Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə48/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   44   45   46   47   48   49   50   51   ...   107
Birinci qrup məntiqi səhvlər.

Anlayışların qeyri-dəqiq müəyyənləşdirilməsinin ­lün­məsinin nəticəsi olan məntiqi səhvlər.

    1. Müəyyənləşdirmədə ziddiyyət (contradictio in adjec­to) – anlayışın özündə predmetin eyni tamın tərkibində bir­gə mövcudluğu mümkün olmayan kontradiktor əlamətlərini ehtiva etməsi ilə əlaqədar olan səhv.

- Model: Dairəvi kvadrat

- Nümunə: Bu əsassız hökm artıq çoxdan etibardan düşmüş nöqteyi-nəzərə söykənir.

(«Əsassızlığın» müəyyənləşdirilməsində olan ziddiyyət: əsassız olmaq deməli heç bir əsasa malik olmamaq, daha doğ­rusu heç nəyə söykənməmək deməkdir).

2) Tavtologiya (yunanca tautologos – elə həmin söz de­məkdir) müəyyənləşdirmədə (bu zaman «eyni şey» «eyni şey» tərəfindən müəyyən olunur, latınca idem per idem) əsaslan­dır­manın qabaqcadan sezilməsinin xüsusi – ifrat – forması kimi nə­zər­dən keçirilir və anlayışın özünün özü vasitəsilə müəy­yən­ləşdirilməsini, daha doğrusu faktiki olaraq anlayışın iki də­fə tək­rar edilməsini səhv kimi xarakterizə edir.

- Model: qısa və lakonik.

- Nümunə: Anlaşılmaz və mistik olan şeylər bizim ətra­fı­mızda baş verir (Aydın məsələdir ki, mistik şeylər elə anla­şıl­maz şeylərdir).

3) Pleonazm (pleonasmos – artıqlıq, çoxluq) – tavtolo­gi­yaya yaxın formadır (o da əsaslandırmanın qabaqcadan sezil­mə­sinin bir növüdür). Amma tavtologiyadan fərqlənir. Tavto­lo­giyada eyni məna iki dəfə tam həcmdə təkrar edilir, pleonazm­da isə – bir anlayışın mənası digər anlayışın mənasının tərkib hissəsi olur. Məsələn, bu və ya digər anlayışa aid edilən əlamət bu anlayışın tərkibinə daxil olur.

- Model: May aydır (may aydan başqa heç bir şey ola bil­məz).

- Nümunə: Öz varisinə çoxlu geniş həcmdə həlledil­mə­miş problemlər qoymaq (Aydındır ki, çoxlu və geniş həcm­də bir-birinə yaxın anlayışladır).

4) Məlum olmayanın vasitəsilə məlum olmayanı müəy­yən­ləşdirmək (ignotum per ignotum) müvəffəqiyyətsiz müəy­yən­ləş­mə formasıdır. Bu zaman mənası müəyyənləyşdirilən obyek­tin izahı kimi yenə də mənası müəyyənləşdirilməli olan obyekt çıxış edir. Bu, əslində yalançı izahat növüdür.

- Model: Oksiyumoron metaboladır.

- Nümunə: Yeni Həbridlər haqqında eşidənlər yaşayış kondominiumun nə olduğunu biləcəklər.

(Səhv ondadır ki, məlum olmayan "kondominium" anla­yışı – mənzilə şərikli, kollektiv sahib olma – az adama məlum olan tarixi faktla əlaqələndirilir. Bu tarixi fakt böyük Britaniya və Fransa arasında Yeni Hebridlər adasını birgə idarə etmək haqqında bağlanmış müqaviləyə əsaslanır.)

5) Polisemiya (yunanca polysemos - çoxmənalılıq) – əgər eyni anlayışın bir zəruri mənasının yerinə iki və ya daha çox mənası işlənməyə başlıyarsa, onda bu səhv hesab olunur, çünki bu zaman lazım olan mənanın seçilməsi mümkün olmur.

- Model: Çay istəyirsinizmi? – Çox sağ olun ("Çox sağ olun, hə" və ya "çox sağ olun, yox"?).

- Nümunə: "Felt" danimarka dilində sahə deməkdir.

(Diqqətli həmsöhbət aşağıdakı səhvi görəcək və təkrar soruşacaq: "Hansı sahə?" Burada o, haqlıdır, çünki felt kənd tə­sərrüfatı yerləri mənasında olan sahəni nəzərdə tutmur. Bu mə­nada sahəni danimarka dilində "mark" sözü bildirir. Felt isə kağızın kənarındakı təmiz sahəni ifadə edir).

6) Səhv nominativ dəyişiklik (fallacia secundum dictio­nem) aşağıdakı səhvi nəzərdə tutur: - artıq müvafiq sözlə ifadə edilmiş anlayış növbəti mərhələdə bu anlayışla heç bir əlaqəsi olmayan sözlə (başqa sözlə) ifadə edilir. Bu zaman danışanın özü bu dəyişikliyin tam düzgün olduğunu da düşünə bilər.

- Model: Yutlandiya – Danimarkanın ən böyük adasıdır (Yutlandiya - yarımadadır).

- Nümunə: Soyuqdəymə zamanı bal dərman kimi yaxşı kö­mək edir (Nominativ dəyişiklik düzgün deyil: bal təbii məh­suldur, onu dərman adlandırmaq düzgün deyil).

7) Müqayisə olunmayan anlayış (notiones disparatae) – bu anlayışdan analogiya qurulan zaman istifadə edilərsə, bu səhv sayılacaq. Artıq qeyd edildiyi kimi, hər bir analogiya üçün nəzəri cəlb edən əsas olmalıdır (məsələn, predmet hərəkət ilə, əlamət isə əlamətin daşıyıcısı ilə müqayisə oluna bilməz). Ana­­logiya qurularkən bu şərt nəzərə alınmırsa, onda

- Model: Ququ quşunu qırğı ilə müqayisə et!

- Nümunə: Onun dünyagörüşü dörd divar içərisinə salın­mış insanı xatırladır (Dünyagörüş insanın keyfiyyəti kimi bu keyfiyyətin daşıyıcısı olan insanla müqayisə oluna bilməz, bu za­man yaranan paralogizm birinin digərinə oxşadılmasını müm­­künsüzlüyünü göstərir).

8) Müəyyənləşdirmək əvəzinə müqayisə etmək (via eminentiae) – həqiqətən gözlənilən tərif əvəzinə müqayisə təq­dim olunursa, bu səhv sayılır. Bu halda sözün qeyri-dəqiq mənası onun dəqiq mənası kimi göstərilir.

- Model: Bir yard – bizdə olan bir kilometrdir (bir yard 914 m-ə bərabərdir).

- Nümunə: Bulimiya – özünəməxsus narko­ma­niya­ növü­dür.

(Tərif əvəzinə müqayisə «Bulimiya» sözünün mənasını təhrif edir, Bulimiya bəzi xəstəliklər zamanı yaranır və aclığın aradan qalxmamasına deyilir).

9) Müəyyənləşdirmək əvəzinə inkar etmək (vio nega­tio­nis) – əgər inkar tərif əvəzində işlənərsə, daha doğrusu əslin­də tərif olmayaraq tərif funksiyasının yerinə yetirərsə, bu məntiqi səhv hesab olunar.

- Model: Qara-ağ deyil.

- Nümunə: Söhbət «marginal», daha doğrusu yerli olma­yan əhalidən gedir (bu inkar tərifi əvəz edə bilməz, çünki «yer­li olmayan əhali» ifadəsi «marginal» sözünü müəyyən­ləş­dirmək üçün kifayət etmir. Bu halda ailələri digər yerlərdən gəl­mə olanları da «marginal» hesab etmək lazımdır).

10) Bölgünün səhv aparılması (fundamentum divisionis) anlayışın strukturunun təhrif edilməsini nəzərdə tutur: Belə hallarda hər hansı əlamət əsasında aydın şəkildə müqayisə olu­nan anlayış hər hansı digər – qeyri-mümkün və ya ümu­miy­yət­lə mövcud olmayan əlamət əsasında müqayisə edilir.

- Model: Cavansan mənə yeni şeylər öyrətmək üçün (Ca­van olmaq axmaq olmaq demək deyil).

- Nümunə: Təbiətcə daha romantik olan qadınlar daha tez-tez reklamların qurbanı olur.

(qadınlar və kişilər arasında bölgünün səhv aparılması: bu sosial qruplar cinsiyyət əlamətinə görə müqayisə oluna bilər; onları daha çox romantik – daha az romantik olmalarına görə müqayisə etmək olmaz).

11) Mühüm olanın təsadüfi olanla qarışdırılması (fal­lacia accidentis). Belə səhvin əsasında bir tərəfdən, obyektin substansional xüsusiyyətlərinin, digər tərəfdən isə, qeyri-mü­hüm xüsusiyyətlərinin fərqləndirilməməsi durur. Bu zaman obyektin təsadüfi xüsusiyyətləri onun mühüm xüsusiyyətləri ki­mi göstərilir.

- Model: Bütün qəşəng qızlar dənizçiləri sevir.

- Nümunə: Elmlər doktorudur, amma mismar vura bilmir!

(Təhsil səviyyəsi və akademik təcrübə – elmlər doktoru üçün mühüm əlamətdir, qətiyyən elmlər doktoru üçün təsadüfi əlamət olan bu və ya digər praktik verdişlər üçün təminat ver-məli deyil).

Məntiqi səhvlərin aşağıdakı beş növü bu qrupun tərki-ıbində müstəqil yarımqrup təşkil edirlər: onların hamısı anla­yı­şı təqdim edərkən dərəcələrə bölgü prosedurunun pozulması ilə əlaqədardır.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin