Nv-nin diaqnostikası fənnindən mühazirələr. Bölmə Diaqnostika, predmeti və sistemi. Diaqnostikanın əsas anlayışları


Bölmə 4. Avtomobilin, onun aqreqat və mexanizmlərinin diaqnostikası



Yüklə 0,81 Mb.
səhifə26/41
tarix10.01.2022
ölçüsü0,81 Mb.
#108089
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
Bölmə 4. Avtomobilin, onun aqreqat və mexanizmlərinin diaqnostikası.

Avtomobilin ümumi diaqnostikası.

Avtomobildə yerinə yetirilən TQ işlərinin 30-35%-ni nəzarət və nizamlama işləri təşkil edir.TQ zamanı aparılan yoxlama, nəzarət ə nizamlama işləri ümumilikdə diaqnostika işlərini əhatə edir.

Diaqnostika zamanı avtomobilintəmirə olan tələbatı öyrənilir, Hərəkətin təhlükəsizliyi baxımdan texniki istismarın normalarını təmin etməyən avtomobillər müəyyənləşdirir, TQ və CT-in yerinə yetirilmə keyfiyyətinə nəzarət edilir.

Avtomobilin diaqnostikası zamanı onun bir sıra istismar keyfiyyətləri təyin olunur. Belə keyfiyyətlərdən mühərrikin gücünü və yanacaq sərfini, yavaşıma təcilini, tormoz yolunu, sükan çarxının lyuftunu, ətraf mühitə buraxılan zəhərli qazların miqdarını və s.göstərmək olar. Bu parametrlərin cari qiymətləri təyin edildikdən sonra buraxıla bilən normativ qiymətləri ilə müqayisə edilir, əgər varsa konkret nasazlıq aşkar edilir.

Avtomobilin ümumi diaqnostikasının əsas diaqnostik parametrləri aşağıdakılardır:

1.Avtomobilin dartıcı –iqtisadi keyfiyyətini qiymətləndirən parametrlər – təkərlərdə yaranan güc və dartıcı qüvvə , sürət və sərbəst diyirlənmə məsafəsi, sürətlənmə vaxtı , sürətlənmə təcili, sürətlənmə yolu, yanacaq sərfi , işlənmiş qazlarda CO-nun miqdarı.

2.Tormozlamanın keyfiyyətini xarakterizə edən parametrlər – ayrı- ayrı oxlarda və ya təkərlərdəki tormozlama qüvvələri, tormoz yolu, yavaşıma təcili, yavaşıma vaxtı və yavaşıma yolu.

3. Hərəkət hissələrinin işləmə qabiliyyətini qiymətləndirən parametrlər – şinlə yol arasındakı toxunma sahəsinə təsir edən yan qüvvələr.

Avtomobilin ümumi diaqnostikası müəyyən ardıcıllıqla aparılır. I mərhələdə avtomobilin iqtisadi göstəriiləri ilə əlaqədar olan parametrlər təyin edilir. II mərhələdə elementləri (mühərrik, güc ötürücü aqreqatları, idarə orqanları və s.) ümumilikdə diaqnostika edilir.

III mərhələdə aqreqat, mexanizm , sistem və qovşaqlarının, IV mərhələdə isə ən sadə düyünlərin və detalların texniki vəziyyəti təyin olunur. Burada əsas yeri ilk 3 mərhələ tutur.

Tədqiqatlar göstərir ki, ANM-dəki avtomobillərin 30%-ə qədəri mühərrikin gücündən tam istifadə etmir və yanacaq sərfiyyatı normadan artıq olur. Diaqnostika nəticəsində bu mənfi hallar aradan qaldırılır, hətta yanacaq sərfi xeyli (12%) aşağı düşür, mühərrikin mühərrikin gücündən düzgün istifadə etdikdə texniki sürət 7-8% məhsuldarlıq isə 4-5%-ə qədər yüksəlir.

Aparılan diaqnostika işlərinin nəticələri göstərir ki, avtomobillərdə mühərrikin gücünün və yanacaq sərfinin dəyişməsinin əsas səbəbləri silindr-porşen qrupunda birləşmələrin kipliyinin pozulması, alışdırma sistemindəki nasazlıqlar və s. olur.

Avtomobilin kompleks diaqnostikası universal stendlərdə aparılır. Belə stendlərə misal olaraq LV- 39CDA və KS-4856 stendlərini göstərmək olar. Belə stendlər konstruksiyaca

mürəkkəb və xeyli baha olduğu üçün böyük ANM-də və yaxud TX stansiyalarında quraşdırılır. Bu kompleks stendlər bölmələrə ayrılır. Bu diaqnostik vasitələrin manevretməsini yaxşılaşdırır. Bölmələrdən biri sıradan çıxdıqda o birilərdən istifadə etmək olur.Bu diaqnostik stendlərə səyyar tipli digər cihazlarda əlavə olunur. Bu cihazlar imkan verir ki, postda avtomobili daha dərindən diaqnostikası mümkün olsun.

Diaqnostik stendlərdə avtomobilin dartıcı- iqtisadi göstəriclərindən başqa mühərrikin silindr-porşen qrupunun ,qazpaylama mexanizminin, alışdırma sisteminin eləcədə transmissiya aqreqatlarının texniki vəziyyətini təyin etmək mümkündür.

Avtomobilin dartıcı – iqtisadi keyfiyyətini aparan təkərlərdəki gücə görə təyin etmək olur. Bunun üçün qaçış barabanlı stenddə aparan təkərlərdəki güc ölçülür




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin