Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları



Yüklə 0,81 Mb.
səhifə22/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   41
Diaqnostika prosesi.

Avtomobiln texniki vəziyyətinin təyin olunma prosesinə diaqnostika prosesi deyilir.

Diaqnostika prosesi texniki qulluqda görülən nəzarət işlərinin təkmilləşdirilmiş formasıdır.

Diaqnostika prosesi avtonəqliyyat müəssisəsində yerinə yetirilən nəzarət işlərindən iki cəhətə görə fərqlənir. Birincisi odur ki, avtomobilin , onun hər hansı aqreqatının texniki vəziyyəti yüksək dəqiqliklə və inamla təyin edilir. İkincisi isə hərəkət tərkibinin səmərəlilik göstəriciləri (gücü, yanacaq qənaətcilliyi,aqreqatların əsas parametrləri və s.) bilavasitə ölçülə bilir.

Diaqnostikanın köməyi ilə avtomobilin aqreqat və mexanizmlərində gizli imtinalar və nasazlıqlar, onların aradan qaldırılması üçün zəruri olan cari təmirin iş həcmi müəyyən edilir. Digər tərəfdən, diaqnostika prosesi avtomobilin imtinasızlıq və səmərəlilik göstəricilərinin kəmiyyətcə qiymətləndirilməsinə imkan verir.

Diaqnostika prosesinin mahiyyəti müxtəlif miqyasda sistemin struktur parametrlərini təyin edən diaqnostik əlamətləri qiymətləndirən diaqnostik parametrlərin qəbul edlməsindən və ölçülməsindən , bu parametrlərin buraxıla blən sərhəd qiymətləri ilə müqayisə edilməsi nəticəsində obyektin texniki vəziyyəti haqqında mühakimə yürütməkdən ibarətdir. Sadə avtomobil elementləri bir əsas əlamətə görə , mürəkkəb mexanizmlər isə bir neçə əlamətə görə diaqnostika edilir. Diaqnostika prosesi nəticəsində alınmış nəticələri tam analiz etdikdən sonra obyektin texniki vəziyyəti haqda fikir irəli sürülür.

Diaqnostikası aparılan sistemin (obyektin) elementlərnin struktur parametrləri (

Vericilər vasitəsilə (mexaniki , elektriki , istilik və s.) gücləndiriciyə və oradan trasformasiya edilmiş formada müxtəlif əməlləri yerinə yetirən analizatora verilir. Nəhayət ölçü qurğusunda (əqrəb , indikator, diaqram tipli) diaqnostik parametrlər ( ölçülür və obyektin texniki vəziyətinə diaqnoz qoyulur.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin