Нязяри вя практики риторика


§4. Məlumatdan ibarət olan materialın formaları və invensiyanın əsas mərhələləri



Yüklə 3,92 Mb.
səhifə14/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   10   11   12   13   14   15   16   17   ...   107

§4. Məlumatdan ibarət olan materialın formaları və invensiyanın əsas mərhələləri



Maraqların təmas nöqtəsinin axtarılması, anlayışların taksonomik cəhətdən ətraflı öyrənilməsi, onların müvafiq toposlar vasitəsilə yoxlanılması son nəticədə məlumat üçün əsas əlamətləri yaxşı keyfiyyətrelevantlıq olan materialların seçimi məsələsinin yaranmasına səbəb oldu.

Amma materialın keyfiyyəti və relevantlığı həm danışan insanın qavrama səviyyəsindən, həm də müxtəlif növ mate­rial­ların xüsusiyyətlərindən yaranır. İnvensiyaya əsasən mate­rialın üç növü var (onları bu gün istifadə edilən anlayışlarla adlan­dıraq).

- empirik material,

- ensiklopedik material,

- komparativ material.

Əvvəlki paraqraflarda söhbət hər şeydən əvvəl ekspe­ri­mental material haqqında gedirdi. Bu material maraqlı, sistemli və düzgün olmalı idi. Amma, əlbəttə, bu kifayət deyildi: başqa şəkildə yaranan və məna kəsb edən materiala müvafiq olaraq empirik material göstərmək, daha doğrusu tam nitqi sistem­ləş­dirmək lazım idi. Növbəti paraqraf məhz sistemləşdirmə üsus­luna həsr edilib.

Tam nitqin sistemləşdirmə üsulu materialın «preparat ha­lına salınması»nın müəyyən mərhələlərini nəzərdə tutur. Hər bir mərhələ müxtəlif növ materiallarla həyata keçirilən müəy­yən əməliyyatlar kompleksi ilə bağlıdır. Bütün mərhələlərin cə­mi özündə bu sistemləşdirməni əks etdirir.

Müasir anlayışlardan istifadə etməklə, sistemləşdirmə mər­hə­lələrini aşağıdakı şəkildə göstərmək olar:

- seçim mərhələsi,

- oriyentasiya mərhələsi,

- müdaxilə mərhələsi.

Oriyentasiya mərhələsində danışan insan empirik, seçim mər­hələsində – empirik və ensiklopedik, müdaxilə mərhələ­sində isə empirik, ensiklopedik və komparativ materiala əlaqə­si nəzərdə tutulur.



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin