Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları


Bölmə 3. Diaqnostikanın üsulları və texniki vasitələri



Yüklə 0,81 Mb.
səhifə21/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
Bölmə 3. Diaqnostikanın üsulları və texniki vasitələri.

Diaqnostik əlamətlər və parametrlər.

Diaqnostika – avtomobili sökmədən onun bütövlükdə və ya ayrıca aqreqat və mexanizm -lərinin texniki vəziyyətinin müəyyən olunması prosesidir.

Diaqnostika subyektiv və obyektiv olur.

Subyektiv diaqnostika avtomobili yoxlayan şəxsin duyğu orqanları vasitəsilə , avtomobilin sürüşüsi tərəfindən verilən məlumatlar əsasında aparılır. Belə diaqnostika əsasən xarici əlamətlər əsasında aparılır.

Diaqnostikanın xarici əlamətləri aşaöıdakılardır:

-vibrasiyalar;

-səslər;

-sızmalar;

-görünən çatlar;

-səsbatırıcıdan çıxan tüstü;

-aqreqat və mexanizmlərin qızması və s.

Obyektiv diaqnostika ölçü – nəzarət cihazları , xüsusi avadanlıq və alətlərin köməyi ilə nasazlıq əlamətlərinin müəyyən olunmasıdır.

Subyektiv diaqnostika yoxlanılan obyetin(avtomobilin və s.) texniki vəziyyəti haqqında istqamətverici ilkin məlumat verir.

Obyektiv diaqnostika mükəmməl texniki vasitələrin köməyi ilə obyektin texniki vəziyyəti haqqında daha dürüst və dəqiq məlumat əldə etməyə imkan verir.

Maşın, aqreqat və mexanizmlərin texniki vəziyyəti onları təşkil edən elementlərin texnki vəziyyətindən asılıdır. Elementlərin texniki vəziyyəti – parametlərlə ölçülür.

Parametr – fiziki kəmiyyət və ya funksiya olub iş prosesində (diaqnostikada) dəyişərkən obyektin iş qabiliyyətini və sazlığını xarakterizə edir.

Texniki diaqnostikada mexanizmlərin texniki vəziyyətinin parametrləri iki yerə ayrılır:

-struktur parametrlər;

-diaqnostik parametrlər.

Struktur parametr - fiziki kəmiyyət olub birbaşa mexanizmin texniki vəziyyətini və ya iş qabiliyyətini xarakterizə edir. Struktur parametr ölçü , xətti ölçü , detalların qarşılıqlı yerləşməsi , materialın mikrostrukturu və s. ilə ifadə edilə bilər.Struktur parametr maşın, aqre -qat və mexanizmlərin elementləri arasındakı əlaqəni və qarşılıqlı hərəkəti təyin edən göstərici- lərdir.

İstismar prosesində avtomobilin aqreqat və mexanizmləriinin struktur parametrləri özlərinin nominal qiymətlərindən ( ) buraxıla bilən sərhəd qiymətlərinə qədər ( ) dəyişirlər. Struktur parametrlərin cari və nominal qiymətləri arasındakı fərq nəzərdən keçirilən elementin işləmə keyfiyyətinin nominala görə dəyişməsini göstərir, yəni sazlıq dərəcəsini əks etdirir.

Struktur parametr aqreqat və mexanizmlərin keyfiyyət göstəricisidir. Başqa sözlə desək , struktur parametrlər obyektin(avtomobilin, aqreqat və ya mexanizmin) struktur sstemini xarakterizə edir. Struktur parametrlər əsas və ikinci dərəcəli olurlar:

Mexanizmin normal işləmə qabiliyyətinə təsir edən struktur parametrlərə əsas parametrlər deyilir.

Maşın, aqreqat və mexanizmlərin iş qabiliyyətinə təsir etməyən parametrlərə ikinci dərəcəli struktur parametrlər deyilir.

Diaqnostik parametr – fiziki kəmiyyət olub maşının texniki vəziyyətini və iş qabiliyyətini dolayısı ilə xarekterizə edir.

Diaqnostik parametr ola bilər ki, ayrıca bir mexanizmin TV və ya onların toplusunun TV xarakterizə etsin. Bu baxımdan diaqnostik parametrlər xüsusi və ümumi olur. Həm struktur , həm də diaqnostik parametrlər öz qiymətlərinə görə nominal , buraxıla bilən həddi və cari (diaqnostika vaxtı) ola bilər.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin