Model:
Alma ucuzdur.
Alma – meyvədir.
(nəticə)
Meyvə ucuzdur.
Nümunə:
Kilsədə yeniyetmələr heç vaxt olmadığı dərəcədə çoxdur. Məhz onlar bu gün rus pravoslav kilsəsinin əsasını təşkil edirlər.
(Paralogizm aydındır: bu və ya digər məkanda – məsələn, MDU-nun kilsəsində yeniyetmələr digər yaş qruplarından olanlara nisbətən çoxdurlar, amma bu o demək deyil ki, vəziyyət həmişə belədir. Bu səbəbdən də nəticə çıxartmaq olmaz ki, rus pravoslav kilsəsinin əsasını yeniyetmələr təşkil edir, xüsusən də nəyinsə əsasını təşkil etmək üçün çoxluq təşkil etmək hələ kifayət etmir).
XIV. 30) Həddindən artıq sübutlarla yüklənmiş arqument (arqumentum nimium probans) – uzunçuluq kimi müəyyən edilən səhvin səbəbi kimi çıxış edir. Artıq sübutlar ritorikada nəinki qeyri-zəruri, həm də bilavasitə «zərərli», daha doğrusu sübutetməyə mane olan amil kimi şərh edilir.
Qui nimium probat, nihil probat (çox sübut edən heç nə sübut etmir) – bu latın atalar sözündə artıq əsaslandırmadan istifadə edən danışanın nitq fəaliyyəti qiymətləndirilib.
«Artıq sübut»lar əsas sübutlarla asanlıqla ziddiyyət təşkil edə bilər, buna görə də artıq sübutlar faydasızdır. Bu halda bütün məntiqi konstruksiya təhlükə qarşısında olur və gözlənilən nəticə əvəzinə gözlənilməz nəticə çıxır.
Model:
Tezis: yuxu faydalıdır.
Nümayiş: əsəbləri sakitləşdirən şey faydalıdır.
Yuxu əsəbləri sakitləşdirir.
İnsan yuxu zamanı istirahət edir.
İnsan yuxu zamanı fiziki fəaliyyət göstərmir.
İnsan yuxu zamanı işləmir.
(Nəticə)
İşləməmək faydalıdır.
Nümunə:
Kommunistləri əvəz edənləri demokratlar adlandırmaq qanunauyğundur. Həqiqətən, «yenilər» dövlət və şəxsiyyət arasında qarşılıqlı əlaqənin yeni, humanist formasına əsaslanır, totalitarizmə, avtoritarlığa və despotizmin istənilən formasına qarşı çıxırlar. Eybi yoxdur, ilk vaxtlarda çətinliklərin artması yaxşı sosial struktur axtarışı və «sabiqlərin» təqibi sahəsindəki ifratçılıqla müşayiət olunurdu: yeni dövrün diktaturası özünü proletariat diktaturasından pis qorumamalıdır.
(Burada da paralogizmin səbəi kimi artıq arqumentləri göstərmək olar. Sosial yeniliklərin demokratik xarakterinə dair tezisi sübut etmək istəyən müəllif bunu təsdiq edəcək yeni-yeni arqumentlər taparaq, əslində yeni hakimmiyyətin demokratik xarakterini inkar etməli olur və nəhayət onu birbaşa olaraq diktatura, daha doğrusu totalitar, avtoritar və despotik rejim kimi xarakterizə edir).
XV. 31) Axırıncı əsaslandırmanın səhvi (ad infinitum) – geniş yayılmış məntiqi səhv növüdür. O, artıq sübutlarla əlaqədar olan səhvi xatırlatsa da, ondan fərqlənir. Birinci halda sübutetmə qazılmaz deyil, ikinci halda isə – həqiqətən arzuedilən ola bilər.
Bu paralogizm «sübutetmə zənciri»nin yaranmasına səbəb olur, çünki arqument kimi gətirilən hökm kifayət qədər güclü deyil və daha güclü arqumenti tələb edir, o, isə öz növbəsində daha güclü arqumenti tələb edir. Bu proses sonsuzluğa kimi davam edir, əsaslandırma zəncirində axırıncı əsaslandırmanı və ya səbələr zəncirində axırıncı səbəbi müəyyənləşdirmək mümkün olmur.
Söhbət əslində prinsipcə sübut edilə bilməyən mülahizələrdən gedir. Bunun səbəbi isə bütövlükdə nümayiş prosesinə son qoyacaq kifayət qədər mötəbər sübutun gətirilməsinin mümkün olmamasıdır. Ritorikadan ənənəvi nümunə - toyuq, yoxsa yumurta birincidir.
Model:
Qəzetlər sensasiyanı əhatə etməlidir, çünki oxucular sensasiyanı sevirlər, qəzetlər isə oxucular üçün buraxılır, çünki qəzeti oxucular alır, qəzetlər isə satılmalıdır, çünki əks halda onlar gəlir gətirmirlər, gəlir gətirməyən qəzetlər isə bağlanır – bu halda oxucu qəzetsiz qalır, sensasiya oxumaq imkanı olmur, oxucu isə sensasiyanı sevir və s.
Nümunə:
Yaşlı mütəxəsislər öz iş yerlərini cavan mütəxəsislərə verməlidirlər.
(Bu hökmün nöqsanlı olması onu əsaslandırmağa başlayarkən dərhal aydın olur. Qoyulmuş problem bir sıra həll edilməmiş məsələlərə gətirib çıxarır: hipotetik olaraq həm yaşlı mütəxəsislərin iş yerlərində saxlanmasının lehinə (təcrübə, kollektivin yekcinsliyi və s.), həm də cavan mütəxəsislərin iş yerlərinə təyin edilməsinin lehinə (yüksək enerji, məsələyə sağlam baxış, stereotiplərdən uzaqlaşmaq və s.) kifayət qədər arqumentlər gətirmək olar.
Qeyd etmək lazımdır ki, bu nümunə hökmdən daha çox, geniş şəkildə əsaslandırılmağa ehtiyacı olmayan rəydir. Bu halda onu paralogizm kimi nəzərdən keçirmək lazım deyil: hamı isə öz rəyi bildirə bilər).
16) 32) Zəruri olaraq öz aralarında əlaqəsi olmayan arqumentlər (fallacia fictae necessitatis) – məntiqi səhvin özünəməxsus növüdür. Bu nümayişin çətin müəyyən edilən səhvidir. Söhbət arqumentlərin bir-biri ilə uyğunlaşmasından və ya uyğunlaşmamasından gedir. Başqa sözlə, arqumentlər arasında qeyri-stabil əlaqələr nəzərdə tutulur.
Model:
Tale problemi ciddi problemdir.
Ciddi problemləri dərhal həll etmək lazımdır.
(nəticə).
Tale problemini dərhal həll etmək lazımdır.
Nümunə:
Xəstə insanlar, bir qayda olaraq, psixi cəhətdən qeyri-stabil olurlar, psixi cəhətdən qeyri-stabil olanlar isə aqressiv olurlar, bəs buradan hansı nəticə çıxır?
(Əgər məntiqi cəhətdən əsassız olan «Xəstələr aqressivdirlər» tezisini nəzərə almasaq, bu iki hökmdən heç bir ağıllı nəticə çıxmır. Bu tezis zəruri olaraq öz aralarında əlaqəsi olmayan arqumentlərdən istifa olunması nəticəsində meydana çıxıb: bir tərəfdən, psixi cəhətdən qeyri-stabil olan insanlar heç də həmişə xəstə olmurlar, digər tərəfdən, psixi cəhətdən qeyri-stabil olanlar heç də həmişə aqressiv olmurlar).
17) 33) Müzakirə edilən məsələ sahəsindən kənarda arqument (arqumentum externum) – bu səhv sübutun hissələri arasında vəhdətin olmaması səbəbindən yaranır. Bu vəhdətin olmaması hökmdə «əlaqə mexanizmi»nin pozulmasına gətirib çıxarır. Bu halda arqument nitq situasiyasının sərhədlərindən kənara «düşür». Daha doğrusu, sübut etmədə relevant olmayan sübutdan (məsələn, ya mövzu ilə əlaqəsi olmayan, ya zaman və ya məkan şəraitinə uyğun gəməyən, ya da dəqiq yerə ünvanlamayan sübutdan) istifadə olunur.
Model:
Durnabalığı dabanbalığı yeyir.
Durnabalığı almanca Hechte deməkdir.
(nəticə)
Hechte dabanbalığı yeyir.
Nümunə:
İnqilab – həmişə zor işlətmək deməkdir, çünki istənilən konfliktin hərəkətverici qüvvəsi düşmənçilikdir.
(Aydın məsələdir ki, bu arqumentin mövzu ilə heç bir əlaqəsi yoxdur. inqilaba dair tezisin, ola bilər ki, əsaslandırılmaya ehtiyacı var. Amma göstərilən arqument tezisdən kifayət qədər uzaq olan fikri əsaslandırır. Konflikt yalnız tərəflərin açıq-aydın düşmənçiliyi şəraitində mövcud ola və inkişaf edə bilər.).
18) 34) Yanlış hökmlərlə əsaslandırma (fallacia falsi medii) – bəzən yanlış əsaslandırma da adlanır. Bu zaman bir və ya hətta iki arqument kimi açıq-açığına doğru olmayan sübutdan istifadə edilir. Bu sübutlar qeyri-şüuri olaraq (çirkin kommunikativ məqsədlər üçün – hətta şüurlu olaraq) həqiqət kimi təqdim olunur.
Amma onların obyektiv olaraq yanlış olması nümayişin nəticələrini təhrif edir, məntiqi cəhətdən səhv nəticəçıxarmaya səbəb olur. Belə ki, danışan düzgün olmayan məlumatlara, təhrif olunmuş informasiyaya, rəylərə, şayiələrə əsaslana bilər. Təbii ki, belə "əsaslanma" zamanı mükəmməl tezis qurmaq olmaz.
Model:
Xruşa və Stepaşa artistdirlər.
Artistlər mənəvi cəhətdən qeyri-sabitdirlər.
(nəticə)
Xruşa və Stepaşa mənəvi cəhətdən qeyri-sabitdirlər.
Nümunə:
Qərbi Avropada orta sinif, əlbəttə, bu gün Rusiyada olan orta sinifdən daha varlıdır, qismən ona görə ki, gündəlik təlabat mallara orada çox ucuzdur.
(Əqli nəticə tamamilə yalnış əsaslandırmanın nəticəsidir: Qərbdə ota sinfin varlı olmasını gündəlik təlabat mallarının ucuz olması ilə əsaslandırmaq olmaz. Bu qiymətlər, bir qayda olaraq, Rusiyadakı qiymətlərdən daha bahadır.).
Amma bu tezisi Qərbdə maaş və təqaüdlərin yüksək səviyyəsi, həmçinin yüksək inkişaf etmiş sosial təminat sistemi ilə əsaslandırmaq olar. Müəllifin seçdiyi arqument ilə əslində tezis əsaslandırılmamış qalır.).
19) 35) Mötəbər olmayanın mötəbər olmayan vasitəsilə əsaslandırılması (incerto incertibus) – indicə nəzər saldığımız səhvin variantlarından biri kimi xarakterizə oluna bilər, amma burada həm tezis, həm də arqumentlər yanlış ola bilər.
Xatırlatmağa ehtiyac yoxdur. Bu yanlışlıq həm qeyri-şüuri, həm də şüurlu şəkildə baş verə bilər. Qeyd edək ki, hətta aşağıdakı modeldə və nümunədə olduğu kimi, bu səhvi görmək çox asan olsa da, bu səhvin tez təyin edilməsi o qədər də asan deyil. Belə ki, burada əqli nəticə ilk baxışda tamamilə həqiqətə uyğun təsir bağışlayır, çünki əvvəlki hallardan fərqli olaraq, burada heç bir xüsusi məntiqi səhv müşahidə olunmur. Amma əqli nəticə reallıq ilə ziddiyyət təşkil edir və deməli, burada da məntiqi səhv özünü göstərir.
Model:
Xarici planetdən gələnlərin dili – telepatikdir.
Telepatik dil insan dilinə nisbətən daha mükəmməldir.
(nəticə)
Xarici planetdən gələnlərin dili insan dilinə nisbətən daha mükəmməldir.
Nümunə:
Psixi sarsıntı prinsipcə müalicə olunmur, son illərin çoxsaylı nəşrləri bunu sübut edir; burada belə növ istənilən xəstəliyin təkrar qayıtma ehtimalından bəhs edilir.
(Nümayişin səhvi tamamilə aydındır: psixi sarsıntının sağalmaz olmasına dair əsassız tezis – əlbəttə, bu fikrə tamamilə əks olan fikirlər də var – axırıncı illərin hansısa tədqiqatına əsaslanır (amma nə tədqiqatın adı çəkilir, nə də mənbələr göstərilir). Aydın məsələdir ki, bu tezisə əks olan fikri də təsdiq edən müxtəlif tədqiqatlar var. Amma tezis və arqumentin mötəbər olmamasını görməmək də olar, çünki zahirən mülahizə tam qanunauğun təsir bağışlayır).
20) 36) Çıxılmaz vəziyyət (circulus vitiosus) – həm də nümayişdə dairə (circulus in demonstrando) və ya sübutemədə dairə (circulus in probando) adlanır. Ad hər şeyi özü göstərir: əqli nəticə quran mühakimənin sonunda çıxış nöqtəsinə qayıdır, beləliklə, tam dövrə vurur və əslində hökmü yarımçıq saxlayır.
Praktiki olaraq çıxılmaz vəziyyəti belə təsvir etmək olar: tezis əqli nəticə kimi çıxarıldığı arqumentlərin özü vasitəsilə əsaslandırılır; və ya ilkin verilən hökmlərdə artıq sübuta ehtiyacı olan tezis öz əksini tapır.
Model:
Norveq – Skandinaviya ölkəsidir.
Skandinaviya ölkələri Skandinaviyada yerləşir.
(nəticə)
Norveç Skandinaviyada yerləşir.
Nümunə:
Yalnız əxlaqi normalara qulluq edən şəxslər Hippokrat andı icə bilərlər. Axı məhz bu, həkimi həqiqi əxlaqın daşıyıcısı edə bilər.
(Çıxılmaz vəziyyət burada Hippokrat andını və bu andı içən şəxsi-həkimi birləşdirir. Bununla həkim həddindən artıq çətin vəziyyətə düşür: onda hələ Hippokrat andı içməmişdən əvvəl «yüksək əxlaqi normaların aşıyıcısı olmaq» tələb olunur, halbuki, o, yalnız Hippokrat andı içəndən sonra bu əxlaqi normaların daşıyıcısı ola bilər. Müəllifin bu mülahizəsindən çıxan nəticəyə görə Hippokrat andı belə şəraitdə sırf formal xarakter daşıyır, çünki əgər sən «yüksək əxlaqi normaların daşıyıcısısansa», onda sənin bu «normaların daşıyıcısı» olmağın üçün And içməyə ehtiyacın yoxdur).
21) 37) Bir neçə məsələnin bir məsələyə qarışdırılması (fallacia plurium interrogationum) aşağıdakı növ səhvi nəzərdə tutur: müzakirəyə çıxarılan tezis konkret olmur və bir məntiqi prosedurun gedişində sübut oluna bilmir, çünki özündə ən ifrat halda iki məsələni ehtiva edir. Bu səbəbdən də onun əsaslandırılması üçün təqdim olunan arqumentlər onlardan tələb olunan funksiyanı yerinə yetirmək iqtidarında deyil: onlar ya tezisin yalnız bir aspektini xüsusi olaraq əsaslandırır, ya da ümumiyyətlə, anlaşılmaz olur.
Model:
Tezis: Bütün mübahizə edənlər sonda ya mübahisəni həll edirlər, ya da yox.
Nümayiş:
1) Bütün mübahisə edənlər mübahisə predmetini hərtərəfli müzakirə edirlər. Predmetin hərtərəfli müzakirəsi mübahisənin həll olunmasına gətirib çıxarır.
(Nəticə)
Bütün mübahisə edənlər sonda mübahisəni həll edirlər.
2) Heç bir mübahisə edən mübahisə predmetini hərtərəfli müzakirə etmir.
Hərtərəfli müzakirə olunmayan mübahisə predmeti həll olunmur.
(Nəticə)
Hər bir mübahisə edən sonda mübahisə predmetini həll etmir.
Nümunə:
Əksəriyyətin xoşuna gələni klassika kimi qəbul edirlər. Şilovu müasir klassik kimi qəbul etmək üçün Şilovun sərgisinə olan növbənin uzunluğuna diqqət yetirmək kifayətdir.
(Burada «… klassika kimi qəbul edirlər» hökmündə iki məsələ – «klassika nədir?» və «populyarlıq nədir?» kimi məsələlər bir-birinə qarışıb. Müəllif klassikanın aspektlərindən birinə («istifadəçilərin» miqdarı) üstünlük verir və ən azı aspektlərdən digərini («məhsulun» keyfiyyəti) nəzərə almır. Nəticədə paradoks alınır.).
22) 38) Səbəb və nəticənin qarışdırılması – bu məntiq səhv latınca belə formulə edilir: post hoc, ergo propter hoc, yəni «bundan sonra, deməli, bu səbəbdən». Bu səhv özündə nümayişin gedişində olan yanlışlığı ehtiva edir. Bu zaman hər hansı hadisədən sonra baş verən hadisə, əvvəlki hadisənin nəticəsi kimi nəzərdən keçirilir. Başqa sözlə, hadisələrin bir-birinin ardınca baş verməsini onlar arasında səbəb – nəticə əlaqəsinin olması kimi şərh olunur.
Dostları ilə paylaş: |