§2. Nitq təsirinin birbaşa taktikaları
Elokusiya aşağıdakı məsələnin müzakirəsi ilə başlayır: nitq fəaliyyətinin müxtəlif taktikaları ilə necə müvəffəqiyyət qazanmaq olar? Belə ki, çoxlu konkret nitq taktikası növlərinin mövcudluğuna baxmayaraq, son nəticədə onların bütün cəmini aşağıdakı iki qrupdan biri ilə əlaqələndirmək olar:
- birbaşa nitq təsiri taktikaları;
- dolayı nitq təsiri taktikaları.
Bu paraqrafda biz dolayı taktikaların fonunda birbaşa nitq təsiri taktikalarının müsbət və mənfi tərəflərini müzakirə edəcəyik.
Birbaşa və dolayı taktikaların imkanı məsələsi – çox mürəkkəb məsələdir və əslində iki problemi dairəsi ilə tamamlanır: mülahizənin səmimiliyi problem və effektivliyi problemi.
Birbaşa nitq təsiri taktikası açıq taktikadır. Açıq taktikadan istifadə edən danışan nəyi nəzərdə tutduğunu sadə şəkildə birbaşa olaraq dinləyicilərə çatdırır. Belə nitq taktikası barəsində görkəmli müasir linqvistlərdən C.Serl aşağıdakı sözləri deyib:
«Dildə mənanın ən sadə ifadə hallarına elələri aiddir ki, bu zaman danışan bəzi cümlələri deyərkən eynən hərfbəhərf dediyini nəzərdə tutur. Belə halda aşağıdakılar baş verir: danışan dinləyənə müəyyən ... təsir göstərməyə cəhd edir; mülahizənin qurulmasının əsasında duran qaydalara dair biliklərin köməyi ilə dinləyicini onun məqsədini anlamağa sövq edir. Məlum olduğu kimi, belə semantik sadəlik heç də təbii dildə bütün irəli sürdüyü mülahizələrə xas deyil: kinayə, ironiya, metafora və s. zamanı danışanın irəli sürdüyü mülahizənin mənası və müvafiq cümlənin mənası bir çox hallarda üst-üstə düşmür…» (Serlğ Dj. Kosvennıe reçevıe aktı.// Novoe v zarubejnoy linqvistike. Vıp.XVII. Teoriə reçevıx aktov. M. 1986, s.195-196).
Bu fikirlər yalnız ona görə maraqlı deyil ki, o, dildə mənanın birbaşa və dolayı ifadə vasitələrini bir-birindən fərqləndirir. O, həm də birinciləri «ən sadə» vasitələr kimi qəbul edir.
Onları yəqin ki, həqiqətən «ən sadə» vasitələr kimi qəbul etmək olar, çünki onlar praktiki olaraq şəklini dəyişdirmir. Bir dəfə və həmişəlik seçilmiş forma müvəffəqiyyətli olduğuna görə qorunub saxlanılmır, o, sadəcə olaraq başqa cür ola bilməz: yenidən təkrar edək ki, dil vahidlərinin birbaşa mənası müxtəlif şəkildə göstərilə bilməz.
Bununla əlaqədar olaraq ilk növbədə vətən tarixinin sovet dövründə istifadə olunan şüalar yadıma düşür: «Moskvanı nümunəvi kommunist şəhərinə çevirək!», «Partiya tərəfindən göstərilən hər şeyi həyata keçirmək!», «Vətən – bizim fədakar əməyimizdir!» və s.
Amma əslində leksik baxımdan təkrarlar pisdirmi? Onun daima eyni obyektə dəqiq və nizamlı sürətdə müraciət etmək kimi üstünlüyünü qiymətləndirmək lazım deyilmi? Belə təkrarlar nəticəsində hər şeydən əvvəl məlumat linqvistikaya dair müasir ədəbiyyatda «rabitəlilik» adlanan əlaməti kəsb edir.
Birbaşa nitq təsiri taktikasının bu üstünlüyündən çıxış edərək bir çoxları məhz onlara üstünlük verirlər. Bu zaman bu taktikanın yalnız «dəqiqliyi və ardıcıllığı» deyil, həm də onun səmimilik meyarına nəzərən ziddiyyətsiz olması yüksək qiymətləndirilir. Jurnalistlər (xüsusən də yeni başlayanlar) hər şeydən əvvəl «səmimi» kommunikativ strategiya kimi daha çox birbaşa nitq təsiri taktikasına üstünlük verirlər.
Bu mülahizə bir qədər mübahisə doğura bilər. Çünki dolayı nitq təsiri taktikalarının hamısının arxasında «qeyri-səmimi», pis nitq məqsədləri gizlənmir. Bu heç də belə deyil: dolayı nitq təsiri taktikaları heç də o demək deyil ki, bizim birbaşa adlandırmadığımız istənilən nitq məqsədi «yaramaz» olması səbəbindən birbaşa adlana bilməz.
Dolayı yolla deyilənin semantik xüsusiyyətlər səbəbindən birbaşa formul dilinə «çevrilmə»sinin mümkün olmaması isə başqa məsələdir. Amma nitq məqsədini gizlətmək qətiyyən «pis sürpriz hazırlamaq» demək deyil: çox vaxt nitq məqsədinin birbaşa adlanması sadəcə olaraq qarşılıqlı təsiri pozur (müqayisə et: «İndi mən Sizi tərifləyəcəm …» və ya «Növbəti mülahizəmdə mən Sizin imkanlarınızı yüksək qiymətləndirəcəm …» və s.).
Bununla belə praktika göstərir ki, nitq situasiyalarının əksəriyyətində danışan öz nitq məqsədini birbaşa formulə etməyin zəruriliyinə hətta şübhə etmir: gəlin hər şeyi öz adı ilə çağıraq! Şeylərin həqiqi («öz») adları çətin ki, həqiqətən kiməsə məlumdur.
Yeri gəlmişkən, bunu klassik ritorika da çox gözəl başa düşmüşdü. «Artıq eleat fəlsəfi məktəbinin nümayəndələri (e.ə. VI-V əsrlər) ad (söz) ilə şey arasındakı təbii və zəruri əlaqəyə dair tezisi şübhə altına qoyaraq belə əlaqənin nisbiliyi konsepsiyasını irəli sürürdülər … Eyni məzmunun dildə müxtəlif formada ifadəsinin mümkünlüyünün qəbul edilməsi üslub cəhətdən qeyd olunan formaların seçimi ideyasına və dinləyicini inandırmaq, onun qəlbinə hakim kəsilmək məqsədilə istifadəsinə gətirib çıxarır. Beləliklə, dilin özü fiqurların köməyi ilə dinləyiciyə qarşı psixi təsir vasitəsinə çevrilir» (Toporov V.N. Fiqurı reçi// Linqvistiçeskiy gnüiklopediçeskiy slovarğ. –M., 1990, s.542).
Burada qeyd etmək lazımdır ki, ifadə formalarının şəkil dəyişməsi dilin qanunudur. Həqiqətən əgər, söz və şey arasındakı əlaqə sərbəstdirsə (bu əlaqəni məşhur linqvist Ferdinand de Sossür «dil nişanının asimmetrik dualizmi» adlandırırdı), onda şeylərin mahiyyətinə uyğun gələn «şeylərin adları» mövcud deyil. Bu nöqteyi-nəzərdən istənilən ad şərtidir, daha doğrusu variabeldir.
Başqa sözlə, birbaşa və dolayı təsir formaları arasında seçim problemi qətiyyən linqvistik məsuliyyətsizliyə və «gəlin şeyləri öz adları ilə çağıraq» kimi yaradıcı baxımdan fantiziyadan məhrum formula müncər edilə bilməz. Müasir linqvistikada bu problem məsələn, birbaşa və dolayı nitq aktlarının əlaqəsi kimi mürəkkəb problemdə təzahür edə bilər. Bu problemlə məşğul olanlar iddia edirlər ki, birbaşa nitq aktının mümkün olmadığı və ya arzuedilməz olduğu kommunikativ situasiyalar mövcuddur. Belə kommunikativ situasiyalardan bir necəsinə nəzər salaq.
Situasiya A.
Siz yaxından tanımadığınız şəxsin evinə ilk dəfə qonaq gəlirsiniz. Sizi açıq pəncərənin qarşısında əyləşdirirlər və pəncərədən külək üfürür. Sizin fikrinizcə, pəncərəni örtmək lazımdır.
Dostları ilə paylaş: |