Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə106/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   99   100   101   102   103   104   105   106   107
Monoloq (monos - bir, loqos - nitq) mənşəcə yunan dilinə məxsusdur, «bir şəxsin nitqi» deməkdir. Əlbəttə, insan öz-özünə danışmaz, əgər danışsa, ona «dəli» deyərlər. Monoloji nitq dinləyicilərlə ünsiyyət formasıdır. Bu nitqi dinləyirlər, eşidirlər və nəticə çıxarırlar. Monoloji nitq ailədə, məişətdə, tərbiyədə ictimai-siyasi auditoriyalarda, məhkəmə sistemində, elm və təhsil ocaqlarında mühüm rol oynayır.

Dialoq (yunanca - dialogos) iki adamın nitqi, iki şəxsin söhbəti deməkdir. Bu, fikir mübadiləsinin, ünsiyyətin başlıca növüdür, ailə və məişətdə, ictimai-siyasi həyatda, dövlətlər arasındakı münasibətlərdə, təlim və tərbiyə prosesində mühüm rol oynayır.

Poliloq (yunanca: poly - çox, çoxlu, logos - nitq) isə söhbətdə iştirak edən çox adamın nitqidir, mükaliməsidir. Ailə və məişətdə, ictimai-siyasi həyatda nitqin bu forması da müəyyən rol oynayır. Monoloq, dialoq, poliloq bədii ədəbiyyatda, xüsusən dramatik əsərlərdə başlıca yeri tutur.

Dilin və nitqin quruluşuna eyni meyarla yanaşmaq olmaz. Dilin quruluşu onun son və böyük vahidi olan cümlədə öz əksini tapır, həm də o, danışanın, yazanın iradəsindən, fərdi zövqündən asılı deyildir. Nitqin quruluşu isə cümlədən başlanır, cümlənin silsiləsini, abzasları, butövlükdə fikrin tamamlanmasını bildirən mətni əhatə edir. Deməli, dil sisteminin ən böyük vahidi nitq sisteminin ən kiçik vahidinə çevrilir. Nitqin quruluşu danışanın, yazanın təhsil dərəcəsi, dünya görüşü, fərdi zövqü və s. amillərlə bağlıdır.

... Üslub nitqlə bağlıdır, fikrin ifadə tərzidir. Forma və məzmun vəhdəti burada da mühüm rol oynayır. «Üslub» termininin ədəbi dilimizdəki işlənmə məqamlarını burada açmağı qarşıya məqsəd qoymamışıq, yalnız fərdi maneralarla bağlı cəhətlərə toxunmaq istəyirik. Azərbaycan filologiyasında bu anlayışı ifadə edən bir neçə termin işlədilir: «Fərdi deyim tərzi», «fərdi manera», «fərdi poetik üslub», «poetik fərdiyyət», «poetik səs», «öz səsi, öz nəfəsi» və s. İşlənən terminlər içərisində «fərdi üslub» daha əhatəlidir və geniş yayılıb, «Poetik dəstixətt», «poetik fərdiyyət», «fərdi poetik üslub», «poetik səs» və sair terminlər daha çox şairin, yazıçının özünəməxsus cəhətlərini əks etdirir. Axı alimin, jurnalistin, natiqin də özünəməxsus ifadə tərzi vardır! Buna görə də «fərdi üslub» termini başqa terminlərdən məqbul sayılır. XVIII əsrdə yaşayıb-yaratmış fransız alimi J.L.Buffon 1753-cü ildə «Üsluba dair mülahizər» adlı əsərini yazmışdır. Müəllif həmin əsərdə bu qənaətə gəlmişdir ki, «Üslub - eynilə insandır!» Həmin fikir get-gedə aforizmə çevrilmiş, həm Qərb, həm də Şərq ölkələrində geniş yayılmışdır. XX əsrin əvvəllərində bu nəzəriyyə bizim ədəbiyyatımızda da öz əksini tapmışdır.

Fərdi üslub elə tərzdə danışmaq, elə tərzdə yazmaqdır ki, başqası o cür danışmır, o cür yazmır. Bu mənada fərdi üslub müəllif şəxsiyyəti, müəllif «Mən»dir. Hər bir insanı qoxusu, səsi, barmaq izləri fərqləndirdiyi kimi, bir natiqi də başqa natiqdən onun fərdi deyim maneraları - fərdi üslubu fərqləndirir.

Fərdi üslub ədəbi dilndən istifadə yolu ilə yaradılmış sistemli tərzdir. Bu tərz təsvir obyektini mənalandırma bacarığında, fikrin ifadəsinə xidmət edən priyomlarda, predmetə, hadisəyə şəxsi münasibətdə, yeni söz və ifadə yaradıcılığında, eyni sözün, ifadənin təkrarında özünü göstərir. Məsələn, Səməd Vurğunun əsərlərində «ürək qoyub can yandırmaq», «ürəyindən qaya boyda daş asılmaq», «əyilmək bilməyən polad qol», «əsrlərin daş yaxası», «tarixlər şahidi ağbirçək qarı», «günəşdən bir paltar geymək», «salama gəlmək», «qələm çəkmək», «qan rəngli od», «sönük vicdan», «günəşdən rəng almaq», «qurğuşun qələm», «paslı qılınc» və s. ifadələr bol-bol işlədilmiş, onun fərdi üslubunu səciyyələndirən əlamətə çervlimişdir. Məşhur natiq Cəfər Xəndan mühazirəyə, adətən, haqqında söhbət açacağı şairdən gətirdiyi tutarlı bir şerlə, yaxud beytlə başlardı. Diqqəti cəlb edəndən sonra təhlilə keçərdi.

Deməli, nitq dilin işlənməsidir, fərdidir, üslub isə fikrin ifadə tərzindəki maneralardır. Ədəbi dilin incəliklərini dərindən bilmədən nə nitqin gözəlliyini, nə də bu gözəlliyi zahirən əks etdirən üslubu yarada bilərik...1


Xülasə
Müasir ritorika linqvistik elmlər sahəsində təbii olaraq lider mövqe tutur. Ritorika tərkibində dil vasitələrindən başqa kom­munikasiyanın müxtəlif ekstralinqvinist sistemləri də özün­də cəmləmiş universal təsir sistemi kimi nəzərdən keçi­ri­lir.

Müasir cəmiyyət disharmonik və aqressiv dünyada həm­rəylik üçün müxtəlif inandırma vasitələrindən istifadə edərək, cə­miyyətin işində aktiv olacaq «danışan şəxsiyyət» tərbiyə edir. Neoritorika tərbiyə, təhsil və təlim nitqlərində dəyərli fi­kir nəzəriyyəsini ön plana çəkib.



Ritorika uzun fasilədən sonra yenidən meydana çıxan va­cib bir humanitar sahə olub bir sıra ölkələrdə dövlət ideolo­gi­ya­sının vahid konsepti oldu.

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin