişmə muftasında baş verən imtina və nasazlıqların xarici əlamətləri aşağıdakılardır:

-üzlüklərin yeyilməsi, onların üzərinə yağın düşməsi, sıxıcı yayların gərilmə xüsusiyyətlərinin zəifləməsi və pedalın sərbəst gedişinin normada olmaması nəticəsində ilişmə muftası yük altında işlədiyindən sürüşmənin baş verməsi;

-ayrıcı muftanın linglərinin eyni müstəvi üzrə düzgün yerləşməməsi və pedalın sərbəst gedişinin normadan artıq olması nəticəsində ilişmə muftasının mühərriki güc ötürücü aqreqatlardan tam ayırmaması;

-aparılan valda topun şlislərinin yeyilməsi və dempler yaylarının sınması təsirindən ilişmə muftasının sərt birləşməsi;

-üzlüklərdə pərçim birləşmələrinin zəiflənməsi, yastıqların dağılması, ayırıcı linglərin vəziyyətinin normal olmamasına görə döyüntülərin və səslərin əmələ gəlməsi.

İlişmə muftası əsasən pedalın sərbəst gedişinə və sürüşmə momentinə görə diaqnostika edilir. Pedalın sərbəst gedişi yerini dəyişə bilən xətkeş vasitəsilə təyin olunur. Ilişmə muftasında sürüşmənin olmasını dinamometrik stenddə təyin edilir. Bunun üçün avtomobilin kardan valı stroboskopik lampa vasitəsilə (lampa alışdırma sisteminin elektrik dövrəsinə birləşdirilir) işıqlandırılır.Avtomobilin təkərləri stendin konstruksiyasında olan hyükləyici qurğu vasitəsilə tormozlanır.Əğər ilişmə muftasında sürüşmə yoxdursa, lampa ilə işıqlandırılan kardan valı tərpənməz görünür. Çünki o, mühərrikin dirsəkli valı ilə tamlıq təşkil edir.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin