Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə29/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   25   26   27   28   29   30   31   32   ...   107

§3.2. Arqumentləşdirmə

Əsas hissənin bir bölməsi kimi arqumentləşdirmə dispo­zi­siyanın daha yaxşı öyrənilmiş aspektidir. Bu təəccüblü deyil, çünki ritorika hər şeydən əvvəl inandırma elmidir. Belə hesab edilir ki, onun beş bölməsinin hər birində söhbət əslində necə inandırmaqdan gedir (material vasitəsilə – invensiyada, onun yerləşdirilməsi vasitəsilə – dispozisiyada, onun ötürülməsi vasitəsilə – elokusiyada, səs, poza və jest vasitəsilə – aksiyada, daha inandırıcı şəkildə xatırlama vasitəsilə – memoriyada).

Amma aydındır ki, invensiya kimi dispozisiya da hər şey­dən əvvəl məntiqin köməyi ilə inandırma prosesini həyata ke­çirir: onun eyni zamanda həm məntiq, həm də ritorika ilə əla­qə­dar olan bölməsi var (məsələn, elokusiya sırf ritorik böl­mə­dir). Dispozisiya bölməsində arqumentləşdirmə bacarığı, be­lə­liklə, hər şeydən əvvəl məntiqi cəhətdən arqumentləş­dir­mə bacarığıdır. Aşağıda biz arqumentləşdirmənin iki növündən da­nışacaqıq: məntiqi və analoji arqumentləşdirmə.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin