§2. Giriş
Giriş ritoriklərin konsepsiyalarına uyğun olaraq xüsusi (daha geniş toposların ixtiyar edilmiş variantları olan) ifadələr, özünəməxsus mini-toposlar vasitəsilə başlana bilər:
- «mən söz alıram, ona görə ki …» (causa disendi);
- «mən natiq deyiləm» (excusatio proter infirmitatem);
- «mən qısa danışacam» (Brevitas-formulu) və s.
- və s. və i.a.
Danışanın bunların birindən istifadə edib – etməməsindən asılı olmayaraq o, girişin üç əsas funksiyasını həmişə xatırlamalıdır:
- dinləyicilərin diqqətini cəlb etmək (müasir terminologiya ilə desək, «reklam»);
- mövzunun işlənilib hazırlanması üçün zəmin yaratmaq (mövzunun təqdimatı);
Əslində bu istənilən məlumatda bütün bu funksiyaların mütləq implisit (aydın) şəkildə və eyni dərəcədə göstərilməsi demək deyil. Aydındır ki, bu funksiyalardan hansının üstünlük təşkil etməsi konkret mövzudan asılıdır. Rabitənin xarakteri, daha doğrusu, konkret nitq situasiyasının xüsusiyyətləri əsas diqqət mərkəzində olur.1
Ümumiyyətlə desək, bu funksiyalardan hər biri girişdə bu və ya digər dərəcədə adi şəkildə – tamamilə avtomatik olaraq! – ifadə olunur. Amma bu və ya digər funksiyanın ifadə formasını asanlıqla müəyyən etmək çətindir. Qismən ona görə ki, bu formalar çox müxtəlifdir; qismən də ona görə ki, real nitq bəzən bir funksiyanı digərindən tamamilə fərqləndirməyə imkan vermir.
Məsələn, giriş zamanı işlədilən «Bu gün mən var gücü ilə axmaq şəkildə danışmamağa çalışıram» cümləsi (bunun yaxşı və ya pis olması isə nitq situasiyasından asılıdır) dərhal girişin bütün üç funksiyasını yerinə yetirir, amma bu funksiyalara cavab verən nitq strukturunu müəyyən etmək çox çətindir. Amma bunun necə baş verdiyini araşdırmağa çalışaq, yəni müvafiq giriş üçün zəmin yaradan «mənaları» şərh edək (əyani şəkildə göstərək):
- mən adətən axmaq şəkildə danışıram, amma bu gün – hətta onun bütün əvvəlki nitqləri maraqlı olmasa da, bu diqqətə layiq olan xüsusi haldır (dinləyicilərin diqqətini cəlb etmək).
- aydındır ki, siz «axmaqlığı» və «axmaqlıq olmayanı» bir-birindən asanlıqla fərqləndirirsiniz, bu səbəbdən də mən diqqətli olmağa və sizin ümudlərinizi doğrultmağa çalışacam (nitqə müsbət münasibəti formalaşdırmaq).
- sizin nəzərinizdə mənim nüfuzumun elə də yüksək olmamasına baxmayaraq, mən hər halda bu gün onu dəyişmək üçün fürsətdən istifadə etməyə çalışacam (nitqə müsbət münasibəti formalaşdırmaq);
- mən demək istədiyim mənim adətən dinləyicilərə təqdim etdiyim axmaqlıqların sırasına daxil deyil və dinləyicilərin nəsə həqiqətən mühüm olanı eşitmək imkanları var (mövzunun təqdimatı) və s.
Girişdə hansı funksiyanın üstünlük təşkil etməsindən asılı olmayaraq kompozisiyanın bu hissəsinin məqsədi eynidir - məlumatı qavraması üçün dinləyiciləri hazırlamaq.
Danışan insanın çıxış etmək hüququ aşkar olmayan hallarda reklam üstünlük təşkil edən funksiya kimi nəzərdən keçirilə bilər. Belə hallarda «auditoriyanı ələ almaq» hər şeydən əvvəl onu çıxış edəni dinləməyə inandırmaq deməkdir. Bu zaman ya auditoriyanın ümumiyyətlə, nitqi qavramağa (1), ya da müəyyən natiqin nitqini qavramağa (2) hazır olmadığı nitq situasiyaları nəzərdə tutulur. Aydındır ki, (1) və (2) hallarda reklam taktikası eyni olmayacaq.
