Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları


Bölmə 2. Istismar prosesində avtomobilin



Yüklə 0,81 Mb.
səhifə6/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   41
Bölmə 2. Istismar prosesində avtomobilin

texniki vəziyyətinin(ATV) dəyişməsi

Avtomobilin texniki vəziyyətinin dəyişməsəbəbləri.

Istismar prosesində avtomobilin işləmə qabiliyyəti sabit qalmır, onun texniki iqtisadi parametrlər aşağı düşür. Avtomobilin texniki vəziyyətinin dəyişməsinin xarici təzahürləri bunlardır:onun dinamiki keyfiyyətləri pisləşir, mühərrikin işə salınması çətinləşir,yanacaq sərfi artır, mexanizmlərin işində döyüntülər, səslər əmələ gəlir. Bütün bunlar avtomobilin aqreqat və sistemlərində gedən zərərli proseslərin nəticəsidir. Belə proseslər isə fırlanan kütlələrin qeyri - müntəzəm paylanması, mexanizmlərin elementləri arasında texniki şərtlərin, yük, sürət, temperatur rejimlərinin pozulması və s. səbəblər üzündən əmələ gəlir. Zərərli proseslərin qarşısını tamamilə almaq mümkün deyil. Lakin istismar zamanı bu proseslərin sürətini bir sıra texniki tədbirlər vasitəsilə ləngitmək mümkündür. Bunun nəticəsində avtomobilin aqreqat və mexanizmlərində işçi proseslər yaxşılaşır,təhlükəli proseslər isə minimuma endirilir.Məsələn, zərərli proseslərə misal olaraq mühərrikdə işçi qarışığının hazırlanma və yanmanın termodinamik proseslərinin pozulmasını, transmissiyanın aqreqatlarında zərbəli yüklərin yaranmasını göstərmək olar.

Göründüyü kimi, istismar zamanı avtomobilin texniki vəziyyəti, müxtəlif səbəblər təsirindən dəyişir. Ümumi halda bu səbəblər aşağıdakılardır :

-etallardan yeyilmə prosesinin getməsi ;

-hissələrdə korroziyanın əmələ gəlməsi ;

-detalların təbii olaraq, köhnəlmə prosesinə məruz qalması.



Şəkil 1. Avtomobilin texniki vəziyyətinin dəyişmə səbəblərinin təsmifatı




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin