İkinci qrup məntiqi səhvlər.
Sillogizmin strukturunda səhvlər.
Bu qrup səhvləri analiz edərkən artıq bir qeyd etdiyimiz məqama yenidən qayıdaq: sözün ciddi mənasında sillogizmdən istifadə bütövlükdə heç də həmişə yaxşı sübut üçün əlverişli şərait yaratmır. Söhbət əslində əgər zərurət yaranarsa (məsələn, dinləyicilərin istəyinə uyğun olaraq) prinsipcə düzgün sillogizm qurmaq imkanlarından gedir.
Müvafiq səhvləri göstərmək üçün aşağıda gətiriləcək sillogizmlərin, beləliklə, bir məqsədi var: səhvləri daha əyani şəkildə göstərmək. Yadda saxlamaq lazımdır ki, prinsipcə şübhəli mühakiməni sillogizmə çevirmək heç bir zaman zərərli deyil: sillogizmin dəqiq strukturu fonunda məntiqi səhvlər xüsusilə daha yaxşı müşahidə olunur.
Nəzərə almalı olduğumuz ikinci məqam onunla bağlıdır ki, bəzi növ məntiqi səhvlər (məsələn, hissəyə əsasən tam barəsində, tama əsasən hissə barəsində nəticəçıxarma) eyni vaxtda iki qrup üçün ümumi xarakter daşıyır. Bu onunla izah olunur ki, müvafiq paralogizmlər həm anlayışların qeyri-dəqiq müəyyən edilməsinin nəticəsində yaranan səhvlər, həm də hökmlərin (anlayışlar üzərində aparılan əməliyyatların) səhvi kimi müəyyənləşdirilir.
I. 17) İlkin yalan (yunanca proton pseudos) səhv tezisin sübut edilməsini nəzərdə tutur. Aydındır ki, səhv tezis bütövlükdə natamam sübutun əsasını təşkil edir: başlanğıcda yaranan səhvlər səbəbindən qalan hökmlər də yanlış olur. Bu səhvin əyani şəkildə göstərilməsi zəncirvari reaksiyanı xatırladır: yalnız fikir yalnış fikri doğurur.
- Model:
- Tezis: Kambalalar boşboğazdırlar.
- Nümayiş: Bütün balıqlar boşboğazdırlar.
Kambalalar balıqdırlar.
(Nəticə)
Kambalalar boşboğazdırlar
- Nümunə:
- Tezis: Məşhur insanların uşaqları istedadlıdırlar.
Valideynlər özlərinin ən yaxşı xüsusiyyətlərini uşaqlarına ötürdüklərindən məşhur insanların uşaqları adi insanların uşaqlarından daha istedadlıdırlar.
(İlk baxışda, olduqca «alicənab» görünən hökm yaxından nəzərdən keçirilərkən elm ilə tam ziddiyyət təşkil edir. Elm istedadın irsən keçmədiyini təsdiq edir. Amma bu «ilkin yalan» hökmə diqqətdən yayınmaq imkanının yaratmaq üçün «düzgün olmayan arqqumentdən» (valideynlər özlərinin ən yaxşı xüsusiyyətlərini uşaqlarına ötürürülər) istifadə olunur, çünki «düzgün arqument»lə yalan hökmü sübut etmək olmaz).
II. 18) Düzgün olmayan ehtimalı (fallacia suppositionis) müstəqil olaraq qeyd etməmək də olar: ritorika dərsliklərində düzgün olmayan ehtimal çox vaxt ilkin yalanın bir forması kimi şərh olunur. Həqiqətən düzgün olmayan ehtimal ilkin yalandan çox az fərqlənir – belə ki, səhv tezis ilkin yalanın göstəricisi kimi heç də həmişə düzgün olmayan ehtimalın nəticəsi olmur.
Bir sıra hallarda yalan tezis nəinki yalnız ehtimalı özündə əks etdirir, həm də onu (billə-bilə və ya bilməyərək) həqiqət kimi təqdim edir. Buna görə də düzgün olmayan ehtimalı ən ifrat halda ilkin yalanın tərkibində ümumi şəkildə nəzərdən keçirmək faydalı olar.
Model:
Yalan danışanlar çox vaxt qızarırlar.
Baron Münhauzen yalan danışır
(nəticə)
Baron Münhauzen çox vaxt qızarır.
Nümunə:
Keçmiş kommunistlər kimi yeni rus liderləri ürəyində itirdikləri qeyri-məhdud hakimiyyət üçün təəssüf edirlər.
(Burada düzgün olmayan ehtimalın doğurduğu məntiqi səhv bütün keçmiş kommunistlərin əvvəlki mövqelərini itirdiklərinə görə təəssüf etmələri ilə bağlıdır: bir sıra hallarda keçmiş kommunistlər həqiqətən «peşman olublar» və əvvəlki inamlarından, o cümlədən onunla bağlı olan güzəştlərdən könüllü sürətdə imtina ediblər).
III. 19) Tezisin dəyişdirilməsi (ignoratio elenchi) məlumatda «rabitənin» itməsi nəticəsində yaranır. Belə hallarda danışan özü də (bəzən ətrafdakılar da) hiss etmədən ilkin olaraq irəli sürdüyü tezisdən imtina edir və digər tezisə keçərək onu əsaslandırmağa başlayır. Adətən tezisin dəyişdirilməsini hiss edirlər və bu zaman məlumat bütövlükdə qənaətbəxş qəbul edilmir.
Model:
Tezis-1: Müəllimlərin maaşını qaldırmaq lazımdır.
Nümayiş (tezisin dəyişdirilməsi ilə birlikdə)
(Amma) Müəllimlər çox vaxt vicdanla işləmirlər.
Vicdanla işləməyənlərin maaşını aşağı salmaq lazımdır.
(Nəticə)
Tezis-2: Müəllimlərin maaşını aşağı salmaq lazımdır.
Nümunə:
Kommunizm erası XX əsrin 90-cı illərində sonna çatdı. Düzdür, burada o, hələ davam edir və bundan başqa həm də inkişaf edir. Bu səbəbdən də biz və bizim övladlarımız yenidən kommunizmdə yaşaya bilər.
(Tezisin dəyişirilməsi ümumi xarakteristikadan («kommunizm erası sona çatıb») xüsusi xarakteristikaya («Kubada kommunizm erası inkişaf edir») keçid mərhələsində baş verdi. Bu isə faktiki olaraq ilkin tezisin inkarına gətirib çıxaran nəticəni doğurur: «kommunizm erası hələ sona çatmayıb»).
IV. 20) Terminin sayının dörd dəfə artırılması (quaternio terminorum) – sillogizmin qurulması zamanı yaranan klassik səhvdir. Sillogizmin əsas qaydasına əsasən sillogizmdə nə az, nə çox üç termin (bir-biri ilə əlaqədar olan üç anlayış) olmalıdır. Burada sillogizmin sözü gedən əsas qaydası pozulur.
Əgər terminlərdən biri iki mənada işlədilirsə, onda o, sanki iki hissəyə parçalanır. Beləliklə, sillogizmdə üç əvəzinə dörd termin iştirak edir. Sillogizm bu halda qeyri-qənaətbəxş, sübut edilən tezis isə – yanlış qəbul edilir. Bəzən terminin sayının dördə kimi artırılması «fiqura dictionis» sözün bir neçə mənasının bir-birinə qarışdırılmasından yaranan səhv kimi təsnif olunur.
Model:
Bütün koreyalılar it əti yeyir.
Petrov xaricdə it əti yeyib.
(nəticə)
Petrov koreyalıdır.
- Nümunə:
Psixoloqlar iddia edirlər ki, bir çox neqativ qiymətvermələr bizim bu və ya digər situasiyada şəxsi çatışmamazlıqlarımızın aydın proyeksiyası ilə izah olunur.
(«Proyeksiya» sözünün iki mənada işlədilməsi səhv yaradır: I məna – «rəsmlərin, kinokadrların və s. ekranda verilməsi» (müqayisə et: aydın proyeksiya) və II məna «özünü kimsə ilə eyniləşdirmə» (müqayisə et: çatışmamazlıqların <…> proyeksiya). Mənadakı natamamlıq aydın görünür).
V. 21) Sillogizmin orta terminindəki səhv (a dicto secundum guid ad dictum sipliciter) də ritorika dərsliklərində yaxşı təsvir edilib. Burada sillogizmin orta termini arqumentləridən birinə məhdudiyyətlə, digərinə isə məhdudiyyətsiz daxil olur. Şübhəsiz ki, orta termin yalnız və yalnız ümumi olmalıdır. Amma əlbəttə ki, belə qeyri-ümumilik fonunda nəticə doğru ola bilməz.
Model:
Bas alçaq kişi səsidir.
Xalis bas əntiqə şeydir.
(nəticə)
Alçaq kişi səsi əntiqə şeydir.
Nümunə:
Öz sağlamlığını alternativ tibb nümayəndələrinə (şarlatanlara) etibar etmək həddindən artıq təhlükəlidir.
(Orta terminin həddindən artıq çətin sezilən şəkil dəyişməsinin nəticəsində yaranan məntiqi səhv: bütün sağaldanlar mahiyyətcə alternativ tibbin nümayəndələridir, amma yalnız bir qism sağaldanlar – şarlatandırlar. Birinci arqumentdə sağaldan anlayışı tam, ikinci arqumentdə isə – məhdud həcmdə götürüldüyündən bu arqumentlərin əsasında düzgün nəticə çıxartmaq olmaz: istənilən mümkün nəticələr doğru olmayacaq).
VI. 22) Zəruri şərtin nəzərə alınmaması (zəruri şərt – conditio sine qua non) – ritorika dərsliklərində gah sillogizmin orta terminindəki səhvin bir variantı, gah da müstəqil məntiqi səhv kimi təhlil olunur. Bu səhvi xüsusi qrupa ona görə daxil edirlər ki, orta termin müəyyən şərtilə bir arqumentdə çıxış edir və heç bir şərt olmadan çıxış edən orta termin özündə, orta terminin tamamilə konkret məhdudlaşdırma halını, daha doğrusu, şərti məhdudlaşdırma halını əks etdirir. Bundan başqa, şərt – adətən eksplisit olaraq qabaqcadan deyilir. Bəlkə bu səbəbdən də orta termin səhvinin bu variantını identifikasiya etmək çətin deyil.
Model:
Petrov şir kimi qəzəblidir.
Şirlər – məməlilər sinfinin pişikkimilər dəstəsinə aiddir.
(nəticə)
Petrov – məməlilər sinfinin pişikkimilər dəstəsinə addir.
Nümunə:
Əfsus ki, hətta ən yüksək keyfiyyətli kompüter uzun müddət işləyə bilmir: kompüterlər həvəskarların əlində xarab olub.
(Tezisdə zəruri şərtin nəzərə alınmaması göz qabağındadır: tezis aydın şəkildə müasir kompüterin keyfiyyətinə dair mülahizəni qabaqcadan nəzərə alır və aydın şəkildə xidmətin səviyyəsinə dair mülahizəni qabaqcadan nəzərə almır: «həvəskarların əlindəki kompüter» şərti həqiqətən istənilən kompüterin işləmə müddətinin proqnozlaşdırılması üçün zəruri şərtdir. Şübhəsiz ki, bu şərt arqument ilə birlikdə meydana çıxmamalıdır: onun yeri - tezisdədir).
VII. 23) Əsaslandırmanın əvvəlcədən duyulması (petitio principii) – «klassik» səhv hallarından biridir: bu sübut kimi arqument gücü olmayan arqumentdən istifadə zamanı yaranır. Belə ki, bu arqumentin özünün sübuta ehtiyacı olur. Bu halda məntiqi səhv praktik cəhətdən istifadəsi mümkün olmayan nəticəyə gətirib çıxarır: NƏticə ya hipotetik xarakter daşıyacaq, ya da tamamilə yanlış olacaq.
Model:
Çəhrayı rəng insana zövq verir.
Bəzi fillər çəhrayı rəngdə olur.
(Nəticə)
Bəzi fillər insana zövq verir.
Nümunə:
Duzdan istifadəni ümumiyyətlə orqanizmə ziyan vurmadan aradan qaldırmaq olar.
(Bu məntiqi səhvin səbəbi ondan ibarətdir ki, burada sübut kimi özü-özündə hələ sübut edilməmiş müddəa çıxış edir. Belə ki, duz orqanizm üçün yalnız zərərlidir müddəasını hələ sübut etmək lazımdır. Əgər bu həqiqətən belə olardısa, onda çıxarılan nəticə doğru olardı, çünki istifadəsi orqanizm üçün zərərli olan şeyləri həqiqətən aradan qaldırmaq lazımdır. Amma belə mülahizələrdən qaçmaq lazımdır. Bu mülahizəni tam sübut edəcək arqumentlər yoxdur).
VIII. 24) Histeron-proteron (hysteron-proteron) – indicə müzakirə etdiyimiz səhvə oxşayır. Bu halda əsaslandırmanın əvvəlcədən duyulması ilə histeron-proteron arasındakı əlaqə növ ilə soy arasındakı əlaqə kimidir.
Histeron-proteron yunancadan daha gec – daha tez (daha doğrusu daha gec olan sübutetmədə daha tez olur və ya daha tez olanın yerində iştirak edir) şəklində tərcümə edilir. Histeron-proteron zamanı sübutetmədə əslində axırıncı olmalı olan ön plana gətirilir. Daha doğrusu, məsələn, özü məntiqi nəticəçıxarmanın nəticəsi olur.
Əsaslandırmanın əvvəlcədən duyulmasını histeron-proterondan daha dəqiq şəkildə fərqləndirmək üçün ritorikada onlar adətən belə təsvir edilir: əsaslandırmanın əvvəlcədən duyulması sübut edilə bilməyən, histeron-proteron isə – sübut edilməmiş (amma tamamilə sübut edilə bilən) sübutlarla əməliyyatı nəzərdə tutur.
Model:
Sabah şaxta olacaq.
Şaxtada isti geyinmək lazımdır.
(nəticə)
Sabah isti geyinmək lazımdır.
Nümunə:
Spikerin dünənki çıxışı sadəcə olaraq sayıqlama idi: onu təkrar etməyə utanırsan. Belə çıxışlardan, əlbəttə, çəkinmək lazımdır.
(Müvafiq çıxışı göstərməyərək, daha doğrusu – əslində – sübut göstərməyərək, danışan histeron-proteron ilə üzləşir, belə ki, şübhəsiz ki, belə ittihamın irəli sürülməsi – «çıxış … sadəcə olaraq sayıqlama idi!» - zamanı utanmaq lazım deyil və dinləyicilərin onun sayıqlama olub – olmadığını müəyyənləşdirməsi üçün çıxışı göstərmək lazımdır).
IX. 25) Qeyri-qanuni mühakimələr (premissae illegalev) – perspektivsiz əqli nəticələrlə əlaqədar olan bir qrup məntiqi səhvdir. Bu zaman nümayiş proseduru mümkün olmur, çünki müvafiq mühakimələrdən ümumiyyətlə, heç bir nəticə çıxarmaq olmur.
Məsələ bundadır ki, prinsipcə mühakimələr arasında hansı kombinasiyanın mümkün olması, hansının isə mümkün olmamasına dair ciddi qayda mövcuddur.
Dostları ilə paylaş: |