Alışdırma sisteminin diaqnostikası.
Benzinlə işləyən daxiliyanma mühərrikli vtomobilərdə kontaktlı, kontaktlı - tranzistorlu, kontaktsız- tranzistorlu, elektron-rəqəmli və mikroprosessorlu alışdırma sistemləri tətbiq edilir.
Kontaktlı AS olan mühərrik işə düşmür.
1.Qırıcının kontaktlarından cərəyan keçmir.
Səbəb: Kontaktların oksidləşməsi və ya yanması; kontaktlar arasındakı araboşluğu (0,35-0,45mm) maksimal qiyməti aşır; aşağı cərəyan dövrəsinin oksidləşməsindən; naqillərin zədələnməsindən və ya “kütləyə toxunmasından; kondensatorun sıradan çıxmasından.
2.Alışdırma şamlarına yüksək gərginlik verilmir; y.g.n. zədələnir, yuvalarda dÜz oturmur və s. alışdırmanı paylayıcısı rotorunda çatlar və s. yaranmasından; AM II dolağının deşilməsindən və kütləyə toxunmasından.
3.Y.G.N-nin alışdırma paylayıcısının qapağı ilə kontakt birləşməsinin ardıcıllığının pozulması.
4.Alışdırma şamlarının elektrodları arasında araboşluğunun böyük olmasından.Kontaktlı AS-ləri üçün bu araboşluğu 0,5-0,6mm, kontaktsız alışdırma sistemləri üçün isə 0,7-0,9mm hədlərində olur; alışdırma şamlarının yağlanmasından; şamların izolyasiyasının çatlamasından; alışdırma anının düzgün qurulmamasından.
Əgər alışdırmanın qabaqlanma bucağının ilkin qiyməti optimaldan fərqlidirsə, onda aşağıdakı müşahidə olunur:
Alışdırmanın qabaqlanma bucağı olduqca böyükdür (erkən alışdırma):
-soyuq mühərrik çətin işə düşür;
-karbüratorda partıltılar eşidilir;
-mühərrikin gücü azalır;
-yanacaq sərfi artır;
-mühərrik qızır;
-işlənmiş qazların tərkibindəki zərərli tullantıların miqdarı artır;
Alışdırmanın qabaqlama bucağı normadan azdır:
-səsbatırıcıda “atəşlər eşidilir;
-mühərrikin gücü azalır;
-yanacaq sərfi artır;
- mühərrik qızır;
İşləyən mühərrikdə qabaqlama bucağının yoxlanılması stroboskopik qurğularda yerinə yetirilir.
Kontaktlı- tranzistorlu alışdırma sistemlərinin diaqnostikası elektron testeri (stend M-537) vasitəsilə aparılır.
Alışdırma makarası alışdırma sisteminin vacib və kifayət qədər etibarlı elementidir.
Klassik konstruksiyalı makaraların nasazlıqlarını vizual müşahidə üsulu ilə müəyyən etmək və qığılcımyaratma qabiliyyətinə görə yoxlamaq olar.
Elektron və mikroprosessorlu alışdırma sisteminin ikiçıxışlı makarasının “qığılcıma” yoxlanması xüsusi səyyar tipli elektrik boşaldıcısı ilə yerinə yetirilir.
Qeyd etmək lazımdır ki, istənilən halda nasaz makara təmir olunmur və mütləq dəyişdirilməlidir.
Dostları ilə paylaş: |