Təsnifedici nəticə – məlumatın daha yaxşı başa düşülməsi üçün müəyyən fon tətbiq edən və problemin gələcəkdə necə ola biləcəyini göstərən nəticədir. Başqa sözlə, bu analitik növ nəticədir.
Əgər yekunlaşdırıcı nəticə, yuxarıda gördüyümüz kimi, məntiqi üsulları tələb edirsə, təsnifedici nəticə – ilk növbədə analogiyanı tələb edir, amma bununla məhdudlaşmır. Məlumatın məzmununun digər məlumatlarla əlaqələndirilməsi özünəməxsus şəkildə analogiyanın qurulması deməkdir.
Təsnifedici nəticə məlumatın əsas tezislərini söyləməyi, məlumatın strukturuna yenidən qayıtmağı nəzərdə tutmur. Buna görə də faktlarla dolu olan tərəfin özü əsas hissədən kənarda qalır. Danışan bu hissəyə bir daha qayıtmır. Buna görə də təsnifedici nəticə yekunlaşdırıcı nəticəyə nisbətən daha az «faydalı» təsir bağışlaya bilər.
Amma bu yanlış təsəvvürdür. Təsnifedici nəticə yekunlaşdırıcı nəticəyə nisbətən daha az faydalı ola bilməz. Məsələ bundadır ki, digərlərindən fərqli olaraq, təsnifedici nəticənin çox güclü tərəfi var: yekunlaşdırıcı nəticədən fərqli olaraq o, məlumatı başa düşmək üçün dinləyicilərə daha bir şans verir. Əlbəttə, bu məlumatı hələ başa düşməyən və ya axıra kimi başa düşməyənlərə aiddir. Amma məlumatı başa düşənlər üçün də təsnifedici nəticə faydalı ola bilər: o, yekunlaşdırıcı nəticədən fərqli olaraq, predmetə dair təsəvvürləri dərinləşdirir, onun yeni (çox zaman gözlənilməz tərəflərini) açıb göstərir.
Təsnifedici nəticənin iki növü var:
1) perspektiv ilə əlaqədar olan nəticə;
2) fon ilə əlaqədar olan nəticə.
Perspektiv ilə əlaqədar olan təsnifedici nəticə məlumatın nəticələrinə dair proqnoz verir. Məhkəmə nitq praktikasında perspektiv ilə əlaqədar olan təsnifedici nəticə müvafiq məsələyə dair məhkəmənin qərarının müsbət və mənfi nəticələrini göstərə bilər. İstənilən məlumatın əsasında əslində müəyyən problem dürdüğündan bu problemin gələcəkdə necə olacağını göstərmək imkanı həmişə mövcuddur.
Beləliklə, perspektiv ilə əlaqədar olan təsnifedici nəticə şeylərin indi mövcud olan vəziyyətinin hipotetik inkişafının bir və ya daha çox istiqamətini özündə ehtiva edir («bir tərəfdən əgər … olarsa nə baş verə biləcəyinə nəzər salaq; digər tərəfdən, əgər … olarsa nə baş verə biləcəyinə nəzər salaq»).
Təsnifedici nəticənin ümumi xarakteristikası zamanı artıq qeyd edildiyi kimi, o, geniş şəkildə analoji üsullardan istifadə edir. Bu halda bunu izləmək elə də asan deyil, çünki proqnoz – analogiyadan daha çox nəticə çıxartmaya ciddir.
Proqnoz verərkən, biz aktual situasiyanın nəticələrinə əsasən, nəticəçıxartma prosedurunu həyata keçiririk. Bu səbəbdən də proqnoz – perspektivin göstərilməsi adi məntiqi nəticəçıxartmanın tabe olduğu qanunlara tabedir. Bu onunla izah olunur ki, istənilən proqnoz, bir qayda olaraq, özündə ekstrapolyasiya elementini ehtiva edir, yəni hissəyə görə tamın digər hissəsi və ya bütövlükdə tam haqqında nəticəçıxartmanı nəzərdə tutur. Buna görə də hər şeydən əvvəl məntiqi proseduru həyata keçirərkən biz yadda saxlamalıyıq ki, bu zaman biz ən hiyləgər məntiqi səhv qrupu – tərifdə və hökmdə anlayışların dərəcələrə bölgüsü üçün məsuliyyət daşıyan səhv qrupu ilə rastlaşırıq.
Əlbəttə, hüquq pozuntusu və hətta bir sıra hüquq pozuntuları barəsində məlumat verərkən mən bütövlükdə cəmiyyətin kriminallaşmasına dair proqnoz verməyə çəkinəcəm. Hər şeydən əvvəl ona görə ki, belə proqnoz tama görə hissə haqqında nəticəçıxartmanı – məntiqi səhvi xatırladacaq: burada xüsusi hadisə həddindən artıq geniş şəkildə ekstrapolyasiya edilir.
Amma, görünür, hüquqpozuntusu ilə əlaqədar yaranan mikromühiti nəzərdən keçirmək olar. Bu mühitdən asılı olaraq isə, bu mühitdə hüquq pozuntularının sayının azalmasına və ya artmasına dair proqnoz vermək olar.
Perspektivlə əlaqədar olan təsnifedici nəticə üçün prinsipcə heç bir məhdudiyyət yoxdur. Mülahizəni qurarkən aşağıdakı sxem həmişə məqbuldur.
Burada istifadə edilən sxem dəqiq müşahidəyə əsaslanan «dünən – bu gün - sabah» sxemidir. Yəni mülahizəni qurarkən göstərmək yaxşı olardı ki:
dünən obyekt necə idi,
bu gün obyekt necədir,
sabah obyekt necə olaraq.
Praktiki olaraq bütün həyat situasiyalarında bu hazır strukturdan istifadə etmək olar. Bu isə o deməkdir ki, proqnozlaşdırma (yəni obyektin, hadisənin və ya prosesin gələcəkdə necə ola biləcəyinin göstərilməsi) həmişə mümkündür. Amma burada da bir sıra qaydalara əməl etmək lazımdır:
- daha uzaq gələcəyə dair proqnoz vermək lazım deyil (əks halda bu hökmlər arasındakı əlaqənin itməsinə səbəb ola bilər).
- həddindən artıq qəti şəkildə proqnoz vermək lazım deyil (yadda saxlamaq lazımdır ki, proqnoz həmişə ehtimalı xarakter daşıyır).
- perspektivi şişirtmək lazım deyil (əks halda bu dinləyicilərin etibarının itirilməsinə gətirib çıxarar).
- qeyri-əsas mövzuya dair proqnoz vermək lazım deyil (əks halda bu dinləyicilərin məsələnin mahiyyətindən uzaqlaşmasına gətirib çıxarar).
- istənilən proqnozun proqramlaşdırma effektini nəzərdən qaçırmaq lazım deyil (məsələn, müvəffəqiyyət arzu etmək qüvvələri səfərbər edir, uğursuzluğun əvvəlcədən xəbər verilməsi isə müqavimət qabiliyyətini aradan qaldırır).
Fon ilə əlaqədar olan təsnifedici nəticə obyekti (predmeti, hadisəni, prosesi) ona oxşar və ya ona əks olan obyektlərlə bir sıraya qoyan nəticədir. Burada hər şeydən əvvəl analogiyaya əsaslanan təfəkkür tələb olunur. Bu halda da ekstrapolyasiya həyata keçirilir, amma bu proqnozlaşdırıcı nəticədə olduğu kimi zaman baxımından deyil, məkan baxımından baş verir: obyekt bir «yerdən» başqa yerə köçürülür və bu və ya digər mühitə salınır.
Demək olmaz ki, analogiya qurularkən məntiqə (daha doğrusu, bir tərəfdən anlayışın müəyyənləşdirilməsi, digər tərəfdən isə məntiqi nəticəçıxartma proseduru) ehtiyac olmur. Analogiya özü də məntiqi əməliyyatdır. Mən xüsusilə predmetin proseslər sırasına, hadisənin isə əlamətlər sırasına düşməməsinə çalışaram. Görünür, mən mühiti məntiqi cəhətdən əsaslandırmalı olacam.
Məsələn, mən polyak dilinin sintaksis xüsusiyyətləri barəsində peşəkar məlumatın nəticəsini qurarkən məlumatın axırıncı mərhələsində polyak dilini, fars, suaxili və ya hətta fransız kimi dillərlə əlaqələndirməməyə çalışacam: aydın məsələdir ki, qısa vaxt ərzində mən bu dillərin sintaksis sistemləri arasında dəqiq əlaqələr qura bilməyəcəm. Əgər məlumatın sonunda hər hansı paralellər aparmaq lazım gələrsə, mən ümumiyyətlə, slavyan dilləri çərçivəsindən kənara çıxmayacam.
Buradan belə bir nəticə çıxa bilər ki, əgər biz fonla əlaqədar olan təsnifedici nəticəni seçmişiksə, onda məlumatı istənilən əsaslandırılmış analogiya ilə qurtarmağımız məqbul variantdır. Daha doğrusu, kəpənəklər barəsində olan məlumatın nəticəsini işləyib hazırlayarkən, mən onları fillərin fonunda da nəzərdən keçirə biləcəm (bunun üçün əlbəttə, müqayisə üçün əsas tapmaq lazımdır). Belə finalın, şübhəsiz, eleqant olması səbəbindən köhnə ritoriklər həddindən artıq effektiv olan nəticə kimi ondan çəkinərdilər. Buna görə də filləri kəpənəklər ilə «bərabərləşdirmək» üçün həqiqətən böyük natiqlik məharəti tələb olunur.
Münasib fon məsələsi – məlumatın obyektinə dair həqiqətən mühüm əlavə təsəvvürlər yarada bilən məqsədəuyğun fon məsələsidir. Buna görə də fonla əlaqədar olan təsnifedici nəticəni qurarkən «obyektlər arasındakı təbii əlaqələrdən» çıxış etmək lazımdır.
Dostları ilə paylaş: |