Tərəfdarların cəlb edilməsi – konflikt əhval – ruhiyyəli auditoriyaya təsadüf edən nitq situasiyaları üçün əsas funksiyadır. Belə hallarda danışan insanın əsas məqsədi – camaatın rəğbəti qazanmaq və fikirlərinə «xeyirxah diqqətin» göstərilməsinə nail olmaqdır. Məhkəmə praktikasında tez-tez mənfi əhval-ruhiyyə hökm sürən auditoriyada söylənilən nitqlərə rast gəlmək mümkün idi. Buna görə də bu funksiya ritorikanı yaxşı bilənlərə məlum idi. Belə situasiyalarda nitq davranışının iki taktiki modellərindən birinə müraciət etmək məsləhət görülürdü: 1) ziddiyyətlərin aradan qaldırılması taktikası; 2) «təxirə salmaq» taktikası.