Birinci halda iştirak edənlərin diqqətini aktivləşdirmək tələb olunur. Belə hallar lap əvvəldən daha çətin hesab edilir. Çünki ritorikanın nümunə kimi götürdüyü nitq situasiyaları (məhkəmə nitqləri) ümumiyyətlə, «hazır olmayan» auditoriyanı nəzərdə tutmurdu: məhkəməyə gələn hər bir kəs «hara getdiyini» bilirdi, yəni hamı zəruri olaraq dinləyici olmalı idi.
Buna görə də birinci hala dair məsləhət elə də çox olmayıb. Bu məsləhətlərdən ən əsası yəqin ki, nitqi effektiv müraciət ilə başlamaq haqqında idi. Amma bu müraciətləri heç də həmişə qarşıdakı rabitənin çərçivəsi ilə əlaqələndirmək tələb olunmurdu. Daha doğrusu, «Diqqət! Mən danışmağa başlayıram!» kimi nitq modeli daha çox natiqlərin auditoriyanı salamlamaq forması idi.
Effektiv müraciət ən yaxşı növü «indi ki və buradakı» şəraiti şərh edən müraciət hesab edilirdi. Belə məsləhətin əsaslandırılması çox sadə idi: «indi və burada» toplanan insanları bu zaman və məkan anında baş verən hadisələrə olan ümumi maraq birləşdirirdi.
Məsələn, abidənin açılışında iştirak edənlərin diqqətini «Vətəndaşlar! Məndə dazlaşma əleyhinə unikal vasitə var!» kimi «effektiv müraciətlə» ciddi şəkildə aktivləşdirməyin mümkünlüyünü təsəvvür etmək çətindir. Bu müraciət nə qədər güclü sensasiya olsa da, ora toplaşan insanların aktual tələbatları və maraqları ilə konflikt təşkil edir.
Belə nitq situasiyalarında klassik ritorika auditoriyanın maraq və tələbatlarını öyrənməyi və, fürsətdən istifadə edərək, onların diqqətini iştirakçıların nəzərindən qaçan aspektlərə yönəltməyi məsləhət görür. Andersenin müşhur nağılında uşaq «kral lütdür!» - deyə qışqırır. O, başladığı «nitqi» müvəffəqiyyətlə davam etdirə bilər: o, dinləyicilərin diqqətini cəlb edə bilib.
Birinci haldan fərqli olaraq ikinci hal danışan insana marağın oyadılmasını nəzərdə tutur. Danışan insan auditoriyanın nə üçün məhz ona qulaq asmalı olduğunu tez və dəqiq izah etməlidir.
Konsert-improvizasiya praktikası çoxlarına məlumdur: xüsusi olaraq seçilmiş jüri həvəskar artistlərin bacarıqlarını qiymətləndirir. Bu zaman onlara çıxış zamanı hər şey etməyə icazə verirlər – məqsəd yalnız auditoriyanın diqqətini cəlb etməkdir.
Belə konsertlərin iştirakçıları demək olar ki, eynilə ikinci növ situasiyanın natiqləri kimi oxşar məsələləri həll etməli olurlar. Həm artistlər, həm də natiqlər «nəyə qadir olduqlarını» tam nümayiş etdirməyə çalışırlar. Amma klassik ritorikanın belə situasiyalar üçün tövsiyələri natiqin şəxsiyyətinin təqdimatına deyil, onun baş verənlərə olan münasibətinin təqdimatına yönəlmişdir.
Başqa sözlə, «Yaxşısı budur ki, mənə qulaq asın!» kimi bəyanatlar məqbul hesab edilmirdi (burada aydın şəkildə «danışanın şəxsiyyəti» xüsusi olaraq nəzərə çarpdırılır). Şəxsiyyətin tədqidamatının daha incə forması – onun hadisələrə və ya iştirak edənlərə dair mövqeyinin göstərilməsi daha məqbul hesab edilir.
Bu mənada rus «yoxsullarının» nitq taktikası ritorika cəhətdən tamamilə düzgündür: öz mövqeyini «biz özümüz yerli deyilik» ifadəsi ilə bildirməsi onun bu göstərilən sosiumda marginal (qeyri-adi) vəziyyətdə olması səbəbdən «natiqə» dinləyicilərin diqqətini cəlb etmək üçün imkan yaradır.
Dostları ilə paylaş: